BNA-nın yazdığı cərimələr çaşqınlıq yaradıb - Məhkəməyə verə bilərsiz

Image

Paytaxt sakini Ceyhun Təyyar oğlu Aslanov bir neçə il əvvəl Bakı Nəqliyyat Agentliyi (ləğv edilib) tərəfindən ona yazılmış cərimələrə görə avtomobilini texniki baxışdan keçirə bilmədiyini deyir. 

“Qafqazinfo”ya müraciət edən sürücü bildirib ki, iyulun 27-də özünə məxsus olan 90-DD-530 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobilini növbəti texniki baxışdan keçirmək istəyib.

Lakin DİN-in Baş DYP idarəsinin Xocasən qəsəbəsində yerləşən texniki baxış məntəqəsində BNA tərəfindən yazılmış cərimələr problem yaradıb: “BNA tərəfindən 2019-2021-ci illərdə mənə 6 protokolun yazılmasından, ümumiyyətlə, xəbərim olmayıb. Həmin protokollar nə mənim ASAN elektron kabinetimdə, nə də Daxili İşlər Nazirliyinin elektron sistemində yaradılmış elektron kabinetimdə var. Bundan əlavə, yaşadığım və qeydiyyatda olduğum ünvanıma da göndərilməyib.

Həm də çox maraqlıdır ki, protokollar mövcud olduğu halda necə ola bilər ki, 2019-2023-cü illər ərzində texniki baxışdan problemsiz keçmişik?! 18.02.2022-ci il tarixdə sürücülük vəsiqəmi “ASAN” Xidmət mərkəzində dövlət rüsumu ödənilməklə dəyişdirmişəm. Hamıya məlumdur ki, “Yol hərəkəti haqqında” Qanuna görə cərimə olduğu təqdirdə nə texniki baxışdan keçmək, nə də sürücülük vəsiqəsini dəyişdirmək mümkündür”.

Şikayətlə bağlı qısa araşdırma apararkən məlum oldu ki, Ceyhun Aslanov bu problemlə qarşılaşan ilk şəxs deyil. Belə ki, ləğv edilmiş və səlahiyyətləri müxtəlif qurumlar arasında bölünmüş BNA-nın tərtib etdiyi cərimələr sonradan DİN-in məlumat sisteminə inteqrasiya edilib və bu protokollar avtomobillərin texniki baxışdan keçirilməsi zamanı üzə çıxır.

Məsələ ilə əlaqədar Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumun rəsmisi polkovnik-leytenant Mübariz Ağayev “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirdi ki, vətəndaş qarşılaşdığı vəziyyəti hüquqi müstəvidə mübahisələndirə və məhkəməyə müraciət edə bilər: "Yol hərəkəti haqqında" Qanunun 30-cu maddəsinin tələbinə əsasən nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermə hüququna malik olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi texniki baxışa təqdim edildikdə onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış, icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkətinin təhlükəsizliyin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılır və texniki baxışdan keçməsi barədə elektron talon tərtib edilir.

Bu müraciətdə qeyd edildiyi kimi ləğv edilmiş qurum tərəfindən vaxtilə qayda pozuntusuna dair inzibati cərimə tərtib edilibsə, o cərimələr də qanunvericiliyə əsasən çıxarılıb və sistemdə görünür. Həmin şəxs tərtib edilmiş protokollarla bağlı öhdəliklərini ödəməlidir və ya mübahisəli məsələ varsa, həmin sözügedən qurumun hüquqi varisinə və yaxud məhkəmə orqanına müraciət edərək məsələni həll etməlidir. Həmin cərimələrlə bağlı problem aradan qalxdıqdan sonra vətəndaş avtomobilini texniki baxışa təqdim edə bilər".







XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30