Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Rüstəmov Tərlan Kamal oğlu dəfn edilib.
"Gununxeberı.az " xəbər verir ki, şəhidin yaxınlarına məxsus evdə keçirilən vida mərasimindən sonra onun nəşi Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanına gətirilərək dəfn olunub.
Qeyd edək ki, T.Rüstəmov 1974-cü il martın 20-də Lerik rayonun Şivlə kəndində anadan olub. O, 1992-ci il sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb. Şəhidin nəşinin qalıqları həmin kənddə aşkar olunub.