İcbari tibbi sığorta ilə prostat vəzin adenomasının əməliyyatı kəsiksiz aparılır

Image

 


Prostat vəzi - sidik kisəsinin altında və sidik yolunun ətrafında yerləşən orqandır. Bu orqan böyüdükdə sidik kanalını sıxır. Nəticədə sidik kisəsi tam boşalmır, gündüzlər və gecələr qəfil və ya tez-tez sidiyə çıxmaq istəyi, sidik axınının təzyiqinin azalması, urinasiya zamanı gücənmə, yanma, göynəmə və ağrı kimi simptomlar yaranır. Bu simptomlar olduqda dərhal həkim-uroloqa müraciət etmək lazımdır.  

İlk olaraq pasiyent həkim tərəfindən fiziki müayinə olunur. Xəstəliyin dəqiq diaqnostikası üçün həkim tərəfindən laborator və instrumental müayinələr təyin oluna bilər. Laborator müayinələrə sidiyin ümumi analizi, qanda ümumi və sərbəst prostat spesifik antigenin (PSA) təyini daxildir. İnstrumental müayinələr üçün uroloji ultrasəs müayinəsi, ehtiyac olduqda transrektal USM, KT və MRT müayinələri tövsiyə olunur. Bundan başqa, sidik ifrazat sisteminin funksiyasını dəyərləndirmək üçün uroflumetriya müayinəsi təyin oluna bilər. Ümumi müayinələrin nəticələri əsasında prostat vəzinin bədxassəli inkişafına şübhə olarsa prostat vəzinin biopsiyası da aparıla bilər.

Prostat vəzinin adenomasının dərman müalicəsinə tabe olmaması fonunda yuxarıda qeyd olunan simptomları aradan qaldırmaq məqsədi ilə prostatın transuretral rezeksiyası (TURP) əməliyyatı aparılır. TUR əməliyyatı bəzən prostat vəzin bədxassəli şişi, sidik kisəsinin polipləri və şişlərində, sidik kisəsi boynunun sklerozunda da tətbiq edilir.

Prostatın transuretral rezeksiyası (TURP) – dəridə kəsik aparılmadan  təbii sidik kanalından daxil olmaqla sidik axınına maneə törədən prostat vəzin toxumasının kəsilib götürülməsi əməliyyatıdır. Əməliyyat endoskopik üsulla vizual müayinə altında aparılır. Ağırlaşma olmazsa əməliyyatdan bir neçə gün sonra pasiyent ambulator müalicə üçün evə buraxılır.

Qeyd edək ki, instrumental və laborator diaqnostik müayinələr, reanimasiya, anesteziya,  əməliyyat və yatış zamanı istifadə olunan dərman və tibbi sərf (kateter), biopsiya və əməliyyat zamanı götürülən toxumanın histoloji müayinəsi, yatış müddətində  qidalanma icbari tibbi sığorta ilə tam qarşılanır. 

2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə 3385 TURP əməliyyatı icra olunub. Beynəlxalq kliniki protokola görə prostat vəzin həcmi 80 sm³-ə qədər TURP əməliyyatı, daha böyük həcmlərdə isə başqa əməliyyat növləri icra edilə bilər. Bu əməliyyatın açıq əməliyyatdan üstünlüyü ondan ibarətdir ki, sidik kisəsinin tamlığı pozulmur. Bədəndə heç yerdə kəsik açılmadığı üçün pasiyentin  əmək qabiliyyəti tez bərpa olunur. Əməliyyatdan sonra sidik ifrazının pozulması ilə bağlı kişilərin həyat keyfiyyətinə mənfi təsir göstərən simptomlar aradan qalxır.

TURP əməliyyatı icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyində olan Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Nərimanov Tibb Mərkəzi, M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Yeni Klinika, Gəncə Birləşmiş Şəhər Xəstəxanası və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində göndəriş əsasında icra olunur.








XƏBƏR LENTİ

15.09.2024 | 20:20
Şampanlar partladıldı... - Fotolar

15.09.2024 | 20:17
"Azərbaycan Himni mənə güc verir" - "Ferrari"nin pilotu

15.09.2024 | 20:15
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - FOTO

15.09.2024 | 20:13
Formula 1 başa çatdı - FOTOLAR

15.09.2024 | 16:22
Milli Kitabxanada “15 sentyabr - Bilik Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

15.09.2024 | 13:50
İlham Əliyev “Formula 1”in prezidentini qəbul edib

15.09.2024 | 13:49
"Formula 2" yarışının qalibi mükafatlandırılıb - YENİLƏNİB

15.09.2024 | 13:47
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti İlham Əliyevin qəbulunda

15.09.2024 | 13:46
Bakının azad olunmasının 106-cı ili

15.09.2024 | 13:41
İsveçrə və dünya reytinqində 7-ci sırada olan Sürix Universitetinə qəbul olan tələbə ilə müsahibə

15.09.2024 | 11:22
Rəsmi Ankaradan Bakıya azadlıq təbriki

14.09.2024 | 21:26
"Qarabağ" "Səbail"i məğlub etdi

14.09.2024 | 21:25
"Formula 1"də üçüncü sərbəst yürüş başa çatdı - YENİLƏNİB

14.09.2024 | 21:24
Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu keçirilir - FOTOLAR

14.09.2024 | 21:15
Elçin Tağıyev Şəhid Hüseyn Nəsibovun valideyinlərini ziyarət edib- Fotolar

14.09.2024 | 21:08
AHİK sədri Sahib Məmmədov “Naftalan” Kurort Birliyində olub, mövcud vəziyyətlə maraqlanıb

14.09.2024 | 19:47
Polad Bülbüloğlu Rusiyada yüksək mükafata layiq görüldü

14.09.2024 | 19:35
"Formula 2": Sprint yarışının qalibi bəlli oldu (YENİLƏNİB)

14.09.2024 | 19:29
Antiterror tədbirləri tam və qəti Qələbəni təmin etdi

14.09.2024 | 17:08
Yer kürəsi yeni peyk ələ keçirəcək

14.09.2024 | 16:05
Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı artıb

14.09.2024 | 16:04
Siyəzəndə 400 şagirdin təhsil aldığı məktəb bağlanıb

14.09.2024 | 14:17
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası

14.09.2024 | 14:16
"Formula 1"də üçüncü sərbəst yürüş başa çatdı - YENİLƏNİB

14.09.2024 | 14:15
TƏBİB xəstəxanalarda elektron sistemin çökməsinin səbəbini AÇIQLADI - YENİLƏNİB

14.09.2024 | 14:13
“Öz adımdan və Mehriban xanımın adından başsağlığı verirəm”

14.09.2024 | 14:01
Amerikalı və erməni mütəxəssislər kibertəhlükəsizlik üzrə birgə təlimlər keçiriblər

14.09.2024 | 13:12
Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

14.09.2024 | 12:59
Fatma Səttarova vəfat etdi

14.09.2024 | 12:57
Bakıda bir gecənin içində parkın ərazisində bina tikiblər - İDDİA

14.09.2024 | 12:53
AHİK sədri sanatoriya direktorunu işdən çıxardı - FOTO

14.09.2024 | 12:50
Qərb Cənubi Qafqazda sülh və sabitliyə öz maraqlarına təhdid kimi baxır — Millət vəkili

14.09.2024 | 12:45
Bakıda problem yaradan yabanı ağacların götürülməsi asanlaşdırıldı — FOTOLAR

14.09.2024 | 12:42
Kamaləddin Qafarov: “Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”

14.09.2024 | 12:41
İlon Maskın şəxsi mühafizəsi ona hər il milyonlarla dollara başa gəlir

14.09.2024 | 12:37
Respublika Gənclər Kitabxanasında 15 sentyabr - Bilik Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

14.09.2024 | 12:10
Süni intellektdə inqilab: "ChatGPT"nin yeni modeli insan kimi düşünməyi öyrəndi

14.09.2024 | 11:56
Yolu qəribə üsulla bağlayıblar: Sürücüləri çıxılmaz vəziyyətdə qoyan problem

14.09.2024 | 10:54
Paralimpiya çempionu Orxan Aslanov: "Çətinlikdən qorxsaydım, idmanda olmazdım"

14.09.2024 | 10:11
Koronavirus şəklini dəyişib tanınmaz oldu: COVID-19 yeni "sürprizini" hazırlayır

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30