Zirvə görüşü üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək

Image


 

İyulun 5-6-da Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək. Hər il Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı Prezident İlham Əliyevdir. Bu təşəbbüsün bütün Türk dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycanın beynəlxalq nüfuzunun, dövlətimizin başçısına böyük etimadın göstəricisidir. Qürurvericidir ki, 2021-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Qarabağın tacı Şuşa Azərbaycanın, 2023-cü ildə TÜRKSOY tərəfindən Türk dünyasının, 2024-cü ildə isə ICESCO tərəfindən İslam dünyasının mədəniyyət paytaxtı elan edildi. 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilmişdi. 

Bu gün TDT müstəqil türk respublikaları və xalqları arasında hərtərəfli tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinə yönəlmiş müzakirələrin aparıldığı, təkliflərin irəli sürüldüyü mühüm siyasi platforma kimi çıxış edir. Prezident İlham Əliyev cari ilin 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı qeyd etdiyi kimi, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. 

Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması Azərbaycanın əsas hədəfləri sırasındadır. Şuşa Zirvə görüşündə “Türk Dövlətləri Təşkilatının Katibliyinin heyətinin və büdcəsinin artırılmasına dair qərar” imzalanması da bu məqsədə xidmət edir. Belə ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsinin və strukturunun birlikdə nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını qeyd edən dövlətimizin başçısı buna görə Azərbaycanın bu günlərdə Katibliyin hesabına 2 milyon dollar məbləğində vəsait köçürdüyünü bildirdi. Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının birliyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Çıxışlarda da vurğulandı ki, ötən qısa dövrdə üzv ölkələrlə 30-dan çox önəmli sahədə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlıq qurulub. Bu Zirvə görüşünün qlobal risk və təhdidlərin artdığı, qarşılıqlı inam böhranının daha da dərinləşdiyi bir vaxtda keçirilməsi əbədi qardaşlıq ruhundan güc alan əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə yüksəltməyi, birgə yanaşmalarla inkişaf etdirməyi bir tələbə çevirir. Bugünkü görüşün nəqliyyat, qarşılıqlı əlaqələr və iqlim fəaliyyəti vasitəsilə davamlı bir gələcək inşa etmək mövzusunda keçirilməsi böyük önəm daşıyır

Hazırda Azərbaycan dövlətinin gələcəyə yönələn əsas hədəfi işğaldan azad olunan əra­ziləri bərpa edərək həmin torpaqların dəyər zəncirinə inteqrasiyasını təmin etməkdir. Bu gün düşməndən təmizlənən yaşayış sahələ­rində böyük miqyasda bərpa-quruculuq işləri aparılır, minalar təmizlənir, yeni yollar, “ağıllı şəhər” və “ağıllı kənd”lər salınır. TDT-yə üzv ölkələr, xüsusilə, qardaş Türkiyə tərəfindən bu prosesdə fəal iştirak etmək diqqətdə sax­lanılır. Bütün bunlar və türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin aydın təzahürüdür. 

TDT-nin Azərbaycana etimadı, diqqəti həm də respublikamızın dünya ölkələri üçün hazırda prioritetə çevrilən iqlim dəyişikliyi, su və torpaq ehtiyatlarının azalması, yüksək səviyyəli urbanizasiya kimi problemlərlə üz­ləşdiyi bir vaxtda respublikamızın bu çağırış­lara biganə qalmaması ilə əlaqədardır. Çünki TDT üzv ölkələrdə, eləcə də Azərbaycanda yeni texnologiya və həllərin tətbiqi istiqamə­tində təcrübə mübadiləsi aparmaqla dayanıqlı inkişafa maraqlıdır.    



Anar MƏMMƏDOV

VI çağırış Milli Məclisin deputatı







XƏBƏR LENTİ

15.09.2024 | 20:20
Şampanlar partladıldı... - Fotolar

15.09.2024 | 20:17
"Azərbaycan Himni mənə güc verir" - "Ferrari"nin pilotu

15.09.2024 | 20:15
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - FOTO

15.09.2024 | 20:13
Formula 1 başa çatdı - FOTOLAR

15.09.2024 | 16:22
Milli Kitabxanada “15 sentyabr - Bilik Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

15.09.2024 | 13:50
İlham Əliyev “Formula 1”in prezidentini qəbul edib

15.09.2024 | 13:49
"Formula 2" yarışının qalibi mükafatlandırılıb - YENİLƏNİB

15.09.2024 | 13:47
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti İlham Əliyevin qəbulunda

15.09.2024 | 13:46
Bakının azad olunmasının 106-cı ili

15.09.2024 | 13:41
İsveçrə və dünya reytinqində 7-ci sırada olan Sürix Universitetinə qəbul olan tələbə ilə müsahibə

15.09.2024 | 11:22
Rəsmi Ankaradan Bakıya azadlıq təbriki

14.09.2024 | 21:26
"Qarabağ" "Səbail"i məğlub etdi

14.09.2024 | 21:25
"Formula 1"də üçüncü sərbəst yürüş başa çatdı - YENİLƏNİB

14.09.2024 | 21:24
Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu keçirilir - FOTOLAR

14.09.2024 | 21:15
Elçin Tağıyev Şəhid Hüseyn Nəsibovun valideyinlərini ziyarət edib- Fotolar

14.09.2024 | 21:08
AHİK sədri Sahib Məmmədov “Naftalan” Kurort Birliyində olub, mövcud vəziyyətlə maraqlanıb

14.09.2024 | 19:47
Polad Bülbüloğlu Rusiyada yüksək mükafata layiq görüldü

14.09.2024 | 19:35
"Formula 2": Sprint yarışının qalibi bəlli oldu (YENİLƏNİB)

14.09.2024 | 19:29
Antiterror tədbirləri tam və qəti Qələbəni təmin etdi

14.09.2024 | 17:08
Yer kürəsi yeni peyk ələ keçirəcək

14.09.2024 | 16:05
Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı artıb

14.09.2024 | 16:04
Siyəzəndə 400 şagirdin təhsil aldığı məktəb bağlanıb

14.09.2024 | 14:17
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası

14.09.2024 | 14:16
"Formula 1"də üçüncü sərbəst yürüş başa çatdı - YENİLƏNİB

14.09.2024 | 14:15
TƏBİB xəstəxanalarda elektron sistemin çökməsinin səbəbini AÇIQLADI - YENİLƏNİB

14.09.2024 | 14:13
“Öz adımdan və Mehriban xanımın adından başsağlığı verirəm”

14.09.2024 | 14:01
Amerikalı və erməni mütəxəssislər kibertəhlükəsizlik üzrə birgə təlimlər keçiriblər

14.09.2024 | 13:12
Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

14.09.2024 | 12:59
Fatma Səttarova vəfat etdi

14.09.2024 | 12:57
Bakıda bir gecənin içində parkın ərazisində bina tikiblər - İDDİA

14.09.2024 | 12:53
AHİK sədri sanatoriya direktorunu işdən çıxardı - FOTO

14.09.2024 | 12:50
Qərb Cənubi Qafqazda sülh və sabitliyə öz maraqlarına təhdid kimi baxır — Millət vəkili

14.09.2024 | 12:45
Bakıda problem yaradan yabanı ağacların götürülməsi asanlaşdırıldı — FOTOLAR

14.09.2024 | 12:42
Kamaləddin Qafarov: “Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”

14.09.2024 | 12:41
İlon Maskın şəxsi mühafizəsi ona hər il milyonlarla dollara başa gəlir

14.09.2024 | 12:37
Respublika Gənclər Kitabxanasında 15 sentyabr - Bilik Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

14.09.2024 | 12:10
Süni intellektdə inqilab: "ChatGPT"nin yeni modeli insan kimi düşünməyi öyrəndi

14.09.2024 | 11:56
Yolu qəribə üsulla bağlayıblar: Sürücüləri çıxılmaz vəziyyətdə qoyan problem

14.09.2024 | 10:54
Paralimpiya çempionu Orxan Aslanov: "Çətinlikdən qorxsaydım, idmanda olmazdım"

14.09.2024 | 10:11
Koronavirus şəklini dəyişib tanınmaz oldu: COVID-19 yeni "sürprizini" hazırlayır

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30