OPEC+ formatı və Azərbaycan

Image

OPEC+ formatı və Azərbaycan


Bildiyimiz kimi, neft sənayesi Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf etmiş və dövrümüzdə iqtisadiyyatında əhəmiyyətli rolu olan sahədir. Artıq Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, "Azərineft" Dövlət Konserni yaradılmışdır. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan Sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixində böyük rol oynadı. “Əsrin müqaviləsi" adı ilə tanınmış bu müqavilə, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin dünyanın 11 ən iri neft şirkəti pay şəklində bölüşdürülməsinə səbəb oldu. 

Hazırda Respublikamız OPEC- lə əməkdaşlıq edir. Neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə yaradılan təşkilat olan OPEC- in 1960-cı il Bağdadda keçirilən konfransda əsası qoyulmuşdur. Bu təşkilata əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela daxil olub. Təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. Qərargahı 1965-ci ildən Vyanada yerləşir və hazırda 12 üzvü var. 

Azərbaycanın OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusunda iştirakı ilə aktivləşib. 2016-cı ilin yanvar ayında Davos Dünya İqtisadi Forumunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev neftin qiymətinin sabitliyinə nail olmaq üçün OPEC-ə üzv olan və olmayan ölkələrin bir araya gələrək yeni beynəlxalq enerji formatının yaradılması ilə bağlı təşəbbüs irəli sürmüş, nəticədə OPEC+ formatı yaradılmışdır. Azərbaycan təşkilatla 2016-cı ilin dekabr ayından yaradılmış OPEC+ formatında sıx əməkdaşlıq həyata keçirir. Neftin qiymətinə təsir edən faktorların aradan qaldırılması, tələb-təklif balansının bərpasına yönəlik tədbirlərin görülməsi üçün bu müddət ərzində qlobal enerji dialoqları mühüm rol oynayıb.. OPEC tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyə qədər iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən ölkə kimi qiymətləndirilib.

Bu təşkilatın Əməkdaşlıq Xartiyasının əsas məqsədləri neft hasilatçıları, istehlakçıları, investorlar və dünya iqtisadiyyatının xeyrinə neft bazarının sabitliyi, texnologiya və digər sahələrdə əməkdaşlığın təşviqi məqsədilə iştirakçı ölkələr arasında dialoqun asanlaşdırılması, iştirakçı ölkələr arasında neft bazarının qısa, orta və uzunmüddətli əsaslarını, o cümlədən inkişaf etməkdə olan qlobal enerji balansında neftə baxış barədə daha yaxşı anlayışın təşviq edilməsi, neftin uzunmüddətli istifadəsi üçün enerji siyasətlərinin dəstəklənməsindən ibarətdir.

Neft hasil edən ölkələrin birliyi olan OPEC dünyanın əsas neft hasilatçılarını bir araya gətirir və üzvlər qlobal neft bazarlarındakı vəziyyətə uyğun olaraq neft hasilatı göstəricilərini artırıb, azaltmaqla neft qiymətlərinə təsir etməyə çalışır. Eyni zamanda, Azərbaycan OPEC-ə üzv olmasa da, OPEC+ formatı çərçivəsində qurumla əməkdaşlıq edir.



Yaqublu Şəfiqə, 

Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi









XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30