Azərbaycana qarşı heç bir potensial təhlükə yoxdur

Image




Uzun illər ermənipərəst siyasətçilər, bir sıra media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış məlumatlar yayırdılar. Əksinə olaraq Azərbaycanı dünya ictimaiyyətinə təcavüzkar kimi təqdim edirdilər. Məhz belə yanlış təqdimatlar nəticəsində Azərbaycan nahaq yerə sanksiyalara məruz qalırdı. 


Ermənipərəst qüvvələrin səyləri nəticəsində 1992-ci ildə ABŞ torpaqları işğal edilmiş, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılmış Azərbaycana qarşı absurd bir sanksiya tətbiq etmişdir. Bunların əksəriyyəti də dezinformasiya səbəbindən həyata keçirilirdi.


Məhz Azərbaycana qarşı yalan, böhtan dolu informasiyaların qarşısını almaq məqsədilə keçən ildən başlayaraq Azərbaycanda Şuşa Qlobal Media Forumu keçirilir. Və bu, demək olar ki,  ənənəyə çevrilib. 


Artıq Azərbaycan – Şuşa hər il dünyanın müxtəlif ölkələrindən gələn çoxsaylı qonaqlara ev sahibliyi edir.


Bu il “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən  2-ci Şuşa Qlobal Media Forumuna 50-ə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılmışdı. Forum 3 gün davam etmişdir.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və xarici jurnalistlərin çoxsaylı suallarına cavab verib.


Ali Baş Komandanımız torpaqlarımızı azad edəndən sonra Azərbaycana qarşı hər hansı bir potensial təhlükə olmadığını, ölkəmizin sabit olduğunu, cəmiyyətdə həmrəyliyin səviyyəsinin heç vaxt olmadığı qədər  yüksək, iqtisadi inkişafın təsirli olduğunu deyib.

Bəli, Azərbaycanın əraziləri məhz bir zaman öz torpağımızda  məskunlaşmağa yer verdiyimiz ermənilər tərəfindən mənimsənildi. Azərbaycan torpaqlarında Ermənistan yaradıldı. Ermənilərin kütləvi şəkildə Qarabağa köçü isə XIX əsrin birinci yarısında başlamışdı.1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ  xanlığı, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə isə Azərbaycanın digər xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilmişdir. Bundan sonra bu ərazilərə İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması başlamışdır.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ermənilərin Qarabağa, eyni zamanda Şuşaya qonaq kimi gəldiklərini, Şuşanın isə 1752-ci ildə Pənahəli xan tərəfindən salındığını və Şuşa əhalisinin mütləq əksəriyyətinin azərbaycanlılar təşkil etdiyini Forum iştirakçılarının diqqətinə çatdırıb.


Azərbaycanda ermənilər bu illər ərzində yerli əhali ilə eyni hüquqlara malik olublar. Lakin onlar zaman-zaman cinayət törədərək, dinc yerli əhalini qətlə yetirərək, işgəncələr verərək öz dədə-baba torpaqlarından didərgin saldılar. Ərazilərimizi işğal etdilər. 


Azərbaycan öz torpaqlarını sülh yolu ilə qan tökülmədən geri qaytarmaq istəyirdi. Öz haqq səsini qaldırırdı. Lakin beynəlxalq hüquq normaları kobudcasına pozulurdu. BMT Təhlükəsizlik Şurasının  Ermənistanın öz qoşunlarını dərhal və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması barədə qəbul etdiyi 4 qətnaməyə Ermənistan tərəfi əhəmiyyət verməyərək torpaqlarımızı 30 il işğal altında saxlamışdı. 


Dövlət başçısı 2-ci Şuşa Qlobal Media Forumunda işğal dövründə ermənilərin şəhər və kəndlərimizə, eyni zamanda ekologiyamıza vurduğu ziyandan və onların etdikləri digər vəhşiliklərdən söz açıb. Qeyd edib ki, biz 28 il onları məcbur edə bilməmişik ki, beynəlxalq hüquqa riayət etsinlər. Yalnız bunu güc hesabına məcbur etdik. Lakin bu halda sülh olmayacaq. Bu, bölgə üçün heç də yaxşı ssenari deyil, sabitliklə, təhlükəsizliklə nəticələnməyəcək. Amma, eyni zamanda çox həssas geosiyasi vəziyyəti nəzərə alsaq, gələcəkdə də çətinliklər yaranacaq. 


Beləliklə, bildiyimiz kimi, üç vasitəçi – beynəlxalq tərəf var ki, bu prosesə dəstək olurlar - ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Ermənistan bir sıra addımlar atıbsa da, bunu öz xoşu ilə etməyib. Sülh danışqlarına isə Ermənistan hələ gəlmək istəmir. Lakin son iki il ərzində vasitəçilər Ermənistana nümayiş etdirdilər ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz də onların ərazi bütövlüyünü tanımayacayıq.


Bunların hər biri kifayət qədər beynəlxalq səviyyədə mexanizmdən istifadə edə bilər ki, müstəqil olaraq fəaliyyət göstərsin. Biz ümid edirik ki, bu üçündən birində təkamülü, irəliləyişi görəcəyik. 


Bu gün Azərbaycan iqtisadiyyatını, resurslarını özü təmin edir. Müdafiə sahəsində dərin islahatlar həyata keçirilir. Ermənistan ordusunu cəmi 44 günə darmadağın edən Azərbaycan Ordusu  3 il əvvəlkindən daha güclüdür. Sirr deyil ki, bu gün Ermənistan cəmiyyətinin, hətta Ermənistan hökümətinin  tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır, hətta bunu gizlətmirlər. Odur ki, Azərbaycan hər an özünü qorumağa hazır olmalıdır və buna qadirdir. 


Bu gün Azərbaycan Ordusunun gücü, hazırlığı müharibə dövründəkindən qat-qat artıqdır. Azərbaycan xalqı isə hər an öz vətənini qorumağa hazırdır.


İşğaldan azad edilən torpaqda həyat qaynayır. Vətəndən didərgin düşmüş soydaşlarımız artıq tikilib istifadəyə verilmiş ərazilərə qayıdıblar. 30-dan çox kənd və şəhərin baş planı təsdiqlənib. Bir sıra kəndlərin təməli qoyulub. 


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanı qaytaracağıq. İndi biz, necə deyərlər işin ibtidai mərhələsindəyik. Amma təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Ümid edirəm ki, Şuşa şəhərinə gələn il ilk sakinlər gələcək, yerləşəcəklər. Təbii ki, minatəmizləmə prosesi ən böyük əngəldir. 10 min kvadratmetri əhatə edən ərazidə durmadan gecə-gündüz işlər gedir.”


Ermənilərin torpaqlarımızı tərk etdiyi zaman basdırdıqları minaların partlamasından bu günə kimi 300-dən çox insan həyatını itirib və ağır yaralanaraq ömürlük şikəst olub. İndiyə qədər isə Ermənistan tərəfi bu minaların xəritəsini Azərbaycana təqdim etməməsi Azərbaycana qarşı olan terrorun davamıdır. Onlar yalnız basdırılmış 400 min  minanın xəritəsini veriblər. Lakin təxmini məlumdur ki, basdırılmış minaların sayı bir milyondan artıqdır. Bu isə müharibə cinayətidir. 


Azərbaycan Prezidenti Forumda prioritet məsələlərdən birinin azad olunmuş ərazilərin yenidən qurulması olduğunu vurğulayıb. Qeyd edib ki, azad olunmuş ərazilərdə bu gün çoxsaylı beynəlxalq şirkətlər kontraktor kimi fəaliyyət göstərir.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bizim fəal çalışdığımız digər bir mühüm sahə rəqəmsallaşmadır. Həmin sektora böyük həcmdə maliyyə vəsaiti ayrılıb. Böyük potensialımız var. Mən bilirəm ki, bəzi Amerika şirkətləri artıq bərpaolunan enerji sahəsinə maraq göstərir. Biz bu sahədə çox böyük potensiala malikik. Hesablamaya görə təkcə Xəzər dənizində 157 qiqavat həcmində potensial var. Yeni bərpaolunan enerji sahəsində şirkətlər artıq fəaliyyət göstərir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş imzalandı və Avropa İttifaqının Prezidenti də orada iştirak edirdi. Həmin layihəyə əsasən, biz Azərbaycandan Avropaya Qara dənizin dibi ilə yaşıl enerji xətti inşa edəcəyik. 


Mən Amerika şirkətlərini kənd təsərrüfatı sahəsində də görmək istərdim. Kənd təsərrüfatına isə nəqliyyat sahəsini də əlavə etmək istərdim. Bu sahədə bizim qonşularla böyük beynəlxalq əməkdaşlığımız var və nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün böyük potensial mövcuddur.”


Azərbaycan Prezidenti sonra ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələlərin sosial mediadan öyrəndiyini söylədi. Dövlət başçısı qeyd etdi ki, həm sosial media, həm ənənəvi KİV-lər mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və ona dərhal reaksiya verim.


Şəhla Ağbulud

“Abşeron” qəzetinin baş redaktoru








XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30