“Muğanbank” kürəkənindir, “Oksigen Klinikası” da həyat yoldaşımın”

Image





Ləğv prosesində olan “Muğanbank” ASC “Oksigen Klinikası”na qarşı məhkəmədə iddia qaldırıb. Bankın klinikaya qarşı qaldırdığı iddiası bir neçə gün öncə Bakı Kommersiya Məhkəməsinə daxil olub. İşin mahiyyəti isə kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır. Yerli mətbuatda həm bankın, həm də klinikanın Odlar Yurdu Universitetinin (OYU) hazırkı rektoru Əhməd Vəliyevə bağlı olması ilə bağlı mütəmadi olaraq məlumatlar dərc olunub. 

Çünki klinika kommersiya qurumu kimi dövlət reyestrində rektorun köməkçisi Həsənov Füzuli Abbas oğlunun qanuni təmsilçiliyi ilə dövlət qeydiyyatına alınıb. 

“Gununxeberı.az ” xəbər verir ki, Əhməd Vəliyev İqtisadiyyat.az-a müsahibəsində həm “Muğanbank”, həm də “Oksigen Klinikası”nın ona aid olub-olmaması ilə bağlı məlumatlara, indiyədək ictimaiyyət üçün qaranlıq qalmış bir sıra məqamlara aydınlıq gətirib.

- Əhməd müəllim, “Muğanbank”ın “Oksigen Klinikası”nı məhkəməyə verməsindən sonra yerli mətbuatda klinika barədə, klinikanın sizə aid olması barədə xəbərlər dərc edilib. Həmin materiallarla tanış olmusunuzmu?

- Yox, həmin xəbərləri izləməmişəm. Nə olacaq ki?! Kimin ağlına nə gəlirsə, onu da yazır. Fakta söykənməmiş yazılara fikir verməmək lazımdır. Yalan məlumatlardır. “Muğanbank” hara, “Oksigen Klinikası” hara?! “Oksigen Klinikasının “Muğanbank”dan nə asılılığı ola bilər ki?

- Asılılıqdan söhbət getmir. Məhkəmə predmeti kimi işin mahiyyəti kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.

- Yox, yalan söz-söhbətlərdir. Amma mən sizdən bir məsələni dəqiqləşdirim: yazılıb ki, “Muğanbank” “Oksigen Klinikası”nı məhkəməyə verib, yoxsa əksinə?

- Məhkəmənin saytında məhz bankın klinikaya qarşı iddia qaldırdığı göstərilir.

- Boş şeylərdir. “Muğanbank” getsin, hələ öz başının milçəyini qorusun. “Oksigen Klinikası” ilə “Muğanbank”ın arasında nə bağlılıq ola bilər ki?

- Bağlılıq odur ki, klinikanın qanuni təmsilçisi olan Füzuli Həsənov sizin universitetdə köməkçinizdir. Doğrudurmu?

- Bəli, Füzuli Həsənov mənim köməkçimdir. Amma qanuni təmsilçi nə deməkdir? Əhməd müəllim ayaq üstə durursa, hansı təmsilçiliyə ehtiyac ola bilər? 

- Amma kommersiya qurumu qeydiyyatdan keçərkən onun qanuni təmsilçisi olmalıdır.

- Bu informasiyalarla bağlı məlumatı Füzuli Həsənov verib?

- Yox, Əhməd müəllim. Dövlət Vergi Xidmətinin saytında klinikanın qanuni təmsilçisi kimi Füzuli Həsənovun adı qeyd edilib.

- Xeyr, klinika onun adına deyil, yalan məlumatdır. 

- Bəs, klinika kimindir?

- “Oksigen Klinikası” mənim həyat yoldaşımındır, onun adınadır. Klinikanın binası da mənim adımadır. 

- Belə çıxır ki, qanuni təmsilçiliyi köməkçinizə etibar etmisiniz?

- Qanuni təmsilçi nəyə deyirlər bilirsinizmi? Zərurət yarananda bir adama etibarnamə verirsən ki, get filan sənədə imza at. Qanuni təmsilçinin nə səlahiyyəti var ki? Maliyyə, alqı-satqı və digər heç bir səlahiyyəti yoxdur. Qanuni təmsilçi sadəcə olaraq yaranan müəyyən işlərin - qaz, su, işıq və s. məsələlərin həlli ilə bağlı - dalınca getmək üçündür. 

- Bəs “Muğanbank”ın da sizə aid olmasına dair yayılan məlumatlara münasibətiniz necədir?

- Xeyr. “Muğanbank”ın nə mənə, nə də mənim övladlarıma heç bir aidiyyəti olmayıb. “Muğanbank” kürəkənindir. Onun da öz nəsli, öz kökü var. Yad bir adamdır. Bankın mənə nə aidiyyəti ola bilər ki? 30 ildir özü işləyib. Mənə aidiyyəti olsaydı, heç qoyardım ki, o düz işləməsin? Ona görə də mənə aidiyyəti olsaydı, belə bir problemlə qarşılaşmazdılar. 

- Əhməd müəllim, bəs sizə aid olanlar nədir? 

- Mənə aid olanlar universitetdir, kollecdir, orta məktəblərdir... Bunlar da başqa məsələdir. Bir ara yazırdılar ki, bütün banklar mənə bağlıdır. Dedim yazın, bütün banklar, özəl universitetlər mənə bağlıdır. 

- Əhməd müəllim, növbədənkənar parlament seçkilərində iştirak üçün nə əcəb namizədliyinizi irəli sürməmisiniz?

- Mənmi? Mənim 80-ə yaxın yaşım var. Bu yaşda deputatmı olum? Mən bu yaşda zorla gəzirəm. Belə parlament üzvü olarmı? Bu gün yol gənclərindir, orada gənclər oturmalıdır. 10 il deputat olmuşam və necə lazımdırsa, işləmişəm.

Qeyd edək ki, Əhməd Vəliyevin oğlu Samir Vəliyev 20 saylı Nərimanov ikinci seçki dairəsindən YAP-ın namizədidir.








XƏBƏR LENTİ

15.09.2024 | 20:20
Şampanlar partladıldı... - Fotolar

15.09.2024 | 20:17
"Azərbaycan Himni mənə güc verir" - "Ferrari"nin pilotu

15.09.2024 | 20:15
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - FOTO

15.09.2024 | 20:13
Formula 1 başa çatdı - FOTOLAR

15.09.2024 | 16:22
Milli Kitabxanada “15 sentyabr - Bilik Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

15.09.2024 | 13:50
İlham Əliyev “Formula 1”in prezidentini qəbul edib

15.09.2024 | 13:49
"Formula 2" yarışının qalibi mükafatlandırılıb - YENİLƏNİB

15.09.2024 | 13:47
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti İlham Əliyevin qəbulunda

15.09.2024 | 13:46
Bakının azad olunmasının 106-cı ili

15.09.2024 | 13:41
İsveçrə və dünya reytinqində 7-ci sırada olan Sürix Universitetinə qəbul olan tələbə ilə müsahibə

15.09.2024 | 11:22
Rəsmi Ankaradan Bakıya azadlıq təbriki

14.09.2024 | 21:26
"Qarabağ" "Səbail"i məğlub etdi

14.09.2024 | 21:25
"Formula 1"də üçüncü sərbəst yürüş başa çatdı - YENİLƏNİB

14.09.2024 | 21:24
Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu keçirilir - FOTOLAR

14.09.2024 | 21:15
Elçin Tağıyev Şəhid Hüseyn Nəsibovun valideyinlərini ziyarət edib- Fotolar

14.09.2024 | 21:08
AHİK sədri Sahib Məmmədov “Naftalan” Kurort Birliyində olub, mövcud vəziyyətlə maraqlanıb

14.09.2024 | 19:47
Polad Bülbüloğlu Rusiyada yüksək mükafata layiq görüldü

14.09.2024 | 19:35
"Formula 2": Sprint yarışının qalibi bəlli oldu (YENİLƏNİB)

14.09.2024 | 19:29
Antiterror tədbirləri tam və qəti Qələbəni təmin etdi

14.09.2024 | 17:08
Yer kürəsi yeni peyk ələ keçirəcək

14.09.2024 | 16:05
Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı artıb

14.09.2024 | 16:04
Siyəzəndə 400 şagirdin təhsil aldığı məktəb bağlanıb

14.09.2024 | 14:17
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası

14.09.2024 | 14:16
"Formula 1"də üçüncü sərbəst yürüş başa çatdı - YENİLƏNİB

14.09.2024 | 14:15
TƏBİB xəstəxanalarda elektron sistemin çökməsinin səbəbini AÇIQLADI - YENİLƏNİB

14.09.2024 | 14:13
“Öz adımdan və Mehriban xanımın adından başsağlığı verirəm”

14.09.2024 | 14:01
Amerikalı və erməni mütəxəssislər kibertəhlükəsizlik üzrə birgə təlimlər keçiriblər

14.09.2024 | 13:12
Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

14.09.2024 | 12:59
Fatma Səttarova vəfat etdi

14.09.2024 | 12:57
Bakıda bir gecənin içində parkın ərazisində bina tikiblər - İDDİA

14.09.2024 | 12:53
AHİK sədri sanatoriya direktorunu işdən çıxardı - FOTO

14.09.2024 | 12:50
Qərb Cənubi Qafqazda sülh və sabitliyə öz maraqlarına təhdid kimi baxır — Millət vəkili

14.09.2024 | 12:45
Bakıda problem yaradan yabanı ağacların götürülməsi asanlaşdırıldı — FOTOLAR

14.09.2024 | 12:42
Kamaləddin Qafarov: “Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”

14.09.2024 | 12:41
İlon Maskın şəxsi mühafizəsi ona hər il milyonlarla dollara başa gəlir

14.09.2024 | 12:37
Respublika Gənclər Kitabxanasında 15 sentyabr - Bilik Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

14.09.2024 | 12:10
Süni intellektdə inqilab: "ChatGPT"nin yeni modeli insan kimi düşünməyi öyrəndi

14.09.2024 | 11:56
Yolu qəribə üsulla bağlayıblar: Sürücüləri çıxılmaz vəziyyətdə qoyan problem

14.09.2024 | 10:54
Paralimpiya çempionu Orxan Aslanov: "Çətinlikdən qorxsaydım, idmanda olmazdım"

14.09.2024 | 10:11
Koronavirus şəklini dəyişib tanınmaz oldu: COVID-19 yeni "sürprizini" hazırlayır

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30