COP29-a hazırlıq prosesinə dair diplomatik korpusun üzvləri üçün ikinci brifinq keçirilib

Image



Sentyabrın 6-da COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 konfransına hazırlıq prosesi və tədbir planlarına dair Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri üçün ikinci brifinqini keçirib. Bu barədə COP29 Azərbaycan ƏŞ-nin mətbuat ofisindən məlumat verilib.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən verilən məlumata görə, brifinqdə COP29 Azərbaycan ƏŞ-nin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini Ramin Tağıyev, həmçinin Bakıda rəsmi səfərdə olan UNFCCC Konfrans İşləri Şöbəsinin Direktoru Wasim Mir və BMT-nin Təhlükəsizlik departamentinin nümayəndəsi Kevin O’Hanlon iştirak ediblər. Hibrid formatda təşkil edilən interaktiv brifinqə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbər nümayəndələri ilə yanaşı, ölkəmizdə akkreditə olunmuş və xarici ölkələrdə yerləşən diplomatik korpusun nümayəndələri də daxil olmaqla ümumilikdə 150-dən artıq diplomat qoşulub.

Brifinqdə geniş təqdimatla çıxış edən COP29 Azərbaycan ƏŞ-nin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova COP prosesinin təqviminə daxil edilən başlıca tədbirlər, fərqli istiqamətlərdə aparılan intensiv hazırlıq işləri, konfransın keçiriləcəyi Bakı Stadionunda COP29 müxtəlif məqsədlər üzrə ərazi bölgüsü və müvafiq infrastrukturun qurulması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verib. COP29 zamanı bütün rəsmi tədbirlərin keçiriləcəyi məkan olan Mavi Zonanın, eləcə də müxtəlif tərəfləri innovativ iqlim yanaşmaları üçün bir araya gətirəcək Yaşıl Zonanın qurulması üzrə irəliləyişlər barədə ətraflı məlumat verilərək, işlərin plana uyğun şəkildə davam etdirildiyi bildirilib.

Brifinqə qatılan diplomatların diqqətinə çatdırılıb ki, COP29-da iştirakın təşkilati tərəfinin səmərəli və rəvan şəkildə təmin edilməsi üçün bir sıra addımlar atılıb. Belə ki, UNFCCC tərəfindən icra edilən konfransa qeydiyyat prosesi, son dövr ərzində istifadəyə verilmiş COP29 xüsusi viza xidmətinin istifadəyə verilməsi, media nümayəndələrinin akkreditasiyası, radioelektron avadanlıqların qeydiyyatdan keçirilməsi və müvəqqəti radiospektrin ayrılması, COP29 Yaşıl Zonasında tədbirlərin təşkili üçün təmin olunmuş infrastruktur və məkanların rezervasiyası, tərcümə xidmətinin rezervasiyası üçün bir sıra müxtəlif portalların fəaliyyəti ətraflı izah edilib.

Qlobal əhəmiyyətli konfransda iştirak üçün Bakıya səfər edəcək minlərlə beynəlxalq nümayəndənin müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi məqsədilə tətbiq ediləcək nəqliyyat, qonaqlama və qidalanma istiqamətində görülmüş işlər və nəzərdə tutulan əlavə tədbirlər brifinq iştirakçılarının diqqətinə çatdırılmışdır. Qeyd edilmişdir ki, intensiv şəkildə davam edən əməliyyatların bütün fazalarında ƏŞ-nin ana hədəflərindən biri ekoloji təsirləri və karbon ayaq izinin yolverilən minimumda saxlanılmasıdır.

Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini Ramin Tağıyev COP29 çərçivəsində təşkil ediləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak üçün Bakıya səfər edəcək dövlət və hökumət rəhbərləri və rəsmi heyətlərinə şamil olunan imtiyazlar, qarşılama, yerləşdirilmə və nəqliyyat məsələlərində yer alan protokol məqamlarına toxunub. O Heydər Əliyev adına Beynəlxalq Aeroportun tədbir zamanı fəaliyyət sxemi, şəhərdaxili nəqliyyatın təmin edilməsi, eləcə də Dünya İqlim Fəaliyyəti Sammitinin gündəliyi haqqında diplomatları məlumatlandırılıb.

Tədbir əyani və onlayn qaydada iştirak edən nümayəndələri maraqlandıran məsələlər ətrafında canlı müzakirə və sual-cavab sessiyası ilə davam edib.


Gununxeberı.az 








XƏBƏR LENTİ

16.09.2024 | 19:26
Xəzər rayonunda “Bilik Günü ” qeyd olundu

16.09.2024 | 19:06
“Bilik günü” münasibətilə Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhid övladlarını təbrik etmişdir-Fotolar

16.09.2024 | 19:00
Pezeşkian Türkiyəyə səfər edəcək

16.09.2024 | 18:58
Heydər Əliyev Fondu 122 şagird üçün məktəb inşa etdi - Fotolar

16.09.2024 | 18:57
Xocalıda məktəb açılışı - Fotolar

16.09.2024 | 18:53
Blinken İlham Əliyevə zəng etdi

16.09.2024 | 18:11
“Azərbaycanla birgə layihələr həyata keçirə bilərik”

16.09.2024 | 18:06
Kooperasiya Universitetində "Bilik Günü" qeyd edilib - FOTOLAR

16.09.2024 | 17:58
Prokuror Nazim Bəydəmirliyə 9 il cəza istədi

16.09.2024 | 17:52
Qəzadan sonra ilk dəfə efirə çıxdı - Foto

16.09.2024 | 17:44
42 minə yaxın tələbəyə təhsil krediti verilib

16.09.2024 | 17:40
"Şəhərin yüngülləşməsi üçün paytaxtın köçürülməsinə ehtiyac var" - Fazil Mustafa

16.09.2024 | 17:36
Bu dairələrdə 20 məntəqənin nəticələri etibarsız sayılıb

16.09.2024 | 17:34
"Formula 1"-ə görə bağlanan prospekt və küçələr açıldı

16.09.2024 | 17:29
"Artıq MSK-nın icraatında müraciət qalmayıb" - Məzahir Pənahov

16.09.2024 | 17:24
MSK yekun siyahını AÇIQLADI

16.09.2024 | 17:22
Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirildi - VİDEO

16.09.2024 | 16:19
Mehriban Əliyeva şagirdlərə uğur ARZULADI

16.09.2024 | 16:15
Yasamal rayonunun kitabxanaları 15 Sentyabr – Bilik Günü ilə bağlı tədbirlər keçirdilər

16.09.2024 | 16:08
“Zamana sığmayan ömür” kitabının təqdimatı keçirildi

16.09.2024 | 14:55
ADAU-da Bilik Günü qeyd olunub

16.09.2024 | 14:41
"Azərbaycan Dəmir Yolları" yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

16.09.2024 | 14:31
Milli Məclisdə təmsil olunacaq partiyaların sayı açıqlandı

16.09.2024 | 14:30
Nazirdən Bilik Günü münasibəti ilə təbrik - VİDEO

16.09.2024 | 12:49
Pik saatlarda artan taksi qiymətləri - Kimdir müqəssir?

16.09.2024 | 12:24
Bu il İİV-ə yoluxmuş 52 Azərbaycan vətəndaşı narkotik istifadəçisidir

16.09.2024 | 12:23
Emin Əmrullayev Xocalıda məktəb açılışında

16.09.2024 | 12:21
Azərbaycan Vyanada keçirilən turizm tədbirində təmsil olunub

16.09.2024 | 11:38
COP29-la bağlı ezamiyyə xərcləri müəyyənləşdi

16.09.2024 | 11:27
Jurnalist övladları da I sinfə getdilər - FOTOLAR

16.09.2024 | 11:23
Azərbaycan XİN Meksikanı təbrik etdi

16.09.2024 | 10:48
MSK bu gün növbədənkənar seçkilərə yekun vuracaq

16.09.2024 | 10:06
Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir

16.09.2024 | 09:53
Uşaq evinin birinciləri ahıllarla birgə məktəbə yollandılar - FOTO

16.09.2024 | 09:49
Bakı-Quba yolunda bədbəxt HADİSƏ: Sürücü öldü

16.09.2024 | 09:47
Ürək bulanması nədən xəbər verir?

16.09.2024 | 09:45
Azərbaycanda polis zabiti faciəli şəkildə öldü

16.09.2024 | 09:30
Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib - Nazir müavini

16.09.2024 | 09:27
Cinayətdə şübhəli bilinən 85 nəfər saxlanıldı

16.09.2024 | 09:25
Bu günə olan valyuta məzənnələri

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30