Ərdoğandan Narinlə bağlı - Açıqlama - Yenilənib
“Prezident Rəcəb Tayyib Ərdoğan hazırkı istintaqın ciddi şəkildə davam etməsi, hadisənin tam aydınlaşdırılması və Narin qızımızın canına qəsd edənlərin ədalət qarşısında cavab verməsi üçün məsələni yaxından izləyir”.
“Gununxeberı.az ” xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun “X” hesabında yazıb.
Xatırladaq ki, Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən 8 yaşlı Narin Güranın meyiti Tavşantəpə kəndi ərazisində tapılıb.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirin Bağlar rayonunda bu səhər cəsədi tapılan 8 yaşlı Narin Güranla bağlı açıqlama verib.
Bu barədə Ərdoğan “X” hesabında paylaşım edib.
“Vəhşicəsinə qətlə yetirilən Narinin acı xəbəri hamımızı dərindən yaraladı. Kədərimizin həddi-hüdudu yoxdur”, - o yazıb.
Ölkə başçısı qeyd edib ki, Narinin itkin düşməsi barədə məlumat alınandan sonra təhlükəsizlik qüvvələri onu sağ tapmaq üçün çox ciddi səylər göstəriblər:
“19 gün davam edən axtarışlar nəticəsində təəssüf ki, ürəklərimizə su səpən bir xəbər ala bilmədik”.
Ərdoğan Narinin qatillərinin ədalət qarşısında mütləq cavab verəcəyini də vurğulayıb:
“Narin övladımızı bizdən qoparanların layiq olduqları ən ağır cəzanı almaları üçün məhkəmə prosesinin şəxsən izləyicisi olacağımı bildirmək istəyirəm”.