Milli Kitabxanada “Əsrin müqaviləsi” – 30” adlı kitab sərgisi açılıb

Image


“Əsrin müqaviləsi” adı ilə tarixə yazılmış Azərbaycanın ən böyük transmilli neft müqaviləsinin 30 illiyi münasibətilə Milli Kitabxanada “Əsrin müqaviləsi” - 30” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Kitabxanasından məlumat verilib. Bildirilib ki, ənənəvi sərgidə Azərbaycanın neft salnaməsi, Ulu Öndər Heydər Əliyevin neft strategiyası, Prezident İlham Əliyev və Azərbaycanın neft diplomatiyası, Azərbaycan nefti dünya siyasətində, Neft daşları, iqtisadiyyat və s. mövzularda Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Ənənəvi sərgi 1 həftə davam edəcək.

Bildirilib ki, 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə imzalanıb. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanıb, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapıb. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlanılıb.

“Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradılıb və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlanılıb. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 32 sazişin imzalanması üçün yol açıb. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olub. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilib.

“Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yaranıb və böyük işlərə başlanılıb. Çətin siyasi və iqtisadi şəraitdə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının təməlini qoyub. Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı mükəmməl neft strategiyası Azərbaycana özünün zəngin neft ehtiyatlarını dünya bazarlarına müstəqil şəkildə çıxarmaq imkanı yaradıb.


Gununxeberı.az 







XƏBƏR LENTİ

20.09.2024 | 13:31
Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıb

20.09.2024 | 12:43
Prezidentin tələbələrlə görüşündən FOTOLAR

20.09.2024 | 12:41
İsrail səfirindən Azərbaycana təbrik!

20.09.2024 | 12:40
"Köçəryan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb" - Erməni siyasətçi

20.09.2024 | 12:38
İlham Əliyev Qarabağ Universitetinin açılışında - FOTOLAR (YENİLƏNİB)

20.09.2024 | 12:35
Qarabağ Universitetindən GÖRÜNTÜLƏR

20.09.2024 | 12:34
İtkin şəhid Mübariz Məmmədov torpağa tapşırıldı

20.09.2024 | 12:32
Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmov dəfn olundu

20.09.2024 | 12:30
Tələbələr Prezidenti belə qarşıladılar - FOTOLAR + YENİLƏNİB

20.09.2024 | 12:24
“Dünyamıza sülh gərəkdir” adlı videoməlumat hazırlandı

20.09.2024 | 12:21
Prezident: "Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar"

20.09.2024 | 12:02
Qarabağ Universitetinin yeni korpusları inşa ediləcək

20.09.2024 | 12:00
Parlamentin ilk plenar iclası bu tarixdə keçiriləcək

20.09.2024 | 11:58
Azərbaycanda evlənmə yaşı ARTIR

20.09.2024 | 11:49
Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək

20.09.2024 | 11:29
Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək

20.09.2024 | 11:28
Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə hərbçilərimizin qəhrəmanlığından, peşəkarlığından danışıb

20.09.2024 | 11:25
Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

20.09.2024 | 11:24
"Dövlət Suverenliyi Günü Azərbaycanda geniş qeyd ediləcək" - Dövlət başçısı

20.09.2024 | 11:23
Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib

20.09.2024 | 11:20
Milli Kitabxanada “Əsrin müqaviləsi” – 30” adlı kitab sərgisi açılıb

20.09.2024 | 11:19
Milli Kitabxanada “20 Sentyabr - Dövlət Suverenliyi Günü” adlı kitab sərgisi açılıb

20.09.2024 | 11:16
Dövlət Suverenliyi Günündə “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunmuş videoçarx hazırlandı

20.09.2024 | 11:12
20 sentyabrın qeyri-iş günü olması təklif olunur

20.09.2024 | 11:11
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı

20.09.2024 | 11:09
Yay tətili zamanı Bakıda neçə küçə və prospekt təmir olunub? - FOTOLAR

20.09.2024 | 11:08
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edildi

20.09.2024 | 11:07
Sabah Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək

20.09.2024 | 10:52
Azərbaycanda Neftçilər Günü qeyd olunur

20.09.2024 | 10:50
Dunay daşdı, Budapeşti su basdı - Video

20.09.2024 | 10:46
Respublika Gənclər Kitabxanasında “Yoxdan var olan Xocalı!” adlı vəsait hazırlanıb

20.09.2024 | 10:44
Qarabağdakı dünənki açılışlardan yeni - Video

20.09.2024 | 10:43
Pənahəli xanın ocağından - Görüntülər

20.09.2024 | 10:11
Xankəndidə körpələr evi-uşaq bağçasının tutumu nə qədərdir? - YENİLƏNİB (FOTOLAR)

20.09.2024 | 10:10
AK prezidenti Kiyevdədir

20.09.2024 | 10:09
Üzeyir Hacıbəylinin ev-muzeyi bərpadan sonra - FOTOLAR (YENİLƏNİB)

20.09.2024 | 10:07
Prezident Qarabağ atlarını izlədi - VİDEO

20.09.2024 | 10:06
Qızıl bahalaşdı

20.09.2024 | 10:05
XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı təbrik PAYLAŞIMI

20.09.2024 | 10:02
Azərbaycan nefti bahalaşdı

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30