Vüqar Qurbanov Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb - Fotolar

Image





TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib.

“Gununxeberı.az 'Qafqazinfo”-a ıstınadin  xəbər verir ki, görüşdə TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov, aidiyyəti struktur bölmələrin rəhbərləri, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov da iştirak edib.

Görüşdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin yüksək səviyyədə olması, həm Azərbaycan Prezidenti, həm də Səudiyyə Ərəbistanının Kralı və Vəliəhdinin səyləri nəticəsində əlaqələrimizin daha da möhkəmləndiyi, ölkəmizin xarici siyasətində Səudiyyə Ərəbistanı Krallığının xüsusi yeri, əlaqələrin çoxşaxəli olması vurğulanıb. 

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında iki ölkə arasında ticarət və investisiya, enerji, rəqəmsal inkişaf və nəqliyyat, elm və təhsil, sosial müdafiə, turizm kimi sahələrlə yanaşı səhiyyə sahəsində də əməkdaşlığın genişləndirilməsinin ətraflı müzakirə olunduğunu xatırladıb.

Beynəlxalq təşkilatlarda da ölkələrimizin bir-birini dəstəklədiyini vurğulayan V.Qurbanov səhiyyə sahəsində bir çox seqmentlərdə əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, tibbi reabilitasiya xidmətləri və tibbi  turizmin inkişafı üçün də dəstəyin müsbət nəticələr verəcəyini bildirib.

Səfir İssam bin Saleh 1991-ci ildən etibarən ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin mövcudluğunu, bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, biznes, investisiya, energetika və səhiyyə sahələrində əlaqələrin genişləndirilməsi üçün hər iki tərəfin qarşılıqlı maraqlı olduğunu bildirib.

Səfir Ər-Riyadın tibbi turizm mərkəzinə çevrilməsi istiqamətində ciddi işlərin görüldüyünü və bu sahədə nailiyyətlərin əldə olunduğunu qeyd edərək, Azərbaycanla da təcrübə mübadiləsinin, ölkəsindəki vətəndaşların Azərbaycana tibbi xidmət almaq məqsədi ilə gəlmələrinin təşviq edilməsinin mümkünlüyün qeyd edib.

Eyni zamanda ölkəsində 7 səhiyyə şəhərciyinin mövcudluğunu bildirən səfir isti iqlim şəriati ilə əlaqədar dinamik olaraq artan insult xəstələrinin müalicəsində tətbiq olunan metodlarla bağlı, eləcə də tibbi reabilitasiya sahəsində də təcrübə mübadiləsinin aparıla biləcəyini qeyd edib.

“Siam əkizlərinin bir-birindən ayrılması əməliyyatı səudiyyəli cərrahlar tərəfindən uğurla aparılır. İndiyədək 60-dan çox siam əkizi üzərində uğurlu əməliyyatlar icra olunub. Bu istiqamətdə praktik əməkdaşlığa hazırıq. Eyni zamanda, Kral Salman Humanitar Yardım və Bərpa Fondu vasitəsilə ümumiyyətlə, ağır və dəyəri yüksək olan əməliyyatlara maliyyə dəstəyi də göstərilə bilər”.

Sonda səfir ötən ay Qəbələ Dəmir Yolu Vağzalının qarşısında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində açıq kəllə-beyin travması, beyindaxili qansızma, qapalı döş qəfəsi travması, çoxsaylı qabırğa sınığı diaqnozu ilə vəziyyəti kritik-ağır olan Səudiyyə Ərəbistanı vətəndaşı olan şəxsə (qadın) təcili tibbi yardım briqadası, eləcə də Qəbələ Rayon Mərkəzi Xəsətəxanasının itisaslaşmış tibb personalı tərəfindən göstərilən zəruri tibbi xidmətə və xəstənin TƏBİB-lə Fövqəladə Hallar Nazirliyinin birgə səyi nəticəsində helikopterlə Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla təxliyə olunmasına görə təşəkkürünü bildirib. Hazırda onun Səudiyyə Ərəbistanında müalicəsinin davam etdirildiyini və vəziyyətinin hər gün daha da yaxşılaşdığını diqqətə çatdırıb.



















XƏBƏR LENTİ

15.09.2024 | 20:20
Şampanlar partladıldı... - Fotolar

15.09.2024 | 20:17
"Azərbaycan Himni mənə güc verir" - "Ferrari"nin pilotu

15.09.2024 | 20:15
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - FOTO

15.09.2024 | 20:13
Formula 1 başa çatdı - FOTOLAR

15.09.2024 | 16:22
Milli Kitabxanada “15 sentyabr - Bilik Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

15.09.2024 | 13:50
İlham Əliyev “Formula 1”in prezidentini qəbul edib

15.09.2024 | 13:49
"Formula 2" yarışının qalibi mükafatlandırılıb - YENİLƏNİB

15.09.2024 | 13:47
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti İlham Əliyevin qəbulunda

15.09.2024 | 13:46
Bakının azad olunmasının 106-cı ili

15.09.2024 | 13:41
İsveçrə və dünya reytinqində 7-ci sırada olan Sürix Universitetinə qəbul olan tələbə ilə müsahibə

15.09.2024 | 11:22
Rəsmi Ankaradan Bakıya azadlıq təbriki

14.09.2024 | 21:26
"Qarabağ" "Səbail"i məğlub etdi

14.09.2024 | 21:25
"Formula 1"də üçüncü sərbəst yürüş başa çatdı - YENİLƏNİB

14.09.2024 | 21:24
Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu keçirilir - FOTOLAR

14.09.2024 | 21:15
Elçin Tağıyev Şəhid Hüseyn Nəsibovun valideyinlərini ziyarət edib- Fotolar

14.09.2024 | 21:08
AHİK sədri Sahib Məmmədov “Naftalan” Kurort Birliyində olub, mövcud vəziyyətlə maraqlanıb

14.09.2024 | 19:47
Polad Bülbüloğlu Rusiyada yüksək mükafata layiq görüldü

14.09.2024 | 19:35
"Formula 2": Sprint yarışının qalibi bəlli oldu (YENİLƏNİB)

14.09.2024 | 19:29
Antiterror tədbirləri tam və qəti Qələbəni təmin etdi

14.09.2024 | 17:08
Yer kürəsi yeni peyk ələ keçirəcək

14.09.2024 | 16:05
Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı artıb

14.09.2024 | 16:04
Siyəzəndə 400 şagirdin təhsil aldığı məktəb bağlanıb

14.09.2024 | 14:17
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası

14.09.2024 | 14:16
"Formula 1"də üçüncü sərbəst yürüş başa çatdı - YENİLƏNİB

14.09.2024 | 14:15
TƏBİB xəstəxanalarda elektron sistemin çökməsinin səbəbini AÇIQLADI - YENİLƏNİB

14.09.2024 | 14:13
“Öz adımdan və Mehriban xanımın adından başsağlığı verirəm”

14.09.2024 | 14:01
Amerikalı və erməni mütəxəssislər kibertəhlükəsizlik üzrə birgə təlimlər keçiriblər

14.09.2024 | 13:12
Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

14.09.2024 | 12:59
Fatma Səttarova vəfat etdi

14.09.2024 | 12:57
Bakıda bir gecənin içində parkın ərazisində bina tikiblər - İDDİA

14.09.2024 | 12:53
AHİK sədri sanatoriya direktorunu işdən çıxardı - FOTO

14.09.2024 | 12:50
Qərb Cənubi Qafqazda sülh və sabitliyə öz maraqlarına təhdid kimi baxır — Millət vəkili

14.09.2024 | 12:45
Bakıda problem yaradan yabanı ağacların götürülməsi asanlaşdırıldı — FOTOLAR

14.09.2024 | 12:42
Kamaləddin Qafarov: “Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”

14.09.2024 | 12:41
İlon Maskın şəxsi mühafizəsi ona hər il milyonlarla dollara başa gəlir

14.09.2024 | 12:37
Respublika Gənclər Kitabxanasında 15 sentyabr - Bilik Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

14.09.2024 | 12:10
Süni intellektdə inqilab: "ChatGPT"nin yeni modeli insan kimi düşünməyi öyrəndi

14.09.2024 | 11:56
Yolu qəribə üsulla bağlayıblar: Sürücüləri çıxılmaz vəziyyətdə qoyan problem

14.09.2024 | 10:54
Paralimpiya çempionu Orxan Aslanov: "Çətinlikdən qorxsaydım, idmanda olmazdım"

14.09.2024 | 10:11
Koronavirus şəklini dəyişib tanınmaz oldu: COVID-19 yeni "sürprizini" hazırlayır

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30