Müdafiə Nazirliyinin sabiq zabiti, "Şlyapa Zahid" ləqəbli Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı cinayət işi üzrə ilkin məhkəmə iclası baş tutub

Image

Müdafiə Nazirliyinin sabiq zabiti, "Şlyapa Zahid" ləqəbli Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı cinayət işi üzrə ilkin məhkəmə iclası baş tutub.

"Gununxeberı.az "ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçrilən prosesdə Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov bir neçə vəsatətlə çıxış edib. 


Vəkil “Ata Bank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçmiş idarə heyətinin sədri Dəyanət Quliyevin, bankın xəzinədarı olmuş Barat Heydərovun əlavə şahid qismində məhkəmədə dindirilməsini istəyib. Əli Adıgözəlov qeyd edib ki, Zahid Niftəliyevin bu gün burada mühakimə olunmasında əsas səbəbkarlar- Dəyanət Quliyev və Nəcməddin Sadıkovdur. 

Vəkil Müdafiə Nazirliyinin Baş Qərərgah rəisi olmuş Nəcməddin Sadıkovun mərhum Vergilər naziri Fazil Məmmədovla  aralarında şirkətin yaradılması, fəaliyyəti ilə bağlı razılıq olub: "İbtidai istintaq dövründə sübutların qiymətləndirilməsi ilə bağlı qərarda Nəcməddin Sadıkovun dindirilməsinin mümkün olmadığı qeyd olunub. Biz istəyirik Nəcməddin Sadıkov məhkəmədə əlavə şahid qismində dindirilsin".

Təqsirləndirlilən şəxs vəkili tərəfindən verilən vəsatətlərin  təmin olunmasını istəyib. Dövlət ittihamçısı Elvin Mirzəyev isə bildirib ki, istintaq orqanı tərəfindən çoxsaylı şahidlərin ifadəsi alınıb. Dövlət ittihamçısı əlavə edib ki, əsas şahidlər dindiriləndən sonra zərurət yarananarsa əlavə şahidlərin dindirilməsi məsələsinə baxıla bilər. O, hazırkı mərhələdə vəsatətlərin təmin olunmamasını istəyib. 

Yerində müşavirə keçirən hakimlər qərarı elan edib. Qərarda göstərilib ki, vəkilin vəsatətində qaldırılan məsələlər sübutların araşdırılması mərhələsi ilə bağlıdır. Bu səbəbdən də vəsatətlər baxılmamış saxlanılıb. Daha sonra iş üzrə zərərçəkmiş qismində tanınmış Ata Bank ASC-nin nümayəndəsi Zahid Niftəliyevə qarşı mülki iddia qaldırıb. Belə ki, ləğv prosesində olan “ATA Bank” ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondu 28.07.2024-cü il tarixli iddia ərizəsi ilə  məhkəməyə müraciət edərək həmin iş üzrə mülki iddiaçı kimi tanınması və mülki cavabdeh Zahid Niftəliyevdən 24.234.634 manat maddi ziyan və 12908 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan “ATA Bank” ASC-nə ödənilməsi barədə qərar çıxarılmasını xahiş edib. 

"Hizbullah" İsraili raket atəşinə tutdu

İddiaçının iddia ərizəsində qeyd olunub ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16.09.2020-ci il tarixli qətnaməsinə əsasən “Şahin-Co” MMC-dən 29.12.2016-cı il tarixli kredit müqaviləsi üzrə tutulması qət olunan 24.734.050 ABŞ dolları kredit borcunun 24.234.634 manat hissəsi şirkəin direktoru və təsisçisi Zahid Niftəliyev tərəfindən şəxsən mənimsənilmişdir. 

Qarşı tərəf Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov iddia ərizəsinə etiraz edərək aşağıdakı səbəblərə görə ərizənin icraata qəbul edilməməsini məhkəmədən xahiş edib:

“Halbuki həmin məbləğ 07.03.2016-cı il tarixli və 30.06.2016-cı il tarixli müqavilələrlə ayrılmış kredit hesabına ödənilmişdir. Yəni “Şahin-Co” MMC-nin adına sənədləşdirilən 24.234.630 manat kredit tam ödənilmişdir. Sonrakı verilən kredit özündən əvvəlki kreditlərin bağlanmasına yönəldilmişdir. 

Bundan başqa iddiaçı ərizəsində bizim xeyrimizə çox maraqlı faktı təsdiqləyib. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının müvafiq qətnaməsinə əsasən “Şahin-Co” MMC-dən 24 milyon ABŞ dollardan artıq məbləğdə borcun alınaraq ləğv prosesində olan “ATA Bank” ASC-yə ödənilməsi qərara alınmışdır. İddiaçı həmin məbləğdən 24.234.630 manat azaldılmasını tələb etməsi Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsini şübhə altına alır. İddia təmin olunacağı halda həmin qətnamədə dəyişdirilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinində qüvvədə olan məhkəmə qətnaməsini dəyişdirmək səlahiyyəti yoxdur. Ləğv prosesində olan “ATA Bank” ASC-dən qeyd olunan məbləğdə kreditin götürülməsində, harasa sərf olunmasında Zahid Niftəliyevin günahı yoxdur. Həmin məbləğdə pulu Zahid Niftəliyev nə nağd formada, nə də fiziki olaraq almamışdır və mənimsəməmişdir. Onun yeganə günahı vətənpərvər olmasıdır. Vəkil Əli Adıgözəlov yuxarıda qeyd etdiklərini nəzərə alınaraq iddia ərizəsinin icraata qəbul olunmamasını xahiş etmişdir. 

Məhkəmə isə ərizəni icraata qəbul edərək bildirdi ki, iddia ərizəsinin təmin və ya rədd olunması məsələsi işin sonunda həll ediləcəkdir. Hazırda ittihama uyğun olaraq verilmiş iddia ərizəsi icraata qəbul olunur.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən Zahid Niftəliyev ittihamlarla razı olmadığını, özünü təqsirli bilmədiyini deyib.

Zahid Niftəliyev deyib ki, cinayət işi ilə tanış olandan sonra sərbəst ifadə verəcək. Hakim Novruz Kərimov bildirib ki, təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada işlə tanış olmağa şərait yaradılacaq. Növbəti məhkəmə prosesi sentyabrın 25-nə kimi təxirə salınıb.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.  Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib. 

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq Ata Bank ASC-dən köçürülmüş 42 milyon manat krediti mənimsəməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə Ata Bank  ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə edib, kreditin ləğv prosesində olan Ata Bank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30