“AzerGold” QSC: ilk illərdən mənfəətli fəaliyyət, artan gəlirlər
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dövlət şirkətlərinin
fəaliyətinin səmərəliliyinin davamlı olaraq artırılması istiqamətində həyata keçirdiyi
islahatlar, müvafiq qərar və tapşırıqlara uyğun olaraq «AzerGold» QSC-nin fəaliyətinin
ötən 8 ili qızıl layihələri üzrə maliyyələşmədə dövlət büdcəsindən asılılığın tam aradan
qaldırılması, ilk illərdən mənfəətli fəaliyyət və digər səmərəli iqtisadi töhfələrlə müşayiət
olunub. Bu illər ərzində müstəqil büdcə ilə qızıl mədənlərini uğurla istismara verən, illik
1 milyard manat dövriyyəsi olan dağ-mədən şirkəti olmaq yolunda inamla addımlayan
Səhmdar Cəmiyyət dövlətə vergi formasında 153,773,857 manat vəsait ödəyib.