Ərdoğan Şimali Kiprdə səfərdədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına səfər edib.
“Gununxeberı.az ” “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə liderini Ercan hava limanında Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar qarşılayıb.
Ərdoğan səfər çərçivəsində Kipr Sülh Hərəkatının 50-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək.