Qiymətli metal hasilatçısından çoxprofilli mədən şirkətinə... «AzerGold» əmin addımlarla irəliləyir!
Mütərəqqi beynəlxalq təcrübə əsasında fəaliyyətini uğurla davam etdirən
“AzerGold” qiymətli metal hasilatçısından çoxprofilli mədən şirkətinə çevrilib. 8 il əvvəl
1 qızıl yatağı – «Çovdar» yatağı ilə fəaliyyətə başlayan “AzerGold” QSC bu gün
çoxşaxəli fəaliyyət istiqamətlərinə malik olan şirkətə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq
sərəncamları ilə QSC-yə 2020-ci ildən etibarən əlvan metallarla yanaşı, qara metal filizi
yataqları ilə bağlı vəzifələr həvalə edilib. 2021-ci ildən isə dövlət-özəl sektor tərəfdaşlığı
modeli əsasında ölkəmizdə ilk dəfə sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı
üzrə fəaliyyət təşkil edilib. Dövlətimizin artan etimadının nəticəsi olaraq Səhmdar
Cəmiyətə hasilatın pay bölgüsü haqqında beynəlxalq müqavilədə Azərbaycan dövlətini
təmsil etmək səlahiyyəti verilib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə üzrə
ümumi geoloji axtarış proqramının icrası tapşırılıb.