Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi səyləri sayəsində sülh diplomatiyasının mərkəzi olmağa davam edəcəkdir
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi səyləri sayəsində sülh diplomatiyasının mərkəzi olmağa davam edəcəkdir.
Gununxeberı.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan X səhifəsində yazıb.
“Bu gün Ankarada tarixi məhbus mübadiləsi prosesi baş tutdu. Bu əməliyyatda iştirak edən Milli İstehbarat Təşkilatını (MİT) təbrik edirəm”, - deyə Fidan bildirib.
Qeyd edək ki, Rusiya və ABŞ arasında Ankarada MİT-in təşkilatçılığı ilə məhbus mübadiləsi baş tutub