Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bank xərcini 2 dəfə artırıb
2023-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) bank xərci 9,731 milyon manat təşkil edib.
Gununxeberi.az bildirir ki, bu, 2022-ci illə müqayisədə 2,1 dəfə çoxdur.
Ötən il agentliyin bank xərci ümumi xərclərinin 0,2 %-ni təşkil edib. Bu nisbət əvvəlki il 0,1 % olub.( report)