Yeni dövrün yeni vəzifələri
Cəmiyyətin güzgüsü olan mətbuatımız bu gün yaranmasının 149 illiyini qeyd edir. Çətin və şərəfli yol keçən Azərbaycan mətbuatı bütün dövrlərdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Bu gün müstəqillik tariximizdə mətbuatın inkişafına yönələn addımlardan bəhs etmək istərdik. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı yenidən quraraq bütün sahələrdə davamlı uğurlara yol açdı. Ümummilli Liderin azad mətbuatın inkişafına xidmət edən addımları davamlılığı ilə diqqətdə oldu. Senzuranın ləğvi azad mətbuatın qarşısında geniş imkanlar açdı. Qəzetlərə birdəfəlik yardımlar verildi, “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı” təsdiqləndi. Həmçinin “Kütləvi informasiya vasitələrinınmaddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı” təsdiqləndi. Həmçinin “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” qanunlar qəbul olundu ki, bunlar da öz növbəsində müstəqil mətbuatın inkişafına böyük dəstək oldu.
YAP fəalı Fənar Qənbərova, Laçın rayon Zabux kənd tam orta məktəbinin ibtidai sinif müəllimi