Saley finalda!
Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazanıb.
'Guunxeberı.az ” xəbər verir ki, idmançı 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə çıxış edərək, finişə 58.16 saniyəyə çatıb.
Qeyd edək ki, final mərhələsi Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Paralimpiada sentyabrın 8-də başa çatacaq.
Xatırladaq ki, Raman Saley avqustun 31-də S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə yarışında finişə 1:00:67 dəqiqə nəticə ilə çataraq ikinci olub və gümüş medal qazanıb. O, sentyabrın 4-də 100 metr məsafəyə sərbəst üzmə üsulunda isə 53.65 nəticə göstərərək bürünc mükafata layiq görülüb.