Britaniya səfirindən Hidayətlə bağlı PAYLAŞIM
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Olimpiya çempionu olması münasibətilə Hidayət Heydərovu və Azərbaycanı təbrik edib.
Gununxeberi.az xəbər verir ki, bu barədə o, "X"də yazıb.
"Qızıl medal siyahısına xoş gəldiniz, Azərbaycan! Keçmiş həvəskar cüdoçu kimi mən bir fəndin qalibiyyətə apardığını bilirəm. Təbriklər!", - səfir qeyd edib.
Xalqımızın gözlədiyi an!! ?
— NOC Azerbaijan (@NOCAzerbaijan) July 29, 2024
Hidayət Heydərov - Olimpiya Çempionu!?
Paris 2024 Olimpiadasında idmançımız Hidayət Heydərov, rəqibi, Fransa təmsilçisi Joan-Bencamin Qabanı məğlub edərək Olimpiya çempionu adına layiq görülüb.
Fəxr edirik! ????#TeamAZE #HidayətHeydərov #paris2024 pic.twitter.com/tKFclV3Knd