Tramp Netanyahu ilə görüşəcək
ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcəyini açıqlayıb.
“Gununxeberı.az ” xəbər verir ki, Tramp bu haqda “Social Truth” hesabında paylaşım edib.
Görüşün ilk olaraq iyulun 25-də olacağını qeyd edən Tramp daha sonra Netanyahunun istəyi ilə iyulun 26-na keçirildiyini bildirib.
Floridada Netanyahunu qəbul edəcəyini bildirən Donald Tramp, “Mənim ilk prezidentlik müddətimdə bölgədə sülh və sabitlik hökm sürürdü. Hətta “İbrahim razılaşmaları” da imzalandı. Bu, yenə olacaq”, - yazıb.