Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurası YARADILIR
Prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” fərmanda dəyişiklik edib.
Gununxeberi.az xəbər verir ki, dəyişikliklə Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır.
DİM-in fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.