Bütün dövrlərdə həqiqət carçısı olan mətbuatımız 149 yaşında

Image

Bütün dövrlərdə həqiqət carçısı olan mətbuatımız 149 yaşında

Həsən bəy Zərdabi tərəfindən 1875-ci il iyulun 22-də nəşr olunan "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız 149 yaşına çatır. Bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayan mətbuatımızın bu günü ilə bağlı bu sahənin peşəkarları danışıblar.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Ənənələrə sadiq, dinamik, müasir...

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, bugünkü Azərbaycan mediası daim inkişafa can atan, özündə tarixi ənənələrə sadiqliyi və müasirliyi yaşadan dinamik, cəmiyyət həyatının müxtəlif sferalarına nüfuz etməyi bacaran mütəhərrik strukturdur: "Elə bir sahə yoxdur ki, media həmin sahə ilə bağlı ictimaiyyəti məlumatlandırmasın. Hazırda Azərbaycan mediası dünyanın Cənubi Qafqaz regionu ilə bağlı vacib informasiya mənbəyi rolunda çıxış edir. Bu da təbiidir. Çünki Azərbaycan regionun lider ölkəsidir, yaşadığımız coğrafiya ilə bağlı bütün vacib qərarlarda müstəsna rola malikdir. Bu günün Azərbaycanı o qədər güclü inkişaf edir ki, medianın da bu inkişafa adekvat reaksiya verməsi mütləqdir".

Peşəkarlığın artırılmasına ehtiyac var

Sədr vurğulayır ki, adekvatlığın qorunması üçün isə peşəkarlığın daha da artırılmasına ehtiyac duyulur: "Biz hər zaman deyirik ki, Azərbaycan mediası dünya mediasına inteqrasiya etməli, onun tərkib hissəsi olmalıdır. Nəzərə alsaq ki, dünyanın da gözü Cənubi Qafqazdadır, məsələ daha aktual səciyyə daşımaqdadır. Deməli, mediamız peşəkar standartları mənimsəməklə yanaşı, xarici dil biliklərinə də yiyələnməlidir. Burada söhbət yalnız xarici dildə xəbər yayımından getmir. Eyni zamanda, dünyanın anladığı dildə düşünmək, təhlil etmək bacarığı da önəmlidir. Məsələn, azərbaycanlı jurnalist ingilis, fransız, ərəb və sair dili bilirsə, o, həmçinin həmin dillərdə danışan auditoriyanın tələblərini, nələri əsas götürdüyünü aydın şəkildə dərk etməlidir. Bu, peşəkarlığın sərhədlərini daha geniş götürmək zərurətini doğurur".

"Hər birimizin arzusu mediamızı daha peşəkar görməkdir"

R.Məcid jurnalistlərimizin daha təminatlı yaşamasını arzulayır: "Milli mətbuatımızın ildönümləri qazandıqlarımızı və qazanmadıqlarımızı nəzərdən keçirmək üçün fürsət verir. O cümlədən, gələcək barədə düşünmək və yeni vəzifələr müəyyənləşdirmək baxımından da. Mediamızı, jurnalistlərimizi daha peşəkar görmək hər birimizin arzusudur. Peşəkarlıq üçün isə arxayınlaşmamaq, daha əzmlə çalışmaq şərtdir. Sırf gözləntiyə gəlincə, əlbəttə, daha bir arzumuz da var ki, mediamız ölkə iqtisadiyyatının tərkib hissəsinə çevrilsin. Jurnalistlərimiz daha təminatlı yaşasınlar. Hər bir peşəkar media orqanı özünü iqtisadi cəhətdən təmin etməyi bacarsın".

"Azərbaycan mətbuatı kifayət qədər inkişafdadır"

"Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev hesab edir ki, bugünkü Azərbaycan mətbuatı inkişafdadır və son tendensiyaları da mediada tətbiq etməyi bacarır. Lakin bəzi problemlərimiz hələ də qalır: "Əsas problemlərdən biri sosial şəbəkələrdəki yoxlanılmamış xəbərlərin mətbuat səhifələrinə sıçramasıdır. İstənilən halda, sosial şəbəkələrdə hər hansı bir xəbər yayılarsa, bunun mütləq təsdiqi lazımdır. Təəssüf ki, oxucuların diqqətini daha tez çəkmək, oxucu sayı artırmaq üçün bəzi hallarda buna riayət edilmir. Bunun qarşısını almaq üçün mətbuatımız daha çox istinadlı xəbərlərdən, dünya təcrübəsində istifadə olunan alətlərdən istifadə etməlidir. Digər məsələlərdən biri isə yazıda, xəbərdə infoqrafikalardan istifadənin təşviqidir. Hazırda oxucular infoqrafik materiallara çox meyillənir. Həmçinin bir çox xəbər saytlarında videomaterialları müşahidə edirik. Bu da çox müsbət haldır. Çünki hazırkı dövrdə insanlar video formatlı xəbərləri xoşlayırlar".

Hansı xəbərlər daha çox oxunur?

Mətbuatda ciddi materialların daha az maraq kəsb etdiyini vurğulayan direktor bildirir ki, hazırda dünyada da ciddi xəbərlər az oxunur: "Azərbaycan mətbuatında kifayət qədər araşdırmalar və analitik materiallar var. Təəssüf ki, bunların oxunma sayı qənaətbəxş deyil. Bu tək bizdə belə deyil. Yəni dünyanın istənilən bir yerində şou-biznes xəbərləri, yaxud hansısa cəlbedici başlıqla verilən xəbərlər daha çox oxunur, nəinki ciddi materiallar".

Dünya nəhəngləri milli mətbuatımıza istinad edir

Peşəkar media mütəxəssisi vurğulayır ki, hazırda Azərbaycan mətbuatı Cənubi Qafqazda kifayət qədər keyfiyyətli kontent ortaya qoyur, bəzi sahələrdə hətta Türkiyədən də qabaqdadır: "Hazırda dünya mətbuatında da Azərbaycanın informasiya agentliklərinə, saytlarına istinadlar olunur və bu da təsdiq edir ki, biz artıq kifayət qədər tanınırıq".

Mətbuat Zərdabinin istədiyi səviyyədədir

Azxeber.com saytının təsisçisi və baş redaktoru Hacıbəy Heydərli isə deyir ki, 149 yaşlı Azərbaycan mətbuatı bu gün Həsən Bəy Zərdabinin istədiyi səviyyəyə çatıb: "Azərbaycan mətbuatı geridə qalan 149 il ərzində çox keşməkeşli və şərəfli yol keçib. Təbii ki, mətbuatın problemləri də var və hər zaman dilə gətiririk. Amma son illər biz Azərbaycan mətbuatında saflaşmanın şahidi oluruq".
Həmsöhbətimiz vurğulayır ki, hazırda ənənəvi media ilə yanaşı, onlayn media cəmiyyətin nəbzini tutub: "Xüsusilə də dövlət dəstəyinin ayrılmasından sonra onlayn mediada formalaşan qeyri-sağlam rəqabət azalıb, media subyektləri oxucuya keyfiyyətli yazılar təqdim etməyə çalışırlar".

"Hər bir həmkarımız fədakardır"

Çap mediasının hazırkı durumuna gəldikdə isə, sayt rəhbəri bildirir ki, çap mediası tarixdir və öz ənənələri, özünəməxsus xüsusiyyəti var: "Çap mediasının olması bizim cəmiyyətimiz, dövlətimiz üçün önəmlidir. Amma çap mediası da çalışmalıdır ki, dünyada baş verən yeniliklər, trendlərlə ayaqlaşsın. Təbii ki, bu məsələdə ən böyük amil reklam bazarının formalaşmasıdır. Azərbaycan mətbuatında çalışan hər bir həmkarımız fədakar insandır. Biz qalib ölkənin vətəndaşlarıyıq, mətbuat da öz simasında bizim uğurlarımızı daha geniş kütlələrə çatdırmağı bacarmalıdır".








XƏBƏR LENTİ

15.09.2024 | 20:20
Şampanlar partladıldı... - Fotolar

15.09.2024 | 20:17
"Azərbaycan Himni mənə güc verir" - "Ferrari"nin pilotu

15.09.2024 | 20:15
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - FOTO

15.09.2024 | 20:13
Formula 1 başa çatdı - FOTOLAR

15.09.2024 | 16:22
Milli Kitabxanada “15 sentyabr - Bilik Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

15.09.2024 | 13:50
İlham Əliyev “Formula 1”in prezidentini qəbul edib

15.09.2024 | 13:49
"Formula 2" yarışının qalibi mükafatlandırılıb - YENİLƏNİB

15.09.2024 | 13:47
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti İlham Əliyevin qəbulunda

15.09.2024 | 13:46
Bakının azad olunmasının 106-cı ili

15.09.2024 | 13:41
İsveçrə və dünya reytinqində 7-ci sırada olan Sürix Universitetinə qəbul olan tələbə ilə müsahibə

15.09.2024 | 11:22
Rəsmi Ankaradan Bakıya azadlıq təbriki

14.09.2024 | 21:26
"Qarabağ" "Səbail"i məğlub etdi

14.09.2024 | 21:25
"Formula 1"də üçüncü sərbəst yürüş başa çatdı - YENİLƏNİB

14.09.2024 | 21:24
Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu keçirilir - FOTOLAR

14.09.2024 | 21:15
Elçin Tağıyev Şəhid Hüseyn Nəsibovun valideyinlərini ziyarət edib- Fotolar

14.09.2024 | 21:08
AHİK sədri Sahib Məmmədov “Naftalan” Kurort Birliyində olub, mövcud vəziyyətlə maraqlanıb

14.09.2024 | 19:47
Polad Bülbüloğlu Rusiyada yüksək mükafata layiq görüldü

14.09.2024 | 19:35
"Formula 2": Sprint yarışının qalibi bəlli oldu (YENİLƏNİB)

14.09.2024 | 19:29
Antiterror tədbirləri tam və qəti Qələbəni təmin etdi

14.09.2024 | 17:08
Yer kürəsi yeni peyk ələ keçirəcək

14.09.2024 | 16:05
Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı artıb

14.09.2024 | 16:04
Siyəzəndə 400 şagirdin təhsil aldığı məktəb bağlanıb

14.09.2024 | 14:17
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası

14.09.2024 | 14:16
"Formula 1"də üçüncü sərbəst yürüş başa çatdı - YENİLƏNİB

14.09.2024 | 14:15
TƏBİB xəstəxanalarda elektron sistemin çökməsinin səbəbini AÇIQLADI - YENİLƏNİB

14.09.2024 | 14:13
“Öz adımdan və Mehriban xanımın adından başsağlığı verirəm”

14.09.2024 | 14:01
Amerikalı və erməni mütəxəssislər kibertəhlükəsizlik üzrə birgə təlimlər keçiriblər

14.09.2024 | 13:12
Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

14.09.2024 | 12:59
Fatma Səttarova vəfat etdi

14.09.2024 | 12:57
Bakıda bir gecənin içində parkın ərazisində bina tikiblər - İDDİA

14.09.2024 | 12:53
AHİK sədri sanatoriya direktorunu işdən çıxardı - FOTO

14.09.2024 | 12:50
Qərb Cənubi Qafqazda sülh və sabitliyə öz maraqlarına təhdid kimi baxır — Millət vəkili

14.09.2024 | 12:45
Bakıda problem yaradan yabanı ağacların götürülməsi asanlaşdırıldı — FOTOLAR

14.09.2024 | 12:42
Kamaləddin Qafarov: “Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”

14.09.2024 | 12:41
İlon Maskın şəxsi mühafizəsi ona hər il milyonlarla dollara başa gəlir

14.09.2024 | 12:37
Respublika Gənclər Kitabxanasında 15 sentyabr - Bilik Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

14.09.2024 | 12:10
Süni intellektdə inqilab: "ChatGPT"nin yeni modeli insan kimi düşünməyi öyrəndi

14.09.2024 | 11:56
Yolu qəribə üsulla bağlayıblar: Sürücüləri çıxılmaz vəziyyətdə qoyan problem

14.09.2024 | 10:54
Paralimpiya çempionu Orxan Aslanov: "Çətinlikdən qorxsaydım, idmanda olmazdım"

14.09.2024 | 10:11
Koronavirus şəklini dəyişib tanınmaz oldu: COVID-19 yeni "sürprizini" hazırlayır

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30