Qardaşların və digər yeniyetmənin meyiti tapıldı... - Video
İyulun 11-də axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 3 nəfərdən ikisinin – 2008-ci il təvəllüdlü Aslanov Amid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun cəsədi bu gün səhər saatlarında suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.
“Gununxeberı.az ” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, batdığı ehtimal olunan üçüncü şəxs – 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub. Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvəlləri də əməliyyatda iştirak edir.
Əlavə məlumat veriləcək.
**
FHN Mətbuat xidmətinin məlumatına əsasən artıq batan üçüncü şəxsin də meyiti tapılıb. 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun cəsədi bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.