Ana dilim əsrlərin mənəvi körpüsüdür

Image

 

Hər bir xalqın mənəvi diriliyini, əbədiliyini, qocaman tarixin sinəsində qədimliyini təsdiq edən milli-mənəvi dəyərləri vardır. Bu dəyərlər zamanın sərt sınaqlarından süzülə-süzülə əsrlərdən-əsrlərə qovuşmuş, zəka sahiblərinin söz xəzinəsində qorunub, zənginləşib gələcək nəsillərə ötürülmüşdür.

Kökü tarixin dərinliklərinə söykənən ümumtürk mənşəli Ana dilimiz-Azərbaycan dili də milli-mənəvi sərvətimiz kimi milli kimliyimizin, varlığımızın sübutu olan qiymətli dəyərimizdir. Bu müqəddəs sərvəti  qorumaq, sevmək hər birimizin mənəvi borcudur.

Azərbaycan dili türk dilləri ailəsinin oğuz qoluna daxildir.Türk dillərinin ilk lüğətini yazmış böyük türkoloq Mahmud Kaşğari ”Divanü lüğəti-t-Türk”əsərinin əvvəlində  Məhəmməd peyğəmbərin   türkün əzəmətinə inamını ifadə edən: ”Türk dilini sevin, çünki onların  uzun sürəcək bir hakimiyyəti  var” fikrini nümunə göstərməklə  bu dilin ecazkar qüdrətinin yenilməzliyini ifadə etmişdir.

Özbək şairi Əlişir Nəvai “Mühakimət ül-lüğəteyn” əsərində türk dilini fars, ərəb dilləri ilə müqayisə edərək  ərəb dilinin yalnız elm, fars dilinin yalnız poeziya dili, türk dilinin isə həm elm, həm poeziya dili kimi zəngin ifadə imkanlarına malik mükəmməl bir dil olduğunu nümunələrlə sübut etməyə çalışmışdır.

Azərbaycan yazılı ədəbiyyatının ilk mükəmməl mənbəyi hesab olunan “Kitabi-Dədə Qorqud” eposu  dilimizin mükəmməlliyi, ünsiyyət vasitəsi kimi ahəngdarlığı baxımından möhtəşəm  Ana dili  abidəsidir. Bədii zənginliyi ilə böyük maddi-mənəvi sərvət hesab olunan bu eposun dilindəki saf türk sözləri, bədii təsvir və ifadə vasitələri obrazlı təfəkkürə malik bir xalqın ünsiyyət vasitəsi olan ana dilimizin  kökünün daha qədim dönəmlərə təsadüf etdiyinin sübutudur.

Azərbaycan dili qədim olduğu qədər də könüloxşayan ahəngdar bir dildir. Söz ustadlarının qələmində öz ecazkar gücü ilə könüllər fəth edən Ana dilimiz tarixin sərt sınaqları ilə üzləşsə də, özəlliyini, milliyini qorumuş, bu gün istər respublikamızda, istərsə də respublikadan kənarda    milli varlığımızın göstəricisi kimi xalqımızı, milli kimliyimizi təmsil edən ünsiyyət vasitəsi olaraq böyük işlənmə funksiyasına malikdir.

Dil həm də bir dövlətin müstəqilliyinin, suverenliyinin göstəricisidir. Bu gün  sürətlə inkişaf edən Müstəqil Azərbaycanın rəsmi dövlət dili olan Azərbaycan dili bugünkü səviyyəyə çatmaq üçün  böyük inkşaf yolu keçmişdir.

İlk dəfə XVI əsrdə Şah İsmayıl Xətayi tərəfindən rəsmi dövlət dili elan olunmuş türk dili sonradan xarici işğalçıların  güclü təzyiqlərinə məruz qalaraq "tatar dili" və s. adlarla məhv edilmək təhlükəsi ilə qarşılaşmışdır. 

XIX əsrdə Azərbaycana səyahət edən əcnəbilər ana dilimizin ruhoxşayan ahəngdarlığını çox sevərək ona maraq göstərmiş, öyrənməyə çalışmışdırlar. Fransız səyyahı Aleksandr Düma öz qeydlərində ana dilimizi dəyərləndirərək qeyd etmişdir ki, fransız dili Avropada necə işləkdirsə, bu dil də Qafqazda  o qədər geniş yayılmışdır.

1918-ci ildə Azərbaycan  Demokratik Cümhuriyyətinin  dövlət dili elan edilən türk dili sovet dönəmində hər cür vasitələrlə rəsmilik funksiyasından məhrum edilmək təhlükəsi ilə üz-üzə  qalmışdır. Buna etiraz edən milli dəyərlərimizin, dilimizin təmsilçiləri, böyük söz sənətkarları  kütləvi repressiyalara məruz qalaraq məhv edilir, sürgün olunurdu.

Azərbaycan dilinin tarixən dəyişən və sabit olmayan durumunu dayandıran və onu təhlükədən xilas edərək rəsmi dövlət statusu səviyyəsinə yüksəldilməsi  ömür payını  vətənin, xalqın nurlu




sabahlarına fəda edən  dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Türk-müsəlman ayrı-seçkiliyinin hökm sürdüyü XX əsrin 70-ci illərində Azərbaycan tarixinin dünya şöhrətli siyasi

lideri  Heydər Əliyev ana dilinin hər bir xalqın həyatında mühüm rol olduğu fikrini cəsarətlə irəli sürərək, xalqı öz ana dilinə sevgi, qayğı ilə yanaşmağa səfərbər etməkdən çəkinməmiş və bugünkü Ana dilimizin tarixində böyük bir missiyaya xidmət edərək 1978-ci il aprelin 2-də Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasının 73-cü maddəsinə Azərbaycan dilinin rəsmi dövlət dili kimi əlavə edilməsinə nail olmuşdur.

“Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini gərək incəliyinə qədər bilsin. Biz müstəqil Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini hakim dil etməliyik”,- deyən Ulu Öndərin 2001-ci il 18 iyunda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi"ilə bağlı fərmanı Azərbaycan dilinin hər bir sahədə aparıcı olması, eyni zamanda onun saflığının qorunması sahəsində ən mütərəqqi imza idi. Onun 2001-ci il 9 avqustda imzaladığı sərəncama əsasən "Azərbaycan əlifbası və Azərbaycan dili günü" təsis edildi və hər il ölkəmizdə 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunmağa başladı.

“Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər  bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi ana dilimizlə ifadə edə bilirik”,- deyən lider əsrlərlə süni maneələrlə öz kökündən ayrılmağa cəhd edilən ana dilimizin, milli varlığımızın ümumtürk dünyasının ayrılmaz hissəsi olduğunu bir daha sübut edərək milli özünəgüvənc, özünüdərk kimi böyük tarixi missiyanı yerinə yetirdi.

Bu böyük missiya isə onun siyasi davamçısı, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

İlham Əliyevin 2004-cü il 12 yanvarda "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında " imzaladığı sərəncam imzaladı. Bu sərəncam əsrlərlə Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil kimi mütəfəkkirlərin böyük ideallarının reallaşması, türk dünyasına inteqrasiya üçün  möhtəşəm tarixi imza oldu. Kökü türk dilləri ailəsindən qaynaqlanan ana dilimizin türk düşüncə tərzinin ifadəsi olan latın əlifbasına keçidi dili, soyu bir xalqların bir-biri ilə mənəvi dünyasını bölüşməsi, doğmalaşması üçün böyük bir siyasi addım idi.

Prezident İlham Əliyev 2004-cü il 14 yanvarda "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında “, 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncam imzaladı. Qloballaşan dünyada mühüm əhəmiyyətli mənbələrin ana dilində kütləvi nəşri bir daha böyük siyasi lider İlham Əliyev siyasətinin aparıcı xətti kimi tarixi əhəmiyyətə malik bir xidmət oldu.

Onun "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi haqqında tədbirlər planı" haqqında sərəncamı Ana dilinin daha geniş məkanda yayılması, inkişafı üçün mühüm əhəmiyyət daşıyırdı.

2018-ci il noyabrın 1-də imzaldığı "Azərbaycan dilinin saflığçnın qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanı ilə vətənpərvər lider Ana dilimizin yad təsirlərdən qorunması, saflığı, özəlliyinin saxlanılmasına böyük imza atmaqla hər bir azərbaycanlının öz dilinə sevgi, qayğı ilə yanaşmasına  səbəb oldu.

Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici dilə ehtiyac yoxdur,-deyən prezident bu dilin 50 milyonluq bir xalqın ünsiyyət vasitəsi olmasını fəxarət və qürur hissilə ifadə edərək  əsrlərin bu böyük mənəvi sərvətinin qiymətini bilməyin, qayğısına qalmağın, yad təsirlərdən qorumağın vacibliyini ifadə etmişdir. 

Mən isə fikirlərimi vətən sevdalı şairimiz Xəlil Rza Ulutürkün misraları ilə yekunlaşdırmaq 

istərdim:




                      Sağdır dilim,

                      Demək, sağdır şərafətim, ləyaqətim.

                      Sağdır, demək, 

                      milyon yaşlı məmləkətim.

                      O sahili bu sahilə birləşdirən

                      Polad körpüm, qılıncımdır,

                      Günəşimdir mənim dilim!


Bikə Allahverdiyeva

Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin müəllimi








XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30