Enerji təhlükəsizliyinə böyük töhfə

Image


Məlum olduğu kimi, 2003-cü ilin dekabr ayında Azərbaycan Respublikasının İtaliyada səfirliyi açılıb. Həmin vaxtdan bəri iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, mədəni, humanitar və digər istiqamətlər üzrə çoxşaxəli strateji tərəfdaşlıq münasibətləri qurulub.

       Qeyd etmək lazımdır ki, ölkə başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da yüksəldir. Səfərlər zamanı bir çox razılaşmalar və strateji tərəfdaşlıq haqqında mühüm sənədlər imzalanır. Ulu öndərin təməlini qoyduğu müstəqil Azərbaycanın xarici siyasət kursunu qətiyyətlə davam etdirən, onu daha yüksək pilləyə qaldıran Prezident İlham Əliyevin 2020 və 2022-ci illərdə İtaliyaya rəsmi səfərləri iki ölkə arasında strateji tərəfdaşlığın güclənməsinə təkan verdi. Həmin səfərlər zamanı strateji tərəfdaşlığa dair önəmli sənədlər imzalandı. Qeyd edək ki, strateji iqtisadi tərəfdaşlıq, ilk növbədə, enerji sektorunu əhatə edir. Ölkəmiz İtaliyanın əsas xam neft, təbii qaz təchizatçılarından biridir. Nəzərə çatdıraq ki, Azərbaycanın Avropaya neft ixracı İtaliya üzərindən gerçəkləşir. Ölkəmiz İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 2-ci yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur.

       Yeri gəlmişkən, "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda sessiyada çıxış edən dövlətimizin başçısı bildirib ki, uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Bu da hər iki dövləti iqtisadi cəhətdən bir-birinə sıx bağlayan əsas faktorlardandır. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik Təbii Qaz Boru kəməri (TAP) layihəsi İtaliyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, eyni zamanda İtaliyanın qaz təchizatında qiymətlərin sabit saxlanılmasında üstünlüklər təmin edən vacib amildir. Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliyanın enerji sahəsində tərəfdaşlığına zəmin yaradır. Bu dəhliz müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə təşəbbüsləri nəticəsində ərsəyə gəlib.

         1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır: "TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. O cümlədən Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, biz Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcəyik. Əlbəttə ki, burada TAP layihəsinin iki dəfəyədək genişləndirilməsi məsələsi gündəlikdədir. Bu məsələ artıq bir müddətdir ki, müzakirə edilir, o cümlədən bu ayın əvvəlində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında geniş müzakirə edilmişdir".

        Onu da qeyd edək ki, hazırda İtaliyanın 100-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu əsasən, dizayn, turizm, aqrar, "yaşıl texnologiya", nəqliyyat və digər sahələri əhatə edir. Beynəlxalq münasibətlər sistemində xüsusi çəkisi olan İtaliya ilə qarşılıqlı faydalı münasibətlərin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birinə çevrilib. İtaliya bu gün Avropanın ən böyük və nüfuzlu dövlətlərindən biri olmaqla yanaşı, həm də demokratik-siyasi mərkəz statusunda çıxış edir. Rəsmi Roma keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ilk gündən ədalətli və beynəlxalq hüquq normalarına söykənən mövqe tutmuşdur.

       İşğaldan azad olunan bölgələrdə aparılan infrastruktur layihələrin həyata keçirilməsində İtaliya dost ölkə olaraq öz töhfəsini verir. Belə ki, İtaliya şirkətləri Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. Bunu da diqqətə çatdıraq ki, Şuşada yeni məscid, o cümlədən Memorial və Zəfər muzeyləri layihəsi İtaliya şirkətləri tərəfindən hazırlanıb. Görülən işlər və layihələr bu əlaqələrin davamlığının əyani göstəricisidir.

Son illər ərzində İtaliya davamlı olaraq Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda birinci yerə sahib olan aparıcı ticarət tərəfdaşıdır. İtaliya ilə Cənubi Qafqaz arasında ticarət dövriyyəsinin 95 faizi Azərbaycanın payına düşür. Ölkəmiz daim İtaliya ilə iqtisadi əlaqələrinə böyük diqqət yetirir və onların inkişafında və güclənməsində maraqlıdır. Bütün bunlar göstərir ki, Azərbaycan-İtaliya münasibətləri yüksələn xətlə inkişaf edir. Strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr davamlı olaraq güclənir. Ölkəmiz üçün iqtisadi əməkdaşlıq, qarşılıqlı faydalı ticarət münasibətləri əsas istiqamətlər sayılır. 

       Ən əsası, Azərbaycan-İtaliya strateji tərəfdaşlığı Cənubi Qafqazda və Avropada sülhə, iqtisadi tərəqqiyə və enerji təhlükəsizliyinə böyük töhfə verir.

Vüqar İsayev,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri









XƏBƏR LENTİ

20.09.2024 | 17:00
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

20.09.2024 | 16:45
Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SİYAHI

20.09.2024 | 16:40
Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

20.09.2024 | 16:00
Sabah Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ

20.09.2024 | 15:45
Türkiyədə xarici işlər nazirlərinin "3+3" formatında görüşü hazırlanır – Zaxarova

20.09.2024 | 14:52
"Taliban" hökumətinin diplomatı İran XİN-ə çağırılıb

20.09.2024 | 14:50
Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

20.09.2024 | 14:34
Prezident: "İşğaldan, müstəmləkəçilikdən əziyyət çəkənlərə göstərdik ki, inamla yaşamaq lazımdır"

20.09.2024 | 13:31
Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıb

20.09.2024 | 12:43
Prezidentin tələbələrlə görüşündən FOTOLAR

20.09.2024 | 12:41
İsrail səfirindən Azərbaycana təbrik!

20.09.2024 | 12:40
"Köçəryan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb" - Erməni siyasətçi

20.09.2024 | 12:38
İlham Əliyev Qarabağ Universitetinin açılışında - FOTOLAR (YENİLƏNİB)

20.09.2024 | 12:35
Qarabağ Universitetindən GÖRÜNTÜLƏR

20.09.2024 | 12:34
İtkin şəhid Mübariz Məmmədov torpağa tapşırıldı

20.09.2024 | 12:32
Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmov dəfn olundu

20.09.2024 | 12:30
Tələbələr Prezidenti belə qarşıladılar - FOTOLAR + YENİLƏNİB

20.09.2024 | 12:24
“Dünyamıza sülh gərəkdir” adlı videoməlumat hazırlandı

20.09.2024 | 12:21
Prezident: "Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar"

20.09.2024 | 12:02
Qarabağ Universitetinin yeni korpusları inşa ediləcək

20.09.2024 | 12:00
Parlamentin ilk plenar iclası bu tarixdə keçiriləcək

20.09.2024 | 11:58
Azərbaycanda evlənmə yaşı ARTIR

20.09.2024 | 11:49
Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək

20.09.2024 | 11:29
Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək

20.09.2024 | 11:28
Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə hərbçilərimizin qəhrəmanlığından, peşəkarlığından danışıb

20.09.2024 | 11:25
Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

20.09.2024 | 11:24
"Dövlət Suverenliyi Günü Azərbaycanda geniş qeyd ediləcək" - Dövlət başçısı

20.09.2024 | 11:23
Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib

20.09.2024 | 11:20
Milli Kitabxanada “Əsrin müqaviləsi” – 30” adlı kitab sərgisi açılıb

20.09.2024 | 11:19
Milli Kitabxanada “20 Sentyabr - Dövlət Suverenliyi Günü” adlı kitab sərgisi açılıb

20.09.2024 | 11:16
Dövlət Suverenliyi Günündə “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunmuş videoçarx hazırlandı

20.09.2024 | 11:12
20 sentyabrın qeyri-iş günü olması təklif olunur

20.09.2024 | 11:11
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı

20.09.2024 | 11:09
Yay tətili zamanı Bakıda neçə küçə və prospekt təmir olunub? - FOTOLAR

20.09.2024 | 11:08
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edildi

20.09.2024 | 11:07
Sabah Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək

20.09.2024 | 10:52
Azərbaycanda Neftçilər Günü qeyd olunur

20.09.2024 | 10:50
Dunay daşdı, Budapeşti su basdı - Video

20.09.2024 | 10:46
Respublika Gənclər Kitabxanasında “Yoxdan var olan Xocalı!” adlı vəsait hazırlanıb

20.09.2024 | 10:44
Qarabağdakı dünənki açılışlardan yeni - Video

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30