Niyazi Bayramov səyyar görüş keçirib - Fotolar
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb. “Qafqazinfo” xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, həmçinin idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin həyətində baş tutan görüşdə vətəndaşların müraciətləri tək-tək dinlənilib. Müraciətlər arasında işlə təminat, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və sairə məsələlər yer alıb.
Niyazi Bayramov sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.