Millətin Milliliyini Saxlayan Onun Ana Dilidir

Image


İstər sovet dövründəki, istərsə də müstəqillik dövründə Heydər Əliyevin ən diqqət etdiyi məsələ ana dilinin qorunması və inkişafı olmuşdur. Müstəqil Azərbaycan Respublikasında ana dilimizin hərtərəfli istifadəsinin genişlənməsi, bu sahəyə diqqətin ayrılması Ulu öndərin hakimiyyətə gəlməsindən sonra geniş vüsət almışdır. Azərbaycan dilinin birbaşa inkişafı, ümumişlək dilə və dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin, habelə beynəlxalq təşkilatların kürsülərində səslənməsi birbaşa Heydər Əliyevin adı ilə bağlı idi.        

           Heydər Əliyev Azərbaycan dilinin daha da zənginləşdirilməsi, dövlət dili statusunun qorunması sahəsində bir-birinin ardınca mühüm əhəmiyyət kəsb edən bir çox tədbirlər həyata keçirmişdir. Azərbaycan dilində dərs keçən professor-müəllim heyətinin sayında da xeyli artım olmuşdur. Azərbaycan dilinin istifadə arealının böyüməsi azərbaycandilli ziyalı təbəqənin güclənməsinə səbəb olmuş və ictimai fikirdə aparıcı yer tutmağa başlamışdır. Ana dilində dərsliklərin və kitabların nəşrinin genişləndirilməsi, dilçi alimlərə və şərqşünaslara qayğı göstərilməsi ilə əlaqədar Heydər Əliyevin imzaladığı fərmanlar bu sahəyə göstərilən diqqətin real nəticələrindən biri idi.

          Dilimizin inkişafında Heydər Əliyev qayğısının parlaq təzahürü olan, “Azərbaycan dili Gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli, “Azərbaycan Respublikasında dövlət dili haqqında” 30 sentyabr 2002-ci il tarixli, “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2 yanvar 2003-cü il tarixli, və “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” 4 yanvar 2003-cü il tarixli qərarlar dilimizin inkişafı üçün nəzərdə tutulmuş mühüm fərman və sərəncamlardır. 

             Təkcə onu xatırladaq ki, 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dilinin ana dili kimi təsbit edilməsi,   o illərdə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət Mükafatının verilməsi Heydər Əliyevin cəsarətinin, Azərbaycan dilinə qəlbən bağlılığının, sevgisinin əyani təzahürü idi. Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində atılan daha bir böyük addım idi. 

             Müstəqilliyimizin ilk ilində - 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdır. Yalnız Ümummilli liderimiz Heydər Əliyevin müvafiq fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə başlanmışdır. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmə işləri latın qrafikası ilə aparılmışdır.

            Bir məsələni də xüsusi vurğulamaq vacibdir ki, Heydər Əliyev uzun müddət Moskvada yaşayaraq orada müxtəlif dövlət vəzifələrində çalışması və əsas danışıq nitqinin rus dili olmasına baxmayaraq, 90-cı illərdə Vətənə qayıtdıqdan sonra çox sərbəst olaraq Azərbaycan dilində danışması onun öz dilinə olan bağlılığından və natiqlik istedadının necə də üst səviyyədə olmasından xəbər vermişdir.

           Heydər Əliyev demişdir: “Özümüzün dilimiz var Azərbaycan dili və çox da gözəl dilimiz var, çox zəngin dilimiz var, çox belə ləzzətli dilimiz var. Mənim üçün Azərbaycan dili hər şeydən əzizdir. Millətin milliliyini saxlayan onun dilidir”.


Sənan Hüseynov – Nyu-York Elmlər Akademiyasının üzvü, ADNSU III kurs tələbəsi







XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30