Enerji və bağlantı

Image

Cari ilin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı keçirildi.

Toplantıda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də iştirak edirdi. İlham Əliyev

toplantı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edərək Azərbaycan

Respublikası ilə Avropa dövlətləri arasındakı hərtərəfli əməkdaşlığa dair məsələlərə diqqət

çəkmişdi. Avropa dövlətlərinin qazla təchizatı məsələsinə toxunan prezident bildirdi ki, enerji

sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın

2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Əməkdaşlığın inkişaf dinamikasının

qorunulduğunu qeyd edən İlham Əliyev vurğuladı ki, 2021-ci ildə Avropa qitəsinə bizim qaz

təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın

olacaq. Azərbaycanın təbii qazını alan Avropa ölkələrinin sayının artdığına diqqət çəkən

prezident qeyd etdi ki, Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan,

Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq

üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. İlham Əliyev Avropa qitəsində

yeni tərəfdaş qazanan Azərbaycan Respublikasının Sloveniya ilə dövlətimiz arasındakı

əməkdaşlığa da toxunaraq bildirdi ki, Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində

mühüm hadisə baş verdi. Azərbaycan bir neçə aya Sloveniya bazarına daxil ola biləcək. İndi

Avropada interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə

ixrac edilməsi üçün əlavə imkanlar olacaq. Bunun da öz növbəsində Avropanın qaz

təchizatındakı təhlükəsizliyini təmin edəcəyini vurğulayan İlham Əliyev bu sahədəki uğurlarımızı

Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm amil kimi qiymətləndirdi. Əbəs deyil ki,

Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı

adlandırmışdır. Azərbaycanın strateji hədələrindən bəhs edən İlham Əliyev qeyd etdi ki,

Azərbaycan Respublikası yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz

etmək üzrə öz öhdəliyini yerinə yetirmək üçün əlindən gələni etməyə çalışır. Azərbaycan

Respublikasının Avropa qitəsinin həyatındakı rolunun əhəmiyyətinə diqqət çəkən İlham Əliyev

bildirdi ki, yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini

sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində

çalışmalıyıq. Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20

milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir.

Avropanın bəzi aparıcı dövlətlərinin Azərbaycan Respublikasına qarşı ikili standartlar

çərçivəsində münasibət sərgiləməsinə baxmayaraq bizimlə davamlı və sabit əməkdaşlıq üçün

bütün lazımi amillər mövcuddur. Azərbaycanın lazımi resursları və infrastrukturu var, habelə

daha da inkişaf etdirilir. Lakin erməni lobbisinin Avropa dövlətlərində apardığı antiazərbaycan

kompaniyası əməkdaşlığımızın inkişaf dinamikasının sürətini azaldır. Ona görə də biz bu

münasibətləri inkişaf etdirməklə paralel ermənilərin çirkin kompaniyalarına qarşı da mübarizə

apararaq Avropa dövlətlərində Azərbaycan həqiqətlərini təbliğ eləməyə, ermənilərin gözünü kor

qoyduğu Avropa dövlətlərinin gözlərini açmağa çalışır, onlarla sağlam münasibətlər qurmağa,

hərtərəfli əməkdaşlığa nail olmağa çalışırıq. Bunun göstəricisidir ki, İlham Əliyev geniş

auditoriyası olan belə toplantılarda şəxsən iştirak edir, bununla da, Azərbaycan Respublikasının

dövlət maraqlarını hüquqi şəkildə müdafiə edir. Bu cür fəaliyyətin nəticəsidir ki, 20 il ərzində


Azərbaycan Respublikası tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər

təşəbbüsü ilə çıxış etdi və qonşuları ilə birlikdə onu istismara verdi, təbii ki, bu, bünövrəsi Heydər

Əliyev tərəfindən qoyulan və layiqli davamçısı İlham Əliyev tərəfindən həyata keçirilən enerji

siyasətinin tarixi nailiyyəti hesab edilir. Azərbaycanın nefti həssas nöqtələrə nəql olunur. İndi

Azərbaycan neftini Aralıq dənizində Türkiyənin Ceyhan limanından müxtəlif təyinat nöqtələrinə,

o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə

nəql edir. Əlamətdar statistika ondan ibarətdir ki, bəzi ölkələrdə Azərbaycan xam neftinin

istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir.

Üç ildən artıqdır ki, Azərbaycan mühüm qaz təchizatçısına çevrilib. Bizim qaz kəmərimiz -

Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib. Təchizatçı ölkəyə çevrilən

Azərbaycan Respublikasının qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik

inteqrasiya edilmiş boru kəməri sistemi - Cənub Qaz Dəhlizi istismara verildikdən sonra

Azərbaycan dərhal Avropaya təchizata başladı. Bu cür dünya miqyaslı layihələr nəinki

Azərbaycan Respublikasının gücünün təcəssümü, eyni zamanda Azərbaycanın enerji

ehtiyatlarını həm dövlətin inkişafı, həm də onun ərazi bütövlüyünün təhlükəsizliyi, dövlət

maraqlarının müdafiəsi istiqamətində silaha çevirən müdrik siyasətin göstəricisidir. Bu, İlham

Əliyev siyasətinin fərqidir. Çünki tərəfdaşlarımızın sayının artması yalnız Azərbaycan

Respublikasının gəlirlərinin artması deyil, onu siyasi meydanda dəstəkləyən ölkələrin də

çoxalması deməkdir. Bu da özlüyündə ölkədə rifahın qorunub saxlanılması, erməni faktorunun

neytrallaşdırılması, nəticədə də, təbii ki, sərhədlərimizin təhlükəsizliyinin təminatı kimi

dəyərləndirilməlidir.

Əsgərova Şəlalə,

Xəzər rayonu, 241 saylı tam orta məktəbin direktoru








XƏBƏR LENTİ

05.09.2024 | 22:41
Növbəti medalımız ondan gəldi

05.09.2024 | 22:40
Millimiz İsveçə məğlub oldu - Yenilənib

05.09.2024 | 22:38
Prezident və xanımından selfi - Foto

05.09.2024 | 22:37
Mehriban Əliyeva Vəli İsrafilovu təbrik etdi

05.09.2024 | 22:05
“Qərbi azərbaycanlıların qayıdışının təminatına Ermənistan məsuliyyət daşıyır"

05.09.2024 | 21:52
Böyük siyasətə qayıdış dövrü

05.09.2024 | 21:38
"Bu gündən sonra daxil olmuş müraciətlərə baxılmayacaq" - MSK sədri

05.09.2024 | 21:24
İtaliya Prezidenti və Baş naziri Azərbaycana gələcəklər

05.09.2024 | 21:23
İtaliya ilə imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu - Fotolar+Yenilənib

05.09.2024 | 21:21
Azərbaycan millisi İsveçə qarşı - Yenilənir+Canlı

05.09.2024 | 21:19
Erkin Qədirlinin şikayəti var

05.09.2024 | 21:17
COP29 xüsusi viza portalı istifadəyə verildi

05.09.2024 | 21:16
İlham Əliyev Ciorcia Meloni ilə görüşdü - Fotolar+Yenilənib

05.09.2024 | 21:14
Bu seçki dairələrindən şikayət var

05.09.2024 | 20:31
"Ford" avtomobilin salonunda sərnişinləri dinləyəcək

05.09.2024 | 19:27
"Instagram"dan möhtəşəm YENİLİK

05.09.2024 | 19:13
Heydər Əliyev Beynəlxalq Aeroportu vətəndaşlara xəbərdarlıq ETDİ

05.09.2024 | 19:11
Azərbaycan və İsveç yığmalarının start heyəti AÇIQLANDI

05.09.2024 | 18:45
Yeni Milli Məclisdən gözləntilər! - Qərbi Azərbaycana doğru...

05.09.2024 | 18:43
Sahib Məmmədov: “Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir”

05.09.2024 | 18:40
Muxtar Babayev Ucarda vətəndaş qəbulu keçirdi - Fotolar

05.09.2024 | 18:38
“Deputat seçilən xanım Fikrət Məmmədovun qızı deyil”

05.09.2024 | 18:25
Qərbi Azərbaycan Xronikası: Hayların çirkin toponim oyunu - Kəndlərimizin adlarını necə dəyişirlər?

05.09.2024 | 17:24
Küçələrdə balıqlar üzür, su avtomobillərin pəncərələrinə qədər qalxır: Texas daşqınların əsarətində

05.09.2024 | 16:32
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

05.09.2024 | 16:22
"Nissan" bir gündə iki yolsuzluq avtomobilini təqdim edib

05.09.2024 | 16:21
Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı AÇIQLANDI

05.09.2024 | 16:20
Fransaya yeni baş nazir təyin edildi

05.09.2024 | 16:18
Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verdi

05.09.2024 | 16:17
Türkiyədəki keçmiş səfir xarici işlər naziri təyin edildi

05.09.2024 | 16:14
Böyük Zəfərlə bağlı tədbir keçirildi

05.09.2024 | 16:00
İlham Əliyevin Romada İtaliya Prezidenti ilə birgə işçi naharı başlayıb

05.09.2024 | 15:54
Milli Kitabxanada "Əməkdar incəsənət xadimi Hidayət Orucov" adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO

05.09.2024 | 15:45
Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu keçiriləcək

05.09.2024 | 15:40
Naftalanda yeni müalicə mərkəzi istifadəyə verildi - Fotolar

05.09.2024 | 15:20
Mütəxəssis avtomobilin qəzaya uğradığını dərhal necə başa düşməyin sirlərini açıb

05.09.2024 | 15:18
Bakının Mirzəağa Əliyev küçəsində təmir işləri aparılır

05.09.2024 | 15:09
Goranboyda Mədəniyyət işçisini Nazirdən narazı salan kimlərdir

05.09.2024 | 15:02
Azərbaycanda LGBT təbliğatı qanunla QADAĞAN edilə bilər

05.09.2024 | 14:55
Paris-2024: Azərbaycan paraüzgüçüsü finala yüksəlib

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30