Bu gün Azərbaycanın altı idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarında qüvvəsini sınayacaq.
Bu gün Azərbaycanın altı idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarında qüvvəsini sınayacaq.
Gununxeberı.az xəbər verir ki, onlardan beşi mübarizəyə yeni qoşulacaq, biri isə ikinci görüşünü keçirəcək.
Badmintonçu Keişa Fatimə Zəhra qadınların fərdi yarışında ikinci sınağına çıxacaq. N qrupunda yer alan idmançı Böyük Britaniya təmsilçisi Kirsti Gilmurla qarşılaşacaq. Zəhra qrupdakı ilk matçında məğlub olub.
Edi Reski Dviçayo isə kişi badmintonçuların fərdi mübarizəsində gücünü sınayacaq. Onun ilk rəqibi Avstriya idmançısı Kollins-Valentin Filimon olacaq.