149 yaşlı milli mətbuatımız

Image

Artıq üçüncü ildir ki, ölkəmizin həyatında əhəmiyyətli rol oynayan hər

bir tarixi günü, bayramları tamamilə başqa ovqatda - tarixi Zəfərimizin

yaratdığı reallıqların uğurla həyata keçirilməsi və beynəlxalq aləmə qəbul

etdirilməsi fonunda  yüksək əhval-ruhiyyə ilə qeyd edirik. Bu reallıqların

istər ölkə, istərsə də  beynəlxalq ictimaiyyətə dolğun şəkildə

çatdırılmasında əsas missiyanı Azərbaycan mətbuatının yerinə yetirdiyini

nəzərə alsaq yaxınlaşmaqda olan 22 İyul-Milli Mətbuat Gününün özəlliyini

daha dərindən dərk edər, keçilən yolun ölkəmizin bu sahədə hansı

yeniliklərə imza atdığını təhlil etməklə belə bir fikri böyük inamla  qeyd edə

bilərik ki, ölkəmiz demokratik dəyərlərə sadiqdir və bunu  sözdə deyil,

əməldə təsdiqləyir. Əsası 149 il öncə - 1875-ci il iyulun 22-də "Əkinçi"

qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımız bu gün dövrün,

zamanın tələblərinə, tarixi Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq

daha da təkmilləşir, yeniləşir, həqiqət carçısı kimi müstəqil mətbuat üzərinə

düşən missiyanı  uğurla yerinə yetirir.

Həsən bəy Zərdabinin əsasını qoyduğu, 1875-ci il iyulun 22-dən 1877-ci ilin

sentyabrınadək cəmi 56 nömrəsi çıxan “Əkinçi” millətin aynası oldu, Azərbaycan

jurnalistikasının təməl prinsiplərini yazdı və bu gün də tarixi məktəb rolunu

oynayır.  Azərbaycan mətbuatının yaranması ilə ölkədə sözün həqiqi mənasında

keyfiyyətli mətbuat nümunəsi ortaya qoyuldu. Bizim şansımız odur ki, ilk yaranan

”Əkinçi" qəzeti çox yüksək səviyyəli, keyfiyyətli mətbuat orqanı idi və bu günə

qədər böyük bir məktəb rolunu oynayıb. Bu mənada “Əkinçi” qəzetinin

Azərbaycan mətbuatında xidmətləri çox böyükdür. O qəzetin yaranması ideyasında

Mirzə Fətəli Axundov kimi maarifçi, Nəcəf bəy Vəzirov kimi bir insan,

Azərbaycan maarifçilik məktəbinin baniləri iştirak ediblər. Bu qəzeti maarifçilik

formatında ortaya qoydular. Çünki Rusiya senzurasının qarşısında ancaq bu tipli

bir mətbuat yaratmaq olardı. Bu qəzetdə o qədər böyük insanların xidmətləri olub

ki, onlar azad mətbuat formatında müstəqilik ideyalarına zəmin yaratdılar. Zərdabi

bu gün beynəlxalq mətbuatda mövcud olan ən əsas prinsipləri bu qəzetdə birbaşa


ortaya qoymuşdu. İnformasiyanın dəqiq, vicdanlı, balanslı verilməsi prinsiplərini

Zərdabi o zaman rəhbər tutmuşdu. Bu qəzet jurnalistikanın ən ciddi qaydalarına

əməl edirdi.

Müstəqil mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər

sahələr kimi,  müstəqil mətbuatımızın inkişaf tarixində də yeni mərhələnin əsası

oldu. 149 illik yola, daha dəqiq desək, milli mətbuatımızın  1993-cü ildən başlanan

inkişaf yoluna qısa baxış belə bir ümumiləşdirməyə əsas verir ki,  Azərbaycan söz

və mətbuat azadlığının inkişaf səviyyəsinə görə MDB məkanında ən qabaqcıl

yerlərdədir. Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr

sırasındadır. Təkcə onu demək kifayətdir ki, rəsmi statistikaya görə, ölkə əhalisinin

88 faizdən çoxu internet istifadəçisidir. Ölkəmizdə medianın inkişafına,

jurnalistlərin sərbəst fəaliyyətinə, peşəkarlıqlarının artırılmasına böyük diqqət

göstərilir.

Supay Məmmədov,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən Müharibəsi

İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri








XƏBƏR LENTİ

05.09.2024 | 22:41
Növbəti medalımız ondan gəldi

05.09.2024 | 22:40
Millimiz İsveçə məğlub oldu - Yenilənib

05.09.2024 | 22:38
Prezident və xanımından selfi - Foto

05.09.2024 | 22:37
Mehriban Əliyeva Vəli İsrafilovu təbrik etdi

05.09.2024 | 22:05
“Qərbi azərbaycanlıların qayıdışının təminatına Ermənistan məsuliyyət daşıyır"

05.09.2024 | 21:52
Böyük siyasətə qayıdış dövrü

05.09.2024 | 21:38
"Bu gündən sonra daxil olmuş müraciətlərə baxılmayacaq" - MSK sədri

05.09.2024 | 21:24
İtaliya Prezidenti və Baş naziri Azərbaycana gələcəklər

05.09.2024 | 21:23
İtaliya ilə imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu - Fotolar+Yenilənib

05.09.2024 | 21:21
Azərbaycan millisi İsveçə qarşı - Yenilənir+Canlı

05.09.2024 | 21:19
Erkin Qədirlinin şikayəti var

05.09.2024 | 21:17
COP29 xüsusi viza portalı istifadəyə verildi

05.09.2024 | 21:16
İlham Əliyev Ciorcia Meloni ilə görüşdü - Fotolar+Yenilənib

05.09.2024 | 21:14
Bu seçki dairələrindən şikayət var

05.09.2024 | 20:31
"Ford" avtomobilin salonunda sərnişinləri dinləyəcək

05.09.2024 | 19:27
"Instagram"dan möhtəşəm YENİLİK

05.09.2024 | 19:13
Heydər Əliyev Beynəlxalq Aeroportu vətəndaşlara xəbərdarlıq ETDİ

05.09.2024 | 19:11
Azərbaycan və İsveç yığmalarının start heyəti AÇIQLANDI

05.09.2024 | 18:45
Yeni Milli Məclisdən gözləntilər! - Qərbi Azərbaycana doğru...

05.09.2024 | 18:43
Sahib Məmmədov: “Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir”

05.09.2024 | 18:40
Muxtar Babayev Ucarda vətəndaş qəbulu keçirdi - Fotolar

05.09.2024 | 18:38
“Deputat seçilən xanım Fikrət Məmmədovun qızı deyil”

05.09.2024 | 18:25
Qərbi Azərbaycan Xronikası: Hayların çirkin toponim oyunu - Kəndlərimizin adlarını necə dəyişirlər?

05.09.2024 | 17:24
Küçələrdə balıqlar üzür, su avtomobillərin pəncərələrinə qədər qalxır: Texas daşqınların əsarətində

05.09.2024 | 16:32
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

05.09.2024 | 16:22
"Nissan" bir gündə iki yolsuzluq avtomobilini təqdim edib

05.09.2024 | 16:21
Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı AÇIQLANDI

05.09.2024 | 16:20
Fransaya yeni baş nazir təyin edildi

05.09.2024 | 16:18
Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verdi

05.09.2024 | 16:17
Türkiyədəki keçmiş səfir xarici işlər naziri təyin edildi

05.09.2024 | 16:14
Böyük Zəfərlə bağlı tədbir keçirildi

05.09.2024 | 16:00
İlham Əliyevin Romada İtaliya Prezidenti ilə birgə işçi naharı başlayıb

05.09.2024 | 15:54
Milli Kitabxanada "Əməkdar incəsənət xadimi Hidayət Orucov" adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO

05.09.2024 | 15:45
Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu keçiriləcək

05.09.2024 | 15:40
Naftalanda yeni müalicə mərkəzi istifadəyə verildi - Fotolar

05.09.2024 | 15:20
Mütəxəssis avtomobilin qəzaya uğradığını dərhal necə başa düşməyin sirlərini açıb

05.09.2024 | 15:18
Bakının Mirzəağa Əliyev küçəsində təmir işləri aparılır

05.09.2024 | 15:09
Goranboyda Mədəniyyət işçisini Nazirdən narazı salan kimlərdir

05.09.2024 | 15:02
Azərbaycanda LGBT təbliğatı qanunla QADAĞAN edilə bilər

05.09.2024 | 14:55
Paris-2024: Azərbaycan paraüzgüçüsü finala yüksəlib

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30