Kolleclərə ixtisas seçimi başlayıb

Image

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıb.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, kolleclərə qəbul olmaq üçün ixtisas seçimi iyulun 26-dan avqustun 5-i saat 23:59-dək internet vasitəsilə aparılacaq.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “

Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə)” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

2024/2025-cü tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar

“Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.

Qeyd edək ki, bu il orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 10 930 plan yeri ayrılıb. Ötən il müvafiq göstərici 10 752 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 26 516 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 29 445 nəfərin müsabiqədə iştirak hüququ var idi. Abituriyentlərin nəzərinə çatdırırıq ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə 26 iyul – 5 avqust tarixlərində

qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.

Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in “

Abituriyent Məsləhət Mərkəzləri”nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Texniki Universitet, Bakı Mühəndislik Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri”ndə ödənişsiz kömək göstərilir. Mərkəzlərin ünvanları ilə buradan tanış ola bilərsiniz.








XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30