Türkiyədə birgünlük matəm elan edildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı birgünlük matəm elan edib.
“Gununxeberi.az ” xəbər verir ki, bu barədə Ərdoğan “X” hesabında yazıb.
“Fələstinin mübarizəsinə dəstəyimizi və fələstinli qardaşlarımızla həmrəyliyimizi nümayiş etdirmək üçün HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin şəhid olması ilə əlaqədar 1 günlük (2 avqust) milli matəm elan edildi”, - Türkiyə lideri qeyd edib.