Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm amil

Image

Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz

təchizatçısı adlandırmışdır

Azərbaycan qədim neft diyarı olaraq artıq dünyada özünü qaz hasilatçısı və ixracatçısı

kimi də təsdiq edib. İxracın mənbəyi əsasən “Şahdəniz” olsa da, hazırda işlənən digər

yataqların da yaxın illərdə istismara daxil ediləcəyi bu sahədə ölkəmizin qarşısında yeni

perspektivlər açır. Azərbaycan qazının bu gününə və sabahına maraq böyükdür. Təsadüfi

deyil ki, cari il aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və

əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyevə həmçinin bu

mövzu ilə bağlı bir sıra suallar ünvanlandırılıb. Dövlət başçısı qaz məsələsinə dair

mövqeyimizi ifadə edərək deyib: “Biz bütün öhdəliklərimizi yerinə yetirmişik. İstehlakçılarla

imzalanan müqavilələr üzrə işlər yüz faiz yerinə yetirilir. Bu gün Azərbaycan qazı Gürcüstan,

Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya ixrac olunur. Keçən il İtaliya Türkiyə ilə birlikdə

Azərbaycan qazını ən böyük həcmdə alan ölkə olub. Ölkəmiz regional enerji və nəqliyyat

layihələrinin müəllifi olaraq artıq Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli

əməkdaşlıqda mühüm rol oynayıb. Bu da o öz növbəsində geniş Avropa əməkdaşlığı üçün

təməl olub. Məsələn, əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri istifadəyə

verilməsəydi, bu gün Avropanın enerji təhlükəsizliyi qat-qat zəif olardı.

Hazırda Azərbaycan qazına olan tələbat sürətlə artır. Təbii ki, biz bunu nəzərə

almalıyıq. Lakin, eyni zamanda, potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı

böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Bu fikirləri

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz

Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib.

Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair fikirlərini paylaşan dövlətimizin başçısı

deyib: “Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və

sərmayədarlarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz

mövcud qurğuları genişləndirməliyik. Bu məsələləri biz gələn illərdə planlaşdırmırdıq, çünki

Cənub Qaz Dəhlizi, artıq söylədiyim kimi, üç boru kəmərindən ibarət vahid boru kəmərləri

sistemidir. Onun sonuncu hissəsi – Trans-Adriatik boru kəmərinin buraxıcılıq qabiliyyəti 10

milyard kubmetrdir. İndi isə biz onun genişləndirilməsi haqqında düşünürük, çünki buna

ehtiyac var”.

Sonda Prezident İlham Əliyev bildirmişdir ki, buna çoxlu vaxt və çoxlu maliyyə vəsaitləri,

o cümlədən sıx əlaqələndirmə, əməkdaşlıq və bütün iştirakçı ölkələrlə fəal dialoqların

olması tələb olunur. Bunun üçün də Azərbaycan bütün görüləcək işlərə tam hazırdır.

25 may 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28-ci

Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və

Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak etmişdir. Ölkəmizin başçısı

tədbirdə çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu neft

strategiyası və həmin il imzalanmış “Əsrin müqaviləsi”ni yada saldı.

Cənab Prezident İlham Əliyev 1994-cü ilin Azərbaycanın siyasi və iqtisadi cəhətdən

çətin mərhələlərindən olduğunu xatırladaraq bildirdi ki, bu ildə atəşkəs imzalanması ilə Birinci

Qarabağ müharibəsi başa çatdı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı.

Yeni müstəqilliyini əldə etmiş, əraziləri işğal olunmuş, bir milyondan artıq qaçqın-köçkün,

vətəndaş qarşıdurması yaşaması dövlətin iqtisadiyyatını yenidən dirçəltməkdə çətinlik

yaradırdı. Belə bir vəziyyətdə əölkəyə sərmayə qoymağa ehtiyyatla yanaşılırdı. Həmin


dövrlərdə ölkənin neft kəmərlərinin və infrastrukturun olmaması, mülki infrastruktur da geridə

qalmasını diqqətə çatdıran cənab Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin imzalanması

yeganə çıxış yolu olduğunu bildirdi

Məhz ilk dəfə 1994-cü ildə Xəzər neft-qaz sərgisinin keçirilməsilə Azərbaycanı dünyanın

beynəlxalq enerji ictimaiyyətinə təqdim edilirdi. Cənab Prezident İlham Əliyev 30 il ərzində

ABŞ və Böyük Britaniya ilə yaranmış enerji sahəsində uğurlu əməkdaşlığı yüksək

qiymətləndirərək artıq Azərbaycanın istehsalçı olaraq həm tranzit ölkələr, həm də

istehlakçılar üçün daha təhlükəsiz şəraiti təmin etdiyini bildirdi. Yaşadığımız dövrdə enerji

təhlükəsizliyinin milli təhlükəsizliyə və hətta milli təhlükəsizlik gündəliyində mühüm yer

tutduğunu diqqətə çatdırdı.

Ölkəmizin başçısı ötən ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji

sahəsində strateji tərəfdaşlığına dair Anlaşma Memorandumun imzalandığını yada saldı.

Azərbaycan Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üzvü

olduğunu bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cənub Qaz

Dəhlizini “birgə tarixi nailiyyət” kimi qiymətləndirdi.

Artıq 28 ildir neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıq üçün mühüm

platformaya çevrilən “Caspian Oil Gas” Sərgisi hər il tədbirdə bir çox ölkələrdən olan

şirkətlərin, yüksək səviyyəli qonaqların, dövlət xadimlərinin və beynəlxalq enerji ekspertlərinin

Bakıya toplaması və ən əsası Ölkəmizin başçısının açılış mərasimində iştirakı ilə sərginin

yüksək statusunu bir daha təsdiqləyir.

Əhmədova Gülüş,

Xəzər rayonu, 121 nömrəli məktəbin müəllimi








XƏBƏR LENTİ

05.09.2024 | 22:41
Növbəti medalımız ondan gəldi

05.09.2024 | 22:40
Millimiz İsveçə məğlub oldu - Yenilənib

05.09.2024 | 22:38
Prezident və xanımından selfi - Foto

05.09.2024 | 22:37
Mehriban Əliyeva Vəli İsrafilovu təbrik etdi

05.09.2024 | 22:05
“Qərbi azərbaycanlıların qayıdışının təminatına Ermənistan məsuliyyət daşıyır"

05.09.2024 | 21:52
Böyük siyasətə qayıdış dövrü

05.09.2024 | 21:38
"Bu gündən sonra daxil olmuş müraciətlərə baxılmayacaq" - MSK sədri

05.09.2024 | 21:24
İtaliya Prezidenti və Baş naziri Azərbaycana gələcəklər

05.09.2024 | 21:23
İtaliya ilə imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu - Fotolar+Yenilənib

05.09.2024 | 21:21
Azərbaycan millisi İsveçə qarşı - Yenilənir+Canlı

05.09.2024 | 21:19
Erkin Qədirlinin şikayəti var

05.09.2024 | 21:17
COP29 xüsusi viza portalı istifadəyə verildi

05.09.2024 | 21:16
İlham Əliyev Ciorcia Meloni ilə görüşdü - Fotolar+Yenilənib

05.09.2024 | 21:14
Bu seçki dairələrindən şikayət var

05.09.2024 | 20:31
"Ford" avtomobilin salonunda sərnişinləri dinləyəcək

05.09.2024 | 19:27
"Instagram"dan möhtəşəm YENİLİK

05.09.2024 | 19:13
Heydər Əliyev Beynəlxalq Aeroportu vətəndaşlara xəbərdarlıq ETDİ

05.09.2024 | 19:11
Azərbaycan və İsveç yığmalarının start heyəti AÇIQLANDI

05.09.2024 | 18:45
Yeni Milli Məclisdən gözləntilər! - Qərbi Azərbaycana doğru...

05.09.2024 | 18:43
Sahib Məmmədov: “Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir”

05.09.2024 | 18:40
Muxtar Babayev Ucarda vətəndaş qəbulu keçirdi - Fotolar

05.09.2024 | 18:38
“Deputat seçilən xanım Fikrət Məmmədovun qızı deyil”

05.09.2024 | 18:25
Qərbi Azərbaycan Xronikası: Hayların çirkin toponim oyunu - Kəndlərimizin adlarını necə dəyişirlər?

05.09.2024 | 17:24
Küçələrdə balıqlar üzür, su avtomobillərin pəncərələrinə qədər qalxır: Texas daşqınların əsarətində

05.09.2024 | 16:32
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

05.09.2024 | 16:22
"Nissan" bir gündə iki yolsuzluq avtomobilini təqdim edib

05.09.2024 | 16:21
Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı AÇIQLANDI

05.09.2024 | 16:20
Fransaya yeni baş nazir təyin edildi

05.09.2024 | 16:18
Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verdi

05.09.2024 | 16:17
Türkiyədəki keçmiş səfir xarici işlər naziri təyin edildi

05.09.2024 | 16:14
Böyük Zəfərlə bağlı tədbir keçirildi

05.09.2024 | 16:00
İlham Əliyevin Romada İtaliya Prezidenti ilə birgə işçi naharı başlayıb

05.09.2024 | 15:54
Milli Kitabxanada "Əməkdar incəsənət xadimi Hidayət Orucov" adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO

05.09.2024 | 15:45
Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu keçiriləcək

05.09.2024 | 15:40
Naftalanda yeni müalicə mərkəzi istifadəyə verildi - Fotolar

05.09.2024 | 15:20
Mütəxəssis avtomobilin qəzaya uğradığını dərhal necə başa düşməyin sirlərini açıb

05.09.2024 | 15:18
Bakının Mirzəağa Əliyev küçəsində təmir işləri aparılır

05.09.2024 | 15:09
Goranboyda Mədəniyyət işçisini Nazirdən narazı salan kimlərdir

05.09.2024 | 15:02
Azərbaycanda LGBT təbliğatı qanunla QADAĞAN edilə bilər

05.09.2024 | 14:55
Paris-2024: Azərbaycan paraüzgüçüsü finala yüksəlib

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30