Milli Kimliyin Mühüm Təntənəsi

Image


01 avqust tarixi ölkəmizin milli kimliyinin, mədəniyyətinin və tarixinin əhəmiyyətini vurğulamaq üçün olduqca vacib bir gündür. Həmin gün, Ulu Öndər Heydər Əliyevin 2001-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi tarixə düşməklə hər bir azərbaycanlının öz dilinə və əlifbasına olan sevgisini və ehtiramını ifadə etmək üçün mühüm bir fürsət olaraq qarşımıza çıxır. 

Həmin günün tarixinə nəzər salsaq, Azərbaycan Respublikası bir əsrdə ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra milli kimlik və mədəniyyətin gücləndirilməsi məqsədilə bir çox islahatlar həyata keçirdi. Bu islahatlardan biri də latın qrafikalı Azərbaycan əlifbasına keçid idi. Latın qrafikalı əlifbaya keçid, xalqımızın mədəniyyətini və dilini qlobal arenada daha tanınan və istifadə olunan hala gətirmək məqsədi daşıyırdı. Bu keçid həm də ölkəmizin qərbə doğru inteqrasiya etməsi və beynəlxalq aləmdə daha asan anlaşılması üçün mühüm addım oldu. 

Azərbaycan dili isə, Azərbaycan xalqının əsas ünsiyyət vasitəsi olmaqla yanaşı, eyni zamanda mədəniyyətimizin, ədəbiyyatımızın və tariximizin qoruyucusudur. Dildəki zənginlik, ədəbiyyatımızın əsrlər boyu inkişaf etməsinə şərait yaratmış və bir çox dahi yazar və şairlərin əsərləri vasitəsilə dünya mədəniyyətinə böyük töhfələr vermişdir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan dili türk dilləri qrupuna aiddir və Altay dilləri ailəsinin üzvüdür. Bu dil qrupuna daxil olan digər dillər türk, türkmən, özbək, qazax və başqa dillərdir. O da vurğulanmalıdır ki, tarix boyunca ölkəmizdə müxtəlif əlifbalar, o cümlədən, ərəb, latın və kiril əlifbaları istifadə olunmuşdur.  Bu, dilin və mədəniyyətin inkişafında mühüm rol oynasa da, bir sıra çətinliklər də yaratmışdır. Bu çətinliklər dilin yazılı formalarının dəyişməsi ilə əlaqədar olaraq müxtəlif dövrlərdə ortaya çıxmışdır. İlk növbədə, ərəb əlifbası Azərbaycan dilinin fonetik xüsusiyyətlərinə tam uyğun deyildi. Ərəb dilində olmayan bəzi səslər Azərbaycan dilində mövcud idi və onların ifadəsi üçün xüsusi işarələrdən istifadə olunurdu. Ərəb əlifbasının mürəkkəbliyi və xüsusi qaydaları yazı prosesini çətinləşdirirdi. Bu əlifba ilə yazmaq və oxumaq xüsusi təlim və təcrübə tələb edirdi. Daha sonra, kiril əlifbasına keçid siyasi motivli bir qərar idi və xalqın iradəsi ilə həyata keçirilməmişdi. Bu, mədəni və milli kimlik məsələlərində müəyyən narazılıqlara səbəb oldu. Digər bir tərəfdən, kiril əlifbasına keçid, yazılı ədəbiyyatın və elmi materialların yenidən işlənməsi və çap edilməsini tələb edirdi. Bu isə böyük vaxt və maliyyə vəsaiti tələb edirdi. Və nəhayət 1990-cı illərin əvvəllərində daha əvvəl də 1929-1940-cı illərdə istifadə olunan latın əlifbasına keçid baş tutdu. Latın əlifbasına keçid milli kimliyin və mədəniyyətin qorunması və gücləndirilməsi məqsədilə həyata keçirildi. Latın qrafikası daha çox türk dilləri ilə uyğundur və bu, dilimizin fonetik xüsusiyyətlərini daha dəqiq əks etdirir. Eyni zamanda, latın əlifbası beynəlxalq arenada daha geniş istifadə olunur. Bu keçid, Azərbaycanın qlobal arenada daha tanınan və anlaşılır bir ölkə olmasına kömək etdi.

Sonda vurğulamaq istərdim ki, Azərbaycan dili, onun zəngin tarixi və mədəni irsi ilə fəxr etdiyimiz bir milli sərvətdir. Dilimizin qorunması və inkişafı üçün hər bir azərbaycanlının üzərinə böyük məsuliyyət düşür.

 

 

Vəfa Hüseynova 

       Pirallahı RİH başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi







XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30