ABŞ Gürcüstana yardımı dayandırıb
ABŞ Gürcüstan parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbulu ilə əlaqədar olaraq ölkəyə yardımı dayandırıb.
Gununxeberı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken deyib.
Xatırladaq ki, Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanun 3 iyun tarixində qəbul edilib. Gürcüstan prezidenti Salome Zurabişvilinin müqavimətinə və vetosuna, eləcə də, xarici diplomatların etirazlarına baxmayaraq, parlament bu qanunun ilkin versiyasının qaytarılmasına nail olub.