Strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənir

Image

Prezident İlham Əliyev Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı

çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışında olduqca vacib

məqamlara toxunub. Ölkəmizin başçısı enerji sahəsində Bakıda müəyyənləşdirilən strateji

tərəfdaşlığın önəmindən bəhs edib. Vurğulanıb ki, Azərbaycan Avropaya qaz təchizatını

2027-ci ilin sonuna qədər ikiqat artırmağı nəzərdə tutur. Bu hədəfə doğru atılan addımların

əhəmiyyəti xüsusi ilə qeyd edilib.

Dövlət başçımız müxtəlif ölkələrdə təşkil olunan tədbirlərdə öz fəallığı ilə seçilir.

Məsələn, bu ay Prezident İlham Əliyev Astanaya səfər edib. Burarda sıralarında Çin, Rusiya,

Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)

kimi mühüm beynəlxalq platformanın Zirvə toplantısının iştirakçısı olub. Dövlətimizin başçısı

sammit çərçivəsində Rusiya, Çin, Qazaxıstanın dövlət başçıları ilə ikitərəfli, Türkiyə

Prezidenti və Pakistan Baş naziri ilə üçtərəfli görüşlər keçirib. Şübhəsiz, hər bir görüşü

ölkələrimiz arasında əməkdaşlığın imkanlarının dəyərləndirilməsinə bir fürsət kimi

qiymətləndirmək olar. Bu baxımdan, dövlətimizin başçısının Çin Xalq Respublikasının lideri Si

Cinpinlə görüşü xüsusi vurğulanmalıdır.

Şübhəsiz, ŞƏT-in zirvə görüşündə ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları ilə

keçirilən görüşlər Azərbaycan Prezidenti ilə təşkilata üzv dövlətlərin rəhbərləri arasında

qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli münasibətlərin daha bir göstəricisi olub.

Elə bu ayda Prezident Pakistana da səfər edib ki, bu da iki ölkə arasındakı qardaşlığa

əsaslanan sıx əlaqələrin yeni erasının başlanğıcı kimi tarixə düşüb. Strateji tərəfdaşlıq

münasibətlərinin daha da möhkəmləndirilməsi və bütün sahələrdə inkişafının təmin edilməsi

istiqamətində aparılan müzakirələr, imzalanan sənədlər də bunun təsdiqidir. Bu səfər

çərçivəsində 15 sənədin mübadiləsi gələcək münasibətlərin aydın mənzərəsini yaradır.

Bütün bu görüşlərdə daim etibarlı sülh uğrunda mübarizədə Prezident İlham Əliyevin

siyasətinin ana xəttini təşkil edib. Unutmayaq ki, bu gün Azərbaycan regionun lider dövləti,

əsas söz sahibi kimi böyük bir tarixi missiyanı üzərinə götürüb. Ulu Öndərin layiqli varisinin

strateji baxışı, qətiyyəti, doğru qərarlarla yaratdığı yeni reallıqlar sayəsində bu missiya da

uğurla yerinə yetirməkdədir. Bunu dövlət başçımızın iyulun 18-də Böyük Britaniya və Şimali

İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü

Zirvə toplantısında iştirak etmək üçün işgüzar səfərdə keçirdiyi görüşlər də bir daha təsdiq

edir.

Dövlət başçımız bu səfəri çərçivəsində qarşı tərəflərin müraciətlərinə əsasən

Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden, İsveçrə Konfederasiyasının

Prezidenti Viola Amherd, Macarıstanın Baş naziri Viktor Orban, Litva Respublikasının

Prezidenti Gitanas Nauseda, Çex Respublikasının Baş naziri Petr Fiala, Finlandiya

Respublikasının Prezidenti Aleksandr Stubb, Almaniya Federativ Respublikasının Kansleri

Olaf Şolts ilə də görüşüb. Bu görüşlərdə sülh prosesi ilə yanaşı, BMT-nin İqlim Dəyişikliyi

üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə (COP29) əlaqədar

hazırlıq prosesi, həmçinin Qlobal Cənub və Qlobal Şimal arasında konsensusun qurulması,

həmrəyliyin artırılması istiqamətində səylərin davam etdirilməsi də vurğulanıb. Yeri

gəlmişkən, dövlətimizin başçısı Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı

çərçivəsində “Enerji və bağlantı” mövzusunda keçirilən dəyirmi masada bildirib ki, 2021-ci ildə

Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici


13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil

edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.

Gürcüstan, Serbiya, Türkiyə və Sloveniya Azərbaycanla qaz əməkdaşlığı istiqamətində

mühüm addımlar atır. Burada yeni tərəfdaşlıqlar da mövcuddur. Həmçinin Sloveniya-

Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verib. Məhz bunun

nəticəsində Azərbaycan bir neçə aya Sloveniya bazarına daxil ola biləcək. Bütün bu addımlar

isə hər bir tərəf üçün mühüm imkanlar yaradacaq. Avropada interkonnektor layihələri icra

olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar

olacaq deyən cənab Prezident qarşıda böyük hədəflərin olduğunu diqqətə çatdırıb. Əldə

edilən bu uğurlar isə sözsüz ki, Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm amillərdir.

Məhz bu uğurlu siyasətin nəticəsi olaraq Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı

tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırıb.

Pərvanə Piriyeva,

Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin müəllimi









XƏBƏR LENTİ

05.09.2024 | 22:41
Növbəti medalımız ondan gəldi

05.09.2024 | 22:40
Millimiz İsveçə məğlub oldu - Yenilənib

05.09.2024 | 22:38
Prezident və xanımından selfi - Foto

05.09.2024 | 22:37
Mehriban Əliyeva Vəli İsrafilovu təbrik etdi

05.09.2024 | 22:05
“Qərbi azərbaycanlıların qayıdışının təminatına Ermənistan məsuliyyət daşıyır"

05.09.2024 | 21:52
Böyük siyasətə qayıdış dövrü

05.09.2024 | 21:38
"Bu gündən sonra daxil olmuş müraciətlərə baxılmayacaq" - MSK sədri

05.09.2024 | 21:24
İtaliya Prezidenti və Baş naziri Azərbaycana gələcəklər

05.09.2024 | 21:23
İtaliya ilə imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu - Fotolar+Yenilənib

05.09.2024 | 21:21
Azərbaycan millisi İsveçə qarşı - Yenilənir+Canlı

05.09.2024 | 21:19
Erkin Qədirlinin şikayəti var

05.09.2024 | 21:17
COP29 xüsusi viza portalı istifadəyə verildi

05.09.2024 | 21:16
İlham Əliyev Ciorcia Meloni ilə görüşdü - Fotolar+Yenilənib

05.09.2024 | 21:14
Bu seçki dairələrindən şikayət var

05.09.2024 | 20:31
"Ford" avtomobilin salonunda sərnişinləri dinləyəcək

05.09.2024 | 19:27
"Instagram"dan möhtəşəm YENİLİK

05.09.2024 | 19:13
Heydər Əliyev Beynəlxalq Aeroportu vətəndaşlara xəbərdarlıq ETDİ

05.09.2024 | 19:11
Azərbaycan və İsveç yığmalarının start heyəti AÇIQLANDI

05.09.2024 | 18:45
Yeni Milli Məclisdən gözləntilər! - Qərbi Azərbaycana doğru...

05.09.2024 | 18:43
Sahib Məmmədov: “Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir”

05.09.2024 | 18:40
Muxtar Babayev Ucarda vətəndaş qəbulu keçirdi - Fotolar

05.09.2024 | 18:38
“Deputat seçilən xanım Fikrət Məmmədovun qızı deyil”

05.09.2024 | 18:25
Qərbi Azərbaycan Xronikası: Hayların çirkin toponim oyunu - Kəndlərimizin adlarını necə dəyişirlər?

05.09.2024 | 17:24
Küçələrdə balıqlar üzür, su avtomobillərin pəncərələrinə qədər qalxır: Texas daşqınların əsarətində

05.09.2024 | 16:32
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

05.09.2024 | 16:22
"Nissan" bir gündə iki yolsuzluq avtomobilini təqdim edib

05.09.2024 | 16:21
Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı AÇIQLANDI

05.09.2024 | 16:20
Fransaya yeni baş nazir təyin edildi

05.09.2024 | 16:18
Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verdi

05.09.2024 | 16:17
Türkiyədəki keçmiş səfir xarici işlər naziri təyin edildi

05.09.2024 | 16:14
Böyük Zəfərlə bağlı tədbir keçirildi

05.09.2024 | 16:00
İlham Əliyevin Romada İtaliya Prezidenti ilə birgə işçi naharı başlayıb

05.09.2024 | 15:54
Milli Kitabxanada "Əməkdar incəsənət xadimi Hidayət Orucov" adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO

05.09.2024 | 15:45
Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu keçiriləcək

05.09.2024 | 15:40
Naftalanda yeni müalicə mərkəzi istifadəyə verildi - Fotolar

05.09.2024 | 15:20
Mütəxəssis avtomobilin qəzaya uğradığını dərhal necə başa düşməyin sirlərini açıb

05.09.2024 | 15:18
Bakının Mirzəağa Əliyev küçəsində təmir işləri aparılır

05.09.2024 | 15:09
Goranboyda Mədəniyyət işçisini Nazirdən narazı salan kimlərdir

05.09.2024 | 15:02
Azərbaycanda LGBT təbliğatı qanunla QADAĞAN edilə bilər

05.09.2024 | 14:55
Paris-2024: Azərbaycan paraüzgüçüsü finala yüksəlib

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30