Azərbaycan yerli və xarici şirkətlərin elektron dövlət qeydiyyatını eyniləşdirib

Image



Prezident İlham Əliyev "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda edilmiş dəyişiklikləri təsdiqləyib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Report"a verilən məlumatda deyilir ki, yenilənmiş qanuna əsasən, yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib.

Belə ki, xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı zamanı işçilərlə ilk dəfə bağlanmış əmək müqaviləsinin məlumatlarının elektron ərizəyə daxil edilməsi və qeydiyyat prosesi başa çatdıqdan (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron kabinetə göndərildikdən) sonra həmin məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə ötürülməsi həyata keçiriləcək.

Dəyişikliyə əsasən, həmçinin, xarici investisiyalı MMC-nin elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə hüquqi ünvanı təsdiq edən sənədin əlavə edilməsinə dair tələb aradan qaldırılıb.

Dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi məqsədilə digər dəyişikliyə əsasən, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatından xarici fiziki şəxslərlə yanaşı, xarici hüquqi şəxslərin də istifadə etməsi mümkündür.

Bu məqsədlə Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının təşviq etdiyi Elektron Apostil Proqramına uyğun olaraq, elektron apostil verilmiş xarici mənşəli sənədlərin müvafiq proqram vasitəsilə yoxlanılmaqla onların tərcüməsinin informasiya sistemi üzərindən notarius tərəfindən distant rəsmiləşdirilməsi və sorğu əsasında Dövlət Vergi Xidmətinin informasiya sisteminə inteqrasiya edilməsi həyata keçiriləcək. Müvafiq dəyişikliklərə qədər MMC-nin elektron dövlət qeydiyyatı prosesində təsisçi qismində yalnız yerli investisiyalı hüquqi şəxslərin iştirakı mümkün idi.

Xarici və yerli investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi məqsədilə edilmiş bu dəyişikliklər nəticəsində Azərbaycanın beynəlxalq iqtisadiyyatda daha geniş təmsil olunmasına, xarici investisiyaların ölkəyə gəlişinə və iqtisadiyyatın inkişafına daha böyük imkanlar yaradacaq.

Yol Xəritəsinin digər bir bəndində nəzərdə tutulmuş tədbirin icrası məqsədilə Qanuna edilmiş dəyişikliyə əsasən, BMT-nin qərarlarına uyğun sanksiya tətbiq edilmiş fiziki şəxslərin və qurumların hüquqi şəxs təsis etmək hüquqlarının məhdudlaşdırılmasına dair müddəalar əlavə olunub. Qeyd edək ki, BMT-nin qərarlarına uyğun sanksiya tətbiq edilmiş fiziki şəxslərin və qurumların siyahısı BMT-nin və Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifələrində yerləşdirilib.

Qanuna edilmiş dəyişikliyə əsasən kommersiya qurumlarının adlarına dair tələblər müəyyən edilmiş və bununla bağlı Qanunda qeydiyyatdan imtina əsasları nəzərdə tutulur.

Son 2 ildə Dünya Bankı Qrupunun “Business Ready hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədrinin təsdiq etdiyi 2022-2023-cü illər üzrə Yol Xəritəsi çərçivəsində biznesin qeydiyyatının sadələşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib, yeni təşəbbüslər irəli sürülüb.

Yol Xəritəsində kommersiya qurumlarının dövlət qeydiyyatı sahəsində qüvvədə olan qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi ilə bağlı tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulurdu.

Ötən müddət ərzində biznesin qeydiyyatının sadələşdirilməsi və qeyd olunan islahatların həyata keçirilməsi məqsədilə “Biznesə daxilolma” işçi qrupunun təşəbbüsü ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanıb. Həmin qanun layihələri Milli Məclis tərəfindən qəbul edilib və ölkə başçısı tərəfindən 8 iyul 2024-cü il tarixdə təsdiqlənib.

Qeyd edilib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir.

Beləliklə, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycanın Qanununda edilmiş dəyişikliklərə əsasən, yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilir.







XƏBƏR LENTİ

15.09.2024 | 20:20
Şampanlar partladıldı... - Fotolar

15.09.2024 | 20:17
"Azərbaycan Himni mənə güc verir" - "Ferrari"nin pilotu

15.09.2024 | 20:15
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - FOTO

15.09.2024 | 20:13
Formula 1 başa çatdı - FOTOLAR

15.09.2024 | 16:22
Milli Kitabxanada “15 sentyabr - Bilik Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

15.09.2024 | 13:50
İlham Əliyev “Formula 1”in prezidentini qəbul edib

15.09.2024 | 13:49
"Formula 2" yarışının qalibi mükafatlandırılıb - YENİLƏNİB

15.09.2024 | 13:47
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti İlham Əliyevin qəbulunda

15.09.2024 | 13:46
Bakının azad olunmasının 106-cı ili

15.09.2024 | 13:41
İsveçrə və dünya reytinqində 7-ci sırada olan Sürix Universitetinə qəbul olan tələbə ilə müsahibə

15.09.2024 | 11:22
Rəsmi Ankaradan Bakıya azadlıq təbriki

14.09.2024 | 21:26
"Qarabağ" "Səbail"i məğlub etdi

14.09.2024 | 21:25
"Formula 1"də üçüncü sərbəst yürüş başa çatdı - YENİLƏNİB

14.09.2024 | 21:24
Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu keçirilir - FOTOLAR

14.09.2024 | 21:15
Elçin Tağıyev Şəhid Hüseyn Nəsibovun valideyinlərini ziyarət edib- Fotolar

14.09.2024 | 21:08
AHİK sədri Sahib Məmmədov “Naftalan” Kurort Birliyində olub, mövcud vəziyyətlə maraqlanıb

14.09.2024 | 19:47
Polad Bülbüloğlu Rusiyada yüksək mükafata layiq görüldü

14.09.2024 | 19:35
"Formula 2": Sprint yarışının qalibi bəlli oldu (YENİLƏNİB)

14.09.2024 | 19:29
Antiterror tədbirləri tam və qəti Qələbəni təmin etdi

14.09.2024 | 17:08
Yer kürəsi yeni peyk ələ keçirəcək

14.09.2024 | 16:05
Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı artıb

14.09.2024 | 16:04
Siyəzəndə 400 şagirdin təhsil aldığı məktəb bağlanıb

14.09.2024 | 14:17
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası

14.09.2024 | 14:16
"Formula 1"də üçüncü sərbəst yürüş başa çatdı - YENİLƏNİB

14.09.2024 | 14:15
TƏBİB xəstəxanalarda elektron sistemin çökməsinin səbəbini AÇIQLADI - YENİLƏNİB

14.09.2024 | 14:13
“Öz adımdan və Mehriban xanımın adından başsağlığı verirəm”

14.09.2024 | 14:01
Amerikalı və erməni mütəxəssislər kibertəhlükəsizlik üzrə birgə təlimlər keçiriblər

14.09.2024 | 13:12
Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

14.09.2024 | 12:59
Fatma Səttarova vəfat etdi

14.09.2024 | 12:57
Bakıda bir gecənin içində parkın ərazisində bina tikiblər - İDDİA

14.09.2024 | 12:53
AHİK sədri sanatoriya direktorunu işdən çıxardı - FOTO

14.09.2024 | 12:50
Qərb Cənubi Qafqazda sülh və sabitliyə öz maraqlarına təhdid kimi baxır — Millət vəkili

14.09.2024 | 12:45
Bakıda problem yaradan yabanı ağacların götürülməsi asanlaşdırıldı — FOTOLAR

14.09.2024 | 12:42
Kamaləddin Qafarov: “Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”

14.09.2024 | 12:41
İlon Maskın şəxsi mühafizəsi ona hər il milyonlarla dollara başa gəlir

14.09.2024 | 12:37
Respublika Gənclər Kitabxanasında 15 sentyabr - Bilik Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

14.09.2024 | 12:10
Süni intellektdə inqilab: "ChatGPT"nin yeni modeli insan kimi düşünməyi öyrəndi

14.09.2024 | 11:56
Yolu qəribə üsulla bağlayıblar: Sürücüləri çıxılmaz vəziyyətdə qoyan problem

14.09.2024 | 10:54
Paralimpiya çempionu Orxan Aslanov: "Çətinlikdən qorxsaydım, idmanda olmazdım"

14.09.2024 | 10:11
Koronavirus şəklini dəyişib tanınmaz oldu: COVID-19 yeni "sürprizini" hazırlayır

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30