Bu meyvələri mütləq yeyin

Image


Sağlam həyat tərzi keçirmək üçün qidalanma vərdişləri çox vacibdir. Vitaminlər, minerallar və antioksidantlarla zəngin olan meyvələr bədənimizin ehtiyac duyduğu bir çox qida maddəsini ehtiva edir. Mövsümünə uyğun olaraq meyvə istehlak etmək insan sağlamlığı üçün çox önəmlidir.

“Qafqazinfo” xarici mətbuata istinadən sağlam həyat üçün istehlak edilməli olan meyvələri təqdim edir:

Çiyələk 

İmmunitetinizi gücləndirmək və dərinizi qorumaq üçün çiyələk istehlak edə bilərsiniz. Bu meyvə C vitamini və antioksidanlar ehtiva edir. Antioksidanlar bədəndəki sərbəst radikallarla mübarizə apararaq oksidləşdirici stressi azalda və hüceyrə zədələnməsinin qarşısını ala bilər. Çiyələkdə qan təzyiqini tənzimləyə bilən kalium var. Bundan əlavə, tərkibindəki antioksidanlar və lif tərkibi xolesterol səviyyələrini tənzimləyərək ürək sağlamlığını dəstəkləyə bilər.

Üzüm

Üzümdə xüsusi olaraq resveratrol adlı antioksidan var. Bu antioksidantlar bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə zərərini azalda, yaşlanma prosesini yavaşlada, ürək-damar sağlamlığını yaxşılaşdıra bilər. Üzüm tənəffüs yollarının iltihabında çox faydalıdır, eyni zamanda qan azlığında, mədə şirəsi çox olan qastritdə, bronxial astmada, maddələr mübadiləsi pozulanda, böyrək və qaraciyər xəstəliklərində, ürəyin funksional xəstəliyində, hipertoniyada və yuxusuzluqda məsləhət görülür.

Alma

Alma pektin adlı bir növ lif ehtiva edir. Bu lif həzmi tənzimləyə və toxluq hissi ilə çəkiyə nəzarət etməyə kömək edə bilər. Tərkibində antioksidantlar da var və ürək sağlamlığını dəstəkləyir. Almanın tərkibindəki lif qan şəkərini balanslaşdırmağa kömək edir. Almanın sağlamlıq üçün ən əhəmiyyətli faydası xərçəngə qarşı qalxan rolu oynamasıdır. Araşdırmalar göstərib ki, müntəzəm alma istehlakı kolon və mədə xərçəngi riskini azaldır.

Kivi

Kivi də C vitamini baxımından ən zəngin meyvələrdən biri olduğu üçün immunitet sistemini gücləndirərək bir çox xəstəliyin qarşısını alır və zərərli patogenlərə qarşı orqanizmi qoruyur. Kivi immuniteti gücləndirməkdə və sərbəst radikalların bədəndən çıxarılmasında mühüm rol oynayır. Xərçəngə qarşı qoruyucu təsirə malikdir.

Qreypfrut

Antioksidant təsirə malik olan qreypfrut müxtəlif vitaminlər, o cümlədən də vitamin C ilə zəngindir. Yüksək lif tərkibi ilə həzm sisteminə fayda verir. Bundan əlavə, qan şəkərini tənzimləyə və çəkiyə nəzarət etməyə kömək edə bilər. Tədqiqatlar göstərir ki, müntəzəm qreypfrut istehlakı kilo itkisini əhəmiyyətli dərəcədə dəstəkləyir. Qreypfrutun sağlamlıq üçün faydaları olsa da, qeyd etmək lazımdır ki, o, bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər və xüsusən də müəyyən xəstəlikləri olan insanlar üçün problem yarada bilər. Odur ki, xüsusən müntəzəm olaraq dərman qəbul edənlər qreypfrut istehlak etməzdən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər.

Nar

Nar da antioksidanlarla zəngin bir meyvədir. Narın tərkibində ürək sağlamlığını yaxşılaşdıra bilən antosiyaninlər və polifenollar var. Bu maddələr qan təzyiqini tənzimləyə, xolesterol səviyyəsini yaxşılaşdıra və ürək xəstəliyi riskini azalda bilər. Nar anemiya riskini azalda bilən dəmirlə zəngindir. Narın tərkibindəki antioksidantlar iltihabla mübarizə apara bilir. Nar şirəsi də sağlamlıq üçün faydalıdır və qida rasionuna əlavə edilməlidir.

Portağal

Portağal əsl C vitamini mənbəyidir. Bol miqdarda kalsium, kalium və maqnezium ehtiva edərək, bədəndəki bir çox biokimyəvi və hüceyrə funksiyalarını tənzimləməsi ilə seçilir. Həmçinin böyrək daşlarının əmələ gəlməsini önləyir. Portağal yüksək lif məzmununa malik olduğu üçün həzm sistemimiz baxımından böyük əhəmiyyətə malikdir. Soyuqdəymə, qrip kimi xəstəliklərdən qorunmaq üçün qida rasionlarına əlavə edilməlidir.














XƏBƏR LENTİ

16.09.2024 | 19:26
Xəzər rayonunda “Bilik Günü ” qeyd olundu

16.09.2024 | 19:06
“Bilik günü” münasibətilə Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhid övladlarını təbrik etmişdir-Fotolar

16.09.2024 | 19:00
Pezeşkian Türkiyəyə səfər edəcək

16.09.2024 | 18:58
Heydər Əliyev Fondu 122 şagird üçün məktəb inşa etdi - Fotolar

16.09.2024 | 18:57
Xocalıda məktəb açılışı - Fotolar

16.09.2024 | 18:53
Blinken İlham Əliyevə zəng etdi

16.09.2024 | 18:11
“Azərbaycanla birgə layihələr həyata keçirə bilərik”

16.09.2024 | 18:06
Kooperasiya Universitetində "Bilik Günü" qeyd edilib - FOTOLAR

16.09.2024 | 17:58
Prokuror Nazim Bəydəmirliyə 9 il cəza istədi

16.09.2024 | 17:52
Qəzadan sonra ilk dəfə efirə çıxdı - Foto

16.09.2024 | 17:44
42 minə yaxın tələbəyə təhsil krediti verilib

16.09.2024 | 17:40
"Şəhərin yüngülləşməsi üçün paytaxtın köçürülməsinə ehtiyac var" - Fazil Mustafa

16.09.2024 | 17:36
Bu dairələrdə 20 məntəqənin nəticələri etibarsız sayılıb

16.09.2024 | 17:34
"Formula 1"-ə görə bağlanan prospekt və küçələr açıldı

16.09.2024 | 17:29
"Artıq MSK-nın icraatında müraciət qalmayıb" - Məzahir Pənahov

16.09.2024 | 17:24
MSK yekun siyahını AÇIQLADI

16.09.2024 | 17:22
Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirildi - VİDEO

16.09.2024 | 16:19
Mehriban Əliyeva şagirdlərə uğur ARZULADI

16.09.2024 | 16:15
Yasamal rayonunun kitabxanaları 15 Sentyabr – Bilik Günü ilə bağlı tədbirlər keçirdilər

16.09.2024 | 16:08
“Zamana sığmayan ömür” kitabının təqdimatı keçirildi

16.09.2024 | 14:55
ADAU-da Bilik Günü qeyd olunub

16.09.2024 | 14:41
"Azərbaycan Dəmir Yolları" yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

16.09.2024 | 14:31
Milli Məclisdə təmsil olunacaq partiyaların sayı açıqlandı

16.09.2024 | 14:30
Nazirdən Bilik Günü münasibəti ilə təbrik - VİDEO

16.09.2024 | 12:49
Pik saatlarda artan taksi qiymətləri - Kimdir müqəssir?

16.09.2024 | 12:24
Bu il İİV-ə yoluxmuş 52 Azərbaycan vətəndaşı narkotik istifadəçisidir

16.09.2024 | 12:23
Emin Əmrullayev Xocalıda məktəb açılışında

16.09.2024 | 12:21
Azərbaycan Vyanada keçirilən turizm tədbirində təmsil olunub

16.09.2024 | 11:38
COP29-la bağlı ezamiyyə xərcləri müəyyənləşdi

16.09.2024 | 11:27
Jurnalist övladları da I sinfə getdilər - FOTOLAR

16.09.2024 | 11:23
Azərbaycan XİN Meksikanı təbrik etdi

16.09.2024 | 10:48
MSK bu gün növbədənkənar seçkilərə yekun vuracaq

16.09.2024 | 10:06
Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir

16.09.2024 | 09:53
Uşaq evinin birinciləri ahıllarla birgə məktəbə yollandılar - FOTO

16.09.2024 | 09:49
Bakı-Quba yolunda bədbəxt HADİSƏ: Sürücü öldü

16.09.2024 | 09:47
Ürək bulanması nədən xəbər verir?

16.09.2024 | 09:45
Azərbaycanda polis zabiti faciəli şəkildə öldü

16.09.2024 | 09:30
Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib - Nazir müavini

16.09.2024 | 09:27
Cinayətdə şübhəli bilinən 85 nəfər saxlanıldı

16.09.2024 | 09:25
Bu günə olan valyuta məzənnələri

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30