Tarixi dostluq və strateji tərəfdaşlıq

Image

Tarixi dostluq və strateji tərəfdaşlıq


      Azərbaycanın son illər beynəlxalq aləmdə nüfuzunun artması ölkəmizin müxtəlif dövlətlərlə münasibətlərinə də müsbət təsir göstərir, əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Ötən bir neçə il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif nüfuzlu beynəlxalq tədbirlərə dəvət alması, bir sıra tədbirlərdə fəxri qonaq qismində iştirak etməsi ölkəmizin artan rolunun və çəkisinin əyani təsdiqidir. Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətləri ilə ikitərəfli əlaqələri onu qitələrarası qovşağa çevirir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

        İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına dövlət səfərinə gəlib. Bu səfər Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər zamanı Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə ikitərəfli və geniş tərkibli görüşlər keçirib,  əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 10-dan çox sənəd imzalanıb. Görüşdən sonra hər iki dövlətin başçıları mətbuat üçün bəyanatla çıxış ediblər. Bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycanın Vətən müharibəsində Qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Prezident İlham Əliyevin Pakistana dövlət səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət gətirərək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsini və uzunmüddətli vədədə dərinləşməsini təmin edəcək.

     Pakistan Azərbaycanın dostudur. Bunu birmənalı olaraq vurğulamaq olar. Çünki Azərbaycanın dar günündə həmişə onun yanındadır. “Dost dar gündə tanınar” atalar sözünü Pakistan təsdiqləyib. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq Bakı-İslamabad əlaqələri yüksək səviyyədə davam edib. Bakı-İslamabad əməkdaşlığı həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsinə də təkan verər. Türkiyə-Azərbaycan-Pakistan arasında hərbi, iqtisadi-ticarət və siyasi sahələrdə əməkdaşlıq bu zəncirin böyüməsinə, inkişafına səbəb olar.

       Fazil Məhəmmədov,

     Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü


Gununxeberı.az







XƏBƏR LENTİ

05.09.2024 | 22:41
Növbəti medalımız ondan gəldi

05.09.2024 | 22:40
Millimiz İsveçə məğlub oldu - Yenilənib

05.09.2024 | 22:38
Prezident və xanımından selfi - Foto

05.09.2024 | 22:37
Mehriban Əliyeva Vəli İsrafilovu təbrik etdi

05.09.2024 | 22:05
“Qərbi azərbaycanlıların qayıdışının təminatına Ermənistan məsuliyyət daşıyır"

05.09.2024 | 21:52
Böyük siyasətə qayıdış dövrü

05.09.2024 | 21:38
"Bu gündən sonra daxil olmuş müraciətlərə baxılmayacaq" - MSK sədri

05.09.2024 | 21:24
İtaliya Prezidenti və Baş naziri Azərbaycana gələcəklər

05.09.2024 | 21:23
İtaliya ilə imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu - Fotolar+Yenilənib

05.09.2024 | 21:21
Azərbaycan millisi İsveçə qarşı - Yenilənir+Canlı

05.09.2024 | 21:19
Erkin Qədirlinin şikayəti var

05.09.2024 | 21:17
COP29 xüsusi viza portalı istifadəyə verildi

05.09.2024 | 21:16
İlham Əliyev Ciorcia Meloni ilə görüşdü - Fotolar+Yenilənib

05.09.2024 | 21:14
Bu seçki dairələrindən şikayət var

05.09.2024 | 20:31
"Ford" avtomobilin salonunda sərnişinləri dinləyəcək

05.09.2024 | 19:27
"Instagram"dan möhtəşəm YENİLİK

05.09.2024 | 19:13
Heydər Əliyev Beynəlxalq Aeroportu vətəndaşlara xəbərdarlıq ETDİ

05.09.2024 | 19:11
Azərbaycan və İsveç yığmalarının start heyəti AÇIQLANDI

05.09.2024 | 18:45
Yeni Milli Məclisdən gözləntilər! - Qərbi Azərbaycana doğru...

05.09.2024 | 18:43
Sahib Məmmədov: “Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir”

05.09.2024 | 18:40
Muxtar Babayev Ucarda vətəndaş qəbulu keçirdi - Fotolar

05.09.2024 | 18:38
“Deputat seçilən xanım Fikrət Məmmədovun qızı deyil”

05.09.2024 | 18:25
Qərbi Azərbaycan Xronikası: Hayların çirkin toponim oyunu - Kəndlərimizin adlarını necə dəyişirlər?

05.09.2024 | 17:24
Küçələrdə balıqlar üzür, su avtomobillərin pəncərələrinə qədər qalxır: Texas daşqınların əsarətində

05.09.2024 | 16:32
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

05.09.2024 | 16:22
"Nissan" bir gündə iki yolsuzluq avtomobilini təqdim edib

05.09.2024 | 16:21
Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı AÇIQLANDI

05.09.2024 | 16:20
Fransaya yeni baş nazir təyin edildi

05.09.2024 | 16:18
Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verdi

05.09.2024 | 16:17
Türkiyədəki keçmiş səfir xarici işlər naziri təyin edildi

05.09.2024 | 16:14
Böyük Zəfərlə bağlı tədbir keçirildi

05.09.2024 | 16:00
İlham Əliyevin Romada İtaliya Prezidenti ilə birgə işçi naharı başlayıb

05.09.2024 | 15:54
Milli Kitabxanada "Əməkdar incəsənət xadimi Hidayət Orucov" adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO

05.09.2024 | 15:45
Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu keçiriləcək

05.09.2024 | 15:40
Naftalanda yeni müalicə mərkəzi istifadəyə verildi - Fotolar

05.09.2024 | 15:20
Mütəxəssis avtomobilin qəzaya uğradığını dərhal necə başa düşməyin sirlərini açıb

05.09.2024 | 15:18
Bakının Mirzəağa Əliyev küçəsində təmir işləri aparılır

05.09.2024 | 15:09
Goranboyda Mədəniyyət işçisini Nazirdən narazı salan kimlərdir

05.09.2024 | 15:02
Azərbaycanda LGBT təbliğatı qanunla QADAĞAN edilə bilər

05.09.2024 | 14:55
Paris-2024: Azərbaycan paraüzgüçüsü finala yüksəlib

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30