Şuşada Media Diplomatiyası

Image

21-23 iyul 2023-cü il tarixlərdə Şuşa şəhərində II Şuşa Qlobal Media Forumu baş

tutdu. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi

tərəfindən təşkil olunan Forum müxtəlif ölkələrdən gəlmiş media nümayəndələrini,

jurnalistləri, siyasi ekspertləri və digər mütəxəssisləri bir araya gətirdi. Əsas məqsədi

qlobal medianın çağırışları, gələcək trendlər və informasiya müharibələri kimi mövzuları

müzakirə etmək olan Forum çərçivəsində, həmçinin, beynəlxalq jurnalistika və media

etikasının inkişafı, dezinformasiyaya qarşı mübarizə, rəqəmsal transformasiya və media

azadlığı mövzuları da müzakirə edildi. Tədbir çərçivəsində bir sıra panel müzakirələri,

çıxışlar və təlimlər keçirildi.

Ötən il olduğu kimi bu il də dövlətimizin başçısı cənab Ilham Əliyev forumun

açılış mərasimində iştirak və çıxış etdi. Azərbaycan Prezidenti müxtəlif ölkələrin media

nümayəndələrinin suallarını cavablandıraraq ölkəmizin və regionumuzun gələcəyi ilə

bağlı vacib fikirlər səsləndirdi. Çıxışın əsas məqamlarını Qarabağın yenidənqurulması və

Şuşanın əhəmiyyəti; regionda sülh və sabitlik; enerji təhlükəsizliyi və iqtisadi inkişaf;

beynəlxalq əməkdaşlıq və investisiya; dezinformasiya və media azadlığı mövzuları təşkil

etdi. Ayrı-ayrılıqda hər biri aktuallığı ilə seçilən bu mövzulardan dezinformasiya və

media azadlığı mövzusu xüsusilə diqqət çəkdi. Çünki, Azərbaycan uzun illər boyu bu

məsələdən əziyyət çəkib. Müstəqilliyinin ilk dövrlərində, daha dəqiq Birinci Qarabağ

müharibəsi dövründə erməni tərəfinin açıq dezinformasiyasının nəticəsi olaraq təcavüzə,

işğala, depostasiyaya məruz qalan ölkəmiz eyni zamanda sanksiyalara da məruz qalmışdı.

Erməni tərəfinin dezinformasiyaları, xüsusilə Qərb mediasında geniş yayılmış və ictimai

rəyin Azərbaycana qarşı formalaşmasına səbəb olmuşdu. Ermənistanın müxtəlif

ölkələrdəki lobbiçilik fəaliyyətləri də dezinformasiya kampaniyalarının tərkib hissəsi idi.

Bu lobbilər, qərar qəbul edənlərə və siyasətçilərə təhrif olunmuş məlumatlar təqdim

edərək, Azərbaycanın maraqlarına zərbə vurmağa çalışırdılar. Təəssüf ki, həmin dövrdə

dezinformasiya kampaniyaları, beynəlxalq ictimai rəyi Azərbaycan əleyhinə çevirməyi

bacardı. Beynəlxalq təşkilatlar və dövlətlər, Ermənistanın təqdim etdiyi məlumatlar

əsasında qərarlar qəbul etməyə başladılar. Eyni dövrdə, ölkəmizdəki yarıtmaz

siyasətçilərin səriştəsizliyi səbəbindən vəziyyət daha da acınacaqlı bir hala çevrilmiş və

ölkəmiz informasiya blokadasının məngənəsində sıxışıb qalmışdı. Bu mənfi gedişatı

dayandırmaq və ölkənin gələcəyini təmin etmək isə Azərbaycan xalqının dahi oğlu

Heydər Əliyevin yorulmaz fəaliyyəti ilə mümkün oldu. Heydər Əliyev Azərbaycanın

beynəlxalq təşkilatlara üzvlüyünü təmin etmək, müxtəlif ölkələrlə diplomatik əlaqələr

qurmaq və mövcud əlaqələri genişləndirmək üçün intensiv iş aparmış, yerli və xarici

jurnalistlərlə mütəmadi görüşlər keçirmiş, onlara Azərbaycan reallıqları haqqında

məlumat vermişdir. Bununla yanaşı, ölkədə azad mətbuatın inkişafı və informasiya

azadlığının təmin edilməsi üçün də müxtəlif tədbirlər görmüşdür. Bütün bunların nəticəsi

olaraq Azərbaycan həqiqətləri nəhayət dünyaya çatdırılmağa başlanmış, informasiya

blokadası yarılmışdır. Sonrakı dövrdə də Prezident İlham Əliyevin qətiyyətli və

məqsədyönlü fəaliyyəti ilə Azərbaycan reallıqları dünya ictimaiyyətinə çatdırılmağa


davam etdi. Xüsusilə, 2020-ci ildə böyük qələbəmizlə yekunlaşan 44 günlük Vətən

müharibəsində cəbhədə olduğu qədər informasiya müstəvisində də gərgin savaş getdi.

Qürurla deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu savaşdan da

qalib olaraq ayrıldı. Həmin günlərdə dövlət başçımız demək olar ki hər gün xarici

mediaya müsahibələr verir, onların az qala hücüm həddinə çatan ittihamlarını yerindəcə

sübutlarla məhv edirdi. Bunun nəticəsi idi ki, böyük qələbəmiz çox qısa zaman kəsiyində

hər kəs, o cümlədən dünyanın güc mərkəzləri tərəfindən qəbul edildi. Ancaq, təəssüf ki,

ölkəmizə qarşı media hücumları hələ də keçmişdə qalmayıb. Ölkəmizin Birləşmiş

Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər

Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcəyi elan olunduqdan sonra da ölkəmiz

sistemli şəkildə bu hücumlara məruz qalmaqdadır. Ölkə başçımızın Forumdakı çıxışında

qeyd etdiyi kimi, bizim namizədliyimiz və ev sahibliyimizlə bağlı qərar verildikdən sonra

- növbəti həftə Qərb mediasında bizə qarşı hücumlar başladı. Bu, gözlənilən bir hal idi.

Bəli, hər birimiz dərk edirdik ki, beynəlxalq hüquqla təsdiq olunan haqlı mübarizəmiz

zamanı belə, bizi günahlandıranlar əlbəttə ki, belə böyük uğur zamanı da Azərbaycanı

qaralamaqdan çəkinməyəcəklər. Ancaq, hər necə olsa da dövlətimiz öz yolunda

qətiyyətlə irəliləyir və milli maraqlarımızın təmin olunması yolunda qarşıya çıxan

istənilən əngəli dəf etməyə qadir olduğunu sübut edir. Şübhə yoxdur ki, bu günə qədər ev

sahibliyi etdiyimiz bütün beynəlxalq tədbirlərdə olduğu kimi, COP29 da ən yüksək

səviyyədə baş tutacaq və ölkə başçımızın ali rəhbərliyi ilə Azərbaycan bütün qərəzli

yanaşmalara rəğmən öz adını bir daha dünyaya duyuracaq.


Xəyalə Cavanşirli

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi








XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30