Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Image

Ötən ilin 12 noyabr tarixində “İstanbul NS” klinikasında vəfat edən iş adamı, uzun illər “Natavan” trikotaj fabrikinin rəhbəri olmuş Böyükağa Şükürovun yaxınları onun ölümündə şübhəli məqamların olduğunu iddia edir.

Mərhumun qardaşı Qabil Şükürov “Qafqazinfo”ya müraciət edərək B.Şükürovun ölüm səbəbinin tam araşdırılmasını istədiklərini deyib.

O düşünür ki, qardaşının vəfatı ilə bağlı onlara verilmiş məlumat və görüntülər uzlaşmır: “Qardaşım çox sağlam insan idi. 2014-cü ildə Mərkəzi Gömrük Hospitalında ürək əməliyyatı keçirmişdi, damarı dəyişdirilmişdi və səhhətində ondan sonra hər hansı şikayəti olmamışdı. Ötən il noyabrın 12-də mən Türkiyədə olarkən yeznəm günorta vaxtı qəfil zəng elədi ki, Böyükağa vəfat edib. Həmin gecə bilet alaraq təcili Bakıya gəldim. Lakin gələndə məlum oldu ki, qardaşımı heç Bakıdakı bacılarımın belə xəbəri olmadan dəfn ediblər. Ayın 13-də qardaşımgilin həyətində yas mərasimi ilə bağlı toplaşanda mən sorğu-sual etməyə başladım ki, qardaşım harada, hansı səbəbdən vəfat edib. Mənə ilk olaraq dedilər ki, Böyükağa Mərkəzi Klinikada əməliyyat zamanı vəfat edib. Sonra həmin klinikaya getdim, orada dedilər ki, bu tibb müəssisəsində belə bir əməliyyat və ölüm hadisəsi baş verməyib”.

Q.Şükürovun sözlərinə görə, ona daha sonra qardaşının Mərkəzi Gömrük Hospitalında vəfat etməsini deyiblər: “Lakin həmin xəstəxanada da deyilən məlumatı təkzib etdilər. Son 3 ayın tarixçələrini çıxardılar və məlum oldu ki, Böyükağa Şükürov adlı xəstə qəbul edilməyib. Bundan sonra başqa bir dövlət xəstəxanasının adı çəkildi, orada da qardaşımın olmaması üzə çıxdı. Qardaşımın ölüm kağızını əldə etdikdə onun Nərimanov rayonu ərazisində yerləşən “İstanbul NS” klinikasında vəfat etməsi məlum oldu. Qardaşımın bəzi ailə üzvləri tərəfindən onun harada vəfat etməsinin gizlədilməsinin səbəbini heç cürə başa düşə bilmirdim. Ölüm kağızında qeyd edilmişdi ki, vəfat etmə səbəbi bağırsaq keçməzliyi olub və bundan çox şübhələndim. Xəstəxanada belə bir diaqnozdan insan itkisi çox nadir hallarda ola bilər”.

Şikayətçi qeyd edib ki, məsələ ilə bağlı vəkil tutub və ölüm hadisəsini araşdırmağa başlayıb: “Vəkilim “İstanbul NS” klinikasında olanda oranın hüquqşünası bildirib ki, guya Böyükağa ilə qonşu olub və qardaşım daim orada müalicə alıb. Sonra sorğu verib cavab aldıq və məlum oldu ki, ölümdən əvvəlki 3 ayda qardaşım həmin klinikaya bir dəfə də olsun, müraciət etməyib. Şübhəli məqamları görüb məsələnin tam araşdırılması və ölüm səbəbinin müəyyən edilməsi üçün Nərimanov Rayon Prokurorluğuna müraciət etdik. Həmçinin xəstəxanadan kamera görüntülərinin çıxarılmasını tələb etdik. Lakin günlər keçməsinə baxmayaraq, prokurorluq xəstəxanadan kamera görüntülərini əldə edə bilmədi. Əvəzində dedilər ki, ölüm hadisəsi zamanı mobil telefon vasitəsilə lentə alınmış videolar mövcuddur. Həmin kadrlarda isə ayrı-ayrı geyimlərdə olan şəxslər, harada olması bilinmədiyi formada nəsə edirlər və heç nə anlaşılmır”.

Qabil Şükürov qardaşının ölüm səbəbinin dəqiqləşdirilməsi və işə hüquqi qiymətin verilməsi üçün dövlət qurumlarına müraciət edib, qəbullarda olub: “Lakin geridə qalan 9 ay müddətində heç bir konkret addım atılmayıb və zaman həqiqətlərin ortaya çıxmasının əleyhinə işləyir. Təyin olunan ilk ekspertizada xəstəlik tarixçəsində olan məlumatlar rəyə köçürülüb, əməli addım atılmayıb. Biz də rəydən şikayət etdik. Bundan sonra təkrar hərbi ekspertizaya göndərildi və iş çox uzadıldı. Məlum oldu ki, “İstanbul NS” klinikası ölüm rəyini 4 ay sonra yazıb, halbuki ölümdən dərhal yazılmalı idi.

Hərbi ekspertiza ölümün həkim səhlənkarlığından baş verməsinə rəy verib. Birinci klinikaya cinayət işi açılsın, iş araşdırılsın, həqiqətlər ondan sonra üzə çıxar, günahkarlar qanun qarşısında cavab verər. Konkret olaraq həkim səhlənkarlığı təsdiqləndiyi üçün o istiqamətdə cinayət işi açılaraq iş araşdırılmalıdır. Bundan sonra qardaşım Böyükağa Şükürovun hansı səbəbdən, hansı şəraitdə ölməsi və ya bəlkə də öldürülməsi üzə çıxacaq”.

Qafqazınfo.az istinadən










XƏBƏR LENTİ

05.09.2024 | 22:41
Növbəti medalımız ondan gəldi

05.09.2024 | 22:40
Millimiz İsveçə məğlub oldu - Yenilənib

05.09.2024 | 22:38
Prezident və xanımından selfi - Foto

05.09.2024 | 22:37
Mehriban Əliyeva Vəli İsrafilovu təbrik etdi

05.09.2024 | 22:05
“Qərbi azərbaycanlıların qayıdışının təminatına Ermənistan məsuliyyət daşıyır"

05.09.2024 | 21:52
Böyük siyasətə qayıdış dövrü

05.09.2024 | 21:38
"Bu gündən sonra daxil olmuş müraciətlərə baxılmayacaq" - MSK sədri

05.09.2024 | 21:24
İtaliya Prezidenti və Baş naziri Azərbaycana gələcəklər

05.09.2024 | 21:23
İtaliya ilə imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu - Fotolar+Yenilənib

05.09.2024 | 21:21
Azərbaycan millisi İsveçə qarşı - Yenilənir+Canlı

05.09.2024 | 21:19
Erkin Qədirlinin şikayəti var

05.09.2024 | 21:17
COP29 xüsusi viza portalı istifadəyə verildi

05.09.2024 | 21:16
İlham Əliyev Ciorcia Meloni ilə görüşdü - Fotolar+Yenilənib

05.09.2024 | 21:14
Bu seçki dairələrindən şikayət var

05.09.2024 | 20:31
"Ford" avtomobilin salonunda sərnişinləri dinləyəcək

05.09.2024 | 19:27
"Instagram"dan möhtəşəm YENİLİK

05.09.2024 | 19:13
Heydər Əliyev Beynəlxalq Aeroportu vətəndaşlara xəbərdarlıq ETDİ

05.09.2024 | 19:11
Azərbaycan və İsveç yığmalarının start heyəti AÇIQLANDI

05.09.2024 | 18:45
Yeni Milli Məclisdən gözləntilər! - Qərbi Azərbaycana doğru...

05.09.2024 | 18:43
Sahib Məmmədov: “Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir”

05.09.2024 | 18:40
Muxtar Babayev Ucarda vətəndaş qəbulu keçirdi - Fotolar

05.09.2024 | 18:38
“Deputat seçilən xanım Fikrət Məmmədovun qızı deyil”

05.09.2024 | 18:25
Qərbi Azərbaycan Xronikası: Hayların çirkin toponim oyunu - Kəndlərimizin adlarını necə dəyişirlər?

05.09.2024 | 17:24
Küçələrdə balıqlar üzür, su avtomobillərin pəncərələrinə qədər qalxır: Texas daşqınların əsarətində

05.09.2024 | 16:32
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

05.09.2024 | 16:22
"Nissan" bir gündə iki yolsuzluq avtomobilini təqdim edib

05.09.2024 | 16:21
Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı AÇIQLANDI

05.09.2024 | 16:20
Fransaya yeni baş nazir təyin edildi

05.09.2024 | 16:18
Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verdi

05.09.2024 | 16:17
Türkiyədəki keçmiş səfir xarici işlər naziri təyin edildi

05.09.2024 | 16:14
Böyük Zəfərlə bağlı tədbir keçirildi

05.09.2024 | 16:00
İlham Əliyevin Romada İtaliya Prezidenti ilə birgə işçi naharı başlayıb

05.09.2024 | 15:54
Milli Kitabxanada "Əməkdar incəsənət xadimi Hidayət Orucov" adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO

05.09.2024 | 15:45
Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu keçiriləcək

05.09.2024 | 15:40
Naftalanda yeni müalicə mərkəzi istifadəyə verildi - Fotolar

05.09.2024 | 15:20
Mütəxəssis avtomobilin qəzaya uğradığını dərhal necə başa düşməyin sirlərini açıb

05.09.2024 | 15:18
Bakının Mirzəağa Əliyev küçəsində təmir işləri aparılır

05.09.2024 | 15:09
Goranboyda Mədəniyyət işçisini Nazirdən narazı salan kimlərdir

05.09.2024 | 15:02
Azərbaycanda LGBT təbliğatı qanunla QADAĞAN edilə bilər

05.09.2024 | 14:55
Paris-2024: Azərbaycan paraüzgüçüsü finala yüksəlib

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30