Azərbaycan cüdoçusu Elcan Hacıyevin Paris-2024 Yay Olimpiya Oyunlarının 1/8 final görüşünün sonlarında xəsarət aldığı barədə xəbər vermişdik.
Trend-ə verilən məlumata görə, bütün prosedur müayinələr nəticəsində dəqiq diaqnoz qoyulduqdan sonra cüdoçumuzun vəziyyəti barədə əlavə məlumat veriləcək.
Azərbaycan cüdoçusu Elcan Hacıyev Paris xəstəxanasına çatdırılıb.
O, Paris-2024 Yay Olimpiya Oyunlarının 1/8 final görüşünün sonlarında xəsarət alıb. Maksim-Qael Nqayapa Qamba ilə qarşılaşmada əlindən zədə alan idmançı tibbi personalı köməyi ilə zalı tərk edib. Xəstəxanaya göndərilən Elcanın zədəsinin nə dərəcədə ciddi olması müayinələrdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, Elcan 1/16 finalda türkiyəli Mihael Zqanqa qalib gəlsə də, fransalıya məğlubiyyətdən sonra mübarizəni dayandırıb.