Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start veriləcək.
"Gununxeberi.az " xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” da yeni mövsümdə ilk rəsmi matçına çıxacaq.
Ağdam klubu Cəbəllütariqdə “Linkoln”un qonağı olacaq. Matç Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Bu komandalar arasındakı cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.
Xatırladaq ki, "Linkoln" "Qarabağ"a tanış rəqibdir. 2023/24 mövsümünün birinci mərhələsində də Ağdam təmsilçisi Cəbəllütariq çempionu ilə qarşılaşmış və hər iki matçda qələbə qazanmışdı (2:1 səfərdə, 4:0 evdə).
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
20:00. “Linkoln” - “Qarabağ”
Baş hakim: İştvan Vad (Macarıstan)
Cəbəllütariq, “Europa point stadium”