“Çakır” iştirakçıya özü ilə bağlı sual verdi
Türkiyədə yayımlanan “Kim milyoner olmak ister?” yarışmasında maraqlı anlar yaşanıb.
“Gununxeberı.az ” xəbər verir ki, verilişin aparıcısı, aktyor Oktay Kaynarca iştirakçılardan birinə özünün də bir zamanlar səhnə aldığı “Kurtlar Vadisi” serialı ilə bağlı sual ünvanlayıb.
Sualda 43-cü bölümdə vurulub, 45-ci bölümdə ölən “Kurtlar Vadisi” obrazının hansı olduğu soruşulub.
İştirakçı suala düzgün (B- Süleyman Çakır) cavab verib. Həmin vaxt Oktay Kaynarca hisslərini belə ifadə edib:
“Bu bir nostalji sualı idi. Maraqlı idi”.
Həmin görüntüləri təqdim edirik: