Azərbaycan dilinə dövlət dili statusu verilməsi Ümummilli Liderin tarixi xidmətlərindən biridir
Əsrlər boyu ayrı-ayrı istiqamətlərdən xalqımıza təsirlər olmuşdur. Mədəniyyətimizin və elmimizin inkişafına da bu təsirlər olub. Xalqımızın dahi simaları Azərbaycan dilini, milli şüuru və milli məfkurəni daim yaşatmışlar. Azərbaycan dilinin Azərbaycanda hakim olması formal surətdə dövlət dili elan olunması yox, hər yerdə tətbiq edilməsi, inkişaf etməsi böyük səylərin nəticəsidir və təəssüflər olsun ki, çox zaman güclü müqavimətlərlə də rastlaşmışdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir. Millətin milliliyini təsdiq edən ən başlıca amil onun dilidir. Azərbaycan dili olmasa ədəbiyyat olmaz, musiqi olmaz, mahnılar olmaz.Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olaraq ayrıca maddənin daxil edilməsində çox ciddi səyləri və müstəsna rolu olmuşdur.
YAP fəalı Fənar Qənbərova, Laçın rayon Zabux kənd tam orta məktəbinin ibtidai sinif müəllimi