Aydın və hərtərəfli şərh

Image

Aydın və hərtərəfli şərh

       Məlumdur ki, qeyrət qalamız, gözəl məkanımız Şuşada dünyanın ən vacib məsələləri, üzləşilən problemləri müzakirə edilir, qlobal xarakterli qərarlar qəbul olunur. Bu, dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Əziz Şuşa, biz səni dirçəldəcəyik” kəlamının real nəticələridir. Qısa müddətdə Şuşanı bərpa etmək, dünyaya tanıtdırmaq, kimliyini bəyan etmək, həmçinin beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevirmək bilavasitə dövlətimizin qüdrətini, Prezident İlham Əliyevin mükəmməl idarəçiliyini və qurucu, yaradıcı qabiliyyətini göstərir. 

     Yeri gəlmişkən, qeyd edək ki, bu dəfə mədəniyyətimizin paytaxt Şuşa dünya mediasının üzləşdiyi xoşagəlməz hadisələrin həlli ilə məşğul olan “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumuna evsahibliyi etdi. Öncə onu deyim ki, bu mötəbər Forumda 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun iştirak etməsi, birgə müzakirə aparması tədbirə artan marağı və onun önəmini göstərir. Mövzu da son dərəcə aktualdır. Çünki yalan, heç bir əsası olmayan, böhtan xarakterli, beynəlxalq ictimaiyyətin diqqətini əsas məsələlərdən yayındıran, cəmiyyətləri çaşdıran, ayrı-ayrı dövlətlər haqqında mənfi obrazlar formalaşdıran informasiyalar baş alıb gedir. Azərbaycan da uzun illər dezinformasiyadan əziyyət çəkən ölkələrdəndir. Odur ki, bu mənfi tendensiyaya qarşı birgə mübarizə olduqca labüddür.


       Onu da qeyd edək ki,  müxtəlif ölkələrdən bu qədər xarici qonağın, o cümlədən media mənsubunun işğaldan azad edilmiş ərazilərimizə gəlməsi, orada işğalçılar tərəfindən törədilmiş vandalizmin izlərini gözləri ilə görməsi, eləcə də bu gün Azərbaycanın həmin torpaqlarda apardığı quruculuq işləri ilə tanışlıq, bu ərazilərin əsl sakinlərinin kimlər olduğunu bilməsi çox vacibdir. Bu, Azərbaycana qarşı müxtəlif çevrələrdə hazırlanan yalan məlumatlara, formalaşdırılan mənfi rəyə qarşı atılan ən doğru addımdır. Çünki burada hər şeyə özü şahid olan, peşəsinə vicdanla yanaşan jurnalist həm təmsil etdiyi ölkəyə, həm də beynəlxalq ictimaiyyətə həqiqətləri çatdırır. Açılış mərasimində dövlətimizin başçısı cənab İlham Əliyevin iştirak etməsi, iştirakçıların çoxsaylı suallarını cavablandırması Forumun əhəmiyyətini əks etdirir. Prezident İlham Əliyev fəaliyyəti ərzində daim mətbuata açıq olub, yerli və xarici jurnalistlərlə görüşlər keçirib, onları maraqlandıran suallara aydınlıq gətirib. Bu, sözsüz ki, azad mətbuatı hər zaman dəstəkləyən, onların sərbəst fəaliyyətinə geniş imkanlar yaradan ölkəmizin başçısının demokratik təbiətindən irəli gəlir. Biz cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə onlarla xarici KİV-ə verdiyi müsahibələri yaxşı xatırlayırıq. O, informasiya cəbhəsində də öndə olaraq məntiqli və tutarlı cavabları ilə baş verən hadisələrin mahiyyətinin ətraflı izahını verdi, dezinformasiyaları alt-üst edərək həqiqətləri, Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırdı.

       Xüsusilə qeyd etmək lazımdır ki, 2-ci Şuşa Qlobal Media Forumunda da iştirakçıların müxtəlif məzmunlu suallarını geniş zəkası, dərin biliyi, tutarlı arqumentləri və dəmir məntiqi ilə cavablandıran dövlətimizin başçısı cənab İlham Əliyev həm bölgədə, həm regionda, həm də dünyada yaşanan proseslərin aydın və hərtərəfli şərhini verdi. Eyni zamanda Prezidentimiz Azərbaycanın dünyada yerini və rolunu, həyata keçirdiyi xarici siyasətin mahiyyətini, qlobal sülh və təhlükəsizliyə töhfələrini qeyd etdi. Beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bilən cənab İlham Əliyevin fikirləri, irəli sürdüyü təşəbbüslər daim beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır və təqdir olunur. Heç təsadüfi deyil ki, Prezidentimizin bu Forumdakı çıxışı qısa müddətdə dünyanın nüfuzlu informasiya agentliklərində geniş işıqlandırıldı və təqdir olundu.

       Ən əsası, Forumda və bu çərçivədə təşkil olunan panel sessiyalarda aparılan fikir və təcrübə mübadilələri yalan məlumatların ifşasında, dezinformasiyaya qarşı mübarizədə kifayət qədər faydalı olacaq.

Cavid Əsgərzadə,

YAP Göygöl rayon təşkilatı Aparatının məsləhətçisi



 









XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30