Milli mətbuatın yaranması-Milli istiqlala doğru atılan ilk addım

Image


 

Ümummilli lider Heydər Əliyev: "Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir."    

 

Sivil insan cəmiyyəti formalaşandan azad fikir və sərbəst düşüncə ifadə etməyə, obyektiv informasiya almağa ciddi ehtiyac duyulub. Mətbuat yarandığı vaxtdan hər bir fərdin ayrı-ayrılıqda özünüifadə etmək istəyi əsrlər boyu insanlığın demokratik ideallar uğrunda mübarizəsinin də əsas mahiyyətini təşkil edib.

Dövlətlər arasında işgüzar, iqtisadi münasibətlər qurularkən öncə hansı dəyərlərə sahib olduğuna nəzər salınır - araşdırılır. Maddi dəyərlərindən əvvəl ölkənin milli-mənəvi dəyərləri qiymətləndirilir. Çünki maddi dəyərlər yalnız tutarlı, zəngin ənənələrə malik milli-mənəvi dəyərlər mövcud olduğu halda mümkündür.

Əsrlər boyunca Azərbaycanda da qeyri-maddi, mənəvi dəyərlərin yaradılması uğrunda mübarizələr aparılıb. Bu gün müasir cəmiyyəti mətbuatsız, mədəniyyətsiz, təhsilsiz, iqtisadi və siyasi nailiyyətlər olmadan təsəvvür etmək mümkün deyil. 

1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. XIX əsrin sonlarına yaxın Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən olan Həsən bəy Zərdabi idi.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin onun ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.

Mütərəqqi ideyaların carçısı olan "Əkinçi" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin ən böyük uğurları ilk növbədə onun mətbu dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqisinə çalışan "Əkinçi" qadın azadlığı və qadınların təhsili ideyasını təbliğ edirdi. "Əkinçi" qəzetində dövrün görkəmli alim və ziyalılarının - Nəcəf bəy Vəzirovun, Moskvadan Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvaninin, Dərbənddən Heydərinin göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundzadənin "Vəkili-naməlumi millət" imzası ilə məqalələri dərc olunurdu. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. "Əkinçi" Azərbaycandan kənarda da - Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə yayılırdı.

Milli demokratik mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafının təməli rolunu oynadı.

 

XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə nəşr etdirdiyi ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti oldu. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri olub. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemənzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bildi. 1906-cı il aprelin 7-də Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" nəşrə başladı. 1918-ci ilədək Tiflisdə nəşr olunan jurnal 1921-ci ildə Təbrizdə, 1921-1931-ci illərdə Bakıda çap olundu.

Bu dövr Azərbaycan ziyalılarının fəal iştirakı ilə nəşr olunan "Ziya", "Kəşkül", "Kaspi", "Həyat", "Füyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik" kimi qəzet və jurnalların da mətbuatımızın inkişafında böyük rolu olub.

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. 146 il ərzində müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verdi. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.

Müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. 

Ulu Öndər tərəfindən mətbuatın inkişafına göstərilən dövlət qayğısı siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır. Mətbuat tariximizdə hərb, müharibə mövzusu Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan mətbu orqanlarında "Azərbaycan", "Açıq söz" və "İstiqlal" qəzetlərində daha geniş yer alıb.

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.

Beləcə, Azərbaycan kütləvi informasiya vasitələri sırasında mühüm yer alan hərbi mətbuatımız ötən dövr ərzində böyük inkişaf yolu keçərək Qarabağ müharibəsinin döyüş salnaməsini yaratdı. Vətən müharibəsində qəzetimizin əməkdaşları üç səyyar informativ qəzet-bülletenlər hazırladılar. Bu gün "Azərbaycan Ordusu" qəzeti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Müdafiə Nazirliyinin rəhbərliyinin bütün göstərişlərini böyük məsuliyyətlə, dövlətə, dövlətçiliyə böyük sədaqətlə yerinə yetirir.

 

 Zeynalova Türanə,

Xəzər rayonu, 262 №li tam orta məktəbin müəllimi 

 








XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30