Xəzər rayonunda “Bilik Günü ” qeyd olundu

Image

Yeni 2024-2025-ci tədris ilinin başlanması münasibətilə 16 sentyabr 2024-cü il tarixində Xəzər rayonunun təhsil müəssisələrində silsilə “Bilik Günü” tədbirləri keçirildi. Keçirilən tədbirlərdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı, müavinləri və məsul nümayəndələri iştirak etmişdir.
       Şüvəlan qəsəbəsində yerləşən 156 №li tam orta məktəbdə keçirilən bayram tədbirində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Şəhid Ramil Yusifzadənin anası Reyhan Yusifzadə, məktəb rəhbərliyi, müəllim və şagird heyəti, valideynlər iştirak etmişdirlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş Qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ilk növbədə yeni tədris ili münasibətilə müəllim, valideyn və şagirdləri təbrik edib, şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb. 
    Təhsilin dövlət siyasətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdıran cənab başçı ötən tədris ilinin Xəzər rayonu üçün uğurlu olduğunu, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin yüksək nəticələr göstərdiyini vurğulayıb. E.Salahov 2023-2024-cü tədris ilində orta məktəb və gimnaziyalar üzrə  IX sinfi bitirmiş 4892 şagirdin 101 nəfəri, XI sinfi bitirmiş 2451 məzunun isə 124 nəfərinin qırmızı attestat aldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Təhsildə yüksək nailiyyətlərinə görə üç məzun Qızıl nişana laiq görülmüşdür. XI sinfi bitirən 2451 nəfər məzunun 1954 nəfəri ali məktəbə qəbul üçün sənəd vermiş, 1288 nəfəri müxtəlif ali məktəblərə qəbul olunmuş, onlardan 68 nəfər abituriyent 600-dən yuxarı bal toplamışdır. 149 nömrəli tam orta məktəbin 2 sinfi, 218 nömrəli tam orta məktəbin 1 sinfinin bütün məzunları 100 faiz nəticə ilə müxtəlif ali məktəblərə qəbul olmuşdurlar. Ötən tədris ilində sənəd verənlərin sayına görə ali məktəblərə qəbulda 66 faiz nəticə əldə edilmişdir. Bu isə keçən il ilə müqayisədə 4 faiz çoxdur. Ali məktəbə qəbul üzrə ən çox – 675 bal toplayan 124 №li tam orta məktəbin məzunu Hüseynli Zeyqəm Elsevər oğlu olmuşdur. Həmçinin keçən tədris ilində müxtəlif siniflərdən olan 54 nəfər şagird Beynəlxalq və Respublika əhəmiyyətli olimpiadalarda iştirak etmiş, ilk üç yeri qazanaraq medal və diplomlarla təltif edilmişlər. Təhsil sahəsində əldə olunan uğurların Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev və  ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsilin inkişafına ayırdığı diqqət və xüsusi qayğısının bariz nümunəsi olduğunu çıxışında vurğulayan rayon rəhbəri, yeni tədris ilində müəllim və şagirdlərə yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulamışdır. Tədbirin sonunda qonaqlara məktəb şagirdlərinin hazırladığı bədii kompozisiya, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər təqdim olunmuşdur.
     Rayonun digər məktəblərində də keçirilmiş ənənəvi «Bilik günü» tədbirlərində RİH başçısının müavinləri və məsul nümayəndələri iştirak etmişdirlər. Binə qəsəbəsində yerləşən 121 №li tam orta məktəbin bayram tədbirində RİH başçısının I müavini Elşən Qurbanov, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Rəşad Xanlarov, Bakı Şəhər Təhsil İdarəsinin şöbə müdiri Kamran Əliyev, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, Şəhid Qurbanəli Quluzadənin valideynləri Elşad Quluzadə və Elmira Quluzadə iştirak etmişdirlər. Bir-birindən maraqlı, rəngarəng kompozisiyalar ilə çıxış edən birincilər yeni tədris ilinə yüksək əhval-ruhiyyə ilə başladılar.
     Yeni tədris ilinin başlanması münasibətilə bütün təhsil işçilərini, müəllim və şagird kontingentini təbrik edir, onlara uğurlar arzulayırıq.


Gununxeberi.az 





   







XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30