İlk dəfə: Savaş Rusiya ərazisinə keçdi – Kiyevin hədəfi…

Image

Ukrayna ordusu Kurska hücum etməklə müharibəni Rusiya ərazisinə daşımaq taktikasında ciddi irəliləyiş əldə etdi: bu, müharibənin başlandığı 2022-ci ildən bəri Rusiya ərazisinə ən böyük müdaxilədir və davamlı olacağı ehtimalı ön plandadır, çünki belə bir taktika Kiyev üçün “çıxış yolu” ola bilər.

a) Ukrayna uğursuzluğu kompensasiya edir

Ukraynanın ötən il planlaşdırılan “böyük əks-hücum əməliyyatı” faktiki uğursuzluğa düçar oldu və irəliləyə bilmək perspektivi zəif görünür. Ələ keçirdikləri bölgələrdə möhkəmlənərək, müdafiə olunan tərəfə çevrilən ruslar yeni ərazilərin işğalını da davam etdirirlər (İyunun 14-dən indiyə qədər 420 kvadratkilometr ərazini ələ keçirdikləri iddia olunur). Kiyev döyüşləri Rusiya ərazisinə köçürməklə cəbhədəki uğursuzluğu kompensasiya edir, həm də kiçik qələbələrlə ordunu ruhlandırır;

b) Kiyev danışıqlar gözləntisini dağıdır və “diqqəti” üzərinə çəkir

Ukraynaya F-16-lar verilsə də, yaxın perspektivdə danışıqlar masasına əyləşməsi üçün Kiyevə təzyiqlərin ediləcəyi, yaxud ən yaxşı halda “diqqətdən kənarda” qala biləcəyi istisna edilməməlidir.

Birincisi, ABŞ-dakı seçki yarışı və Trampın mümkün qayıdışı Ukrayna üçün Rusiya ilə mübarizə perspektivini dumanlı edir;

İkincisi, İran-İsrail gərginliyi diqqəti Yaxın Şərqə yönəldir və mümkün ikinci cəbhə ssenarisində Vaşinqton birinci cəbhədən - Ukraynadan uzaqlaşa bilər;

- Ən yaxşı halda Ukraynada müharibəni “dondura” bilərlər;

- Ən pis halda Kiyevi Moskva ilə danışıqlara itələyəcəklər: ABŞ-ın Yaxın Şərqdə vəziyyətə nəzarət üçün Rusiya ilə də “əməkdaşlıq” etməsi mümkün variantlardandır.

Hər iki halda Ukrayna təhlükə ilə üzləşə bilər. Və Rusiya ərazisinə hücum etməklə riskli gediş edir: mümkün danışıqlar perspektivini sıradan çıxarır, müharibə “alovunu” səngiməyə qoymayaraq, diqqəti üzərinə çəkir və döyüşlərin arealını genişləndirməklə, Qərb-Rusiya qarşıdurmasını da kəskinləşdirməyə çalışır.

Kiyevi narahat edən məqamlar var: Vaşinqton-Moskva xəttində təmasların yarandığı (məhbus mübadiləsi sonuncu nümunələrdəndir) və Ukraynada toqquşan hər iki tərəfin Yaxın Şərqə görə “qılıncları qınına qoyması” ehtimalları gündəmdədir. Ukraynanın Rusiya ərazisinə hücumunun bu ehtimalları arxa plana keçirməyə hesablandığı mümkün variantlardandır. Və eyni taktikanın genişləndiriləcəyi gözləniləndir.

Gununxeberi.az 







XƏBƏR LENTİ

20.09.2024 | 17:00
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

20.09.2024 | 16:45
Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SİYAHI

20.09.2024 | 16:40
Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

20.09.2024 | 16:00
Sabah Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ

20.09.2024 | 15:45
Türkiyədə xarici işlər nazirlərinin "3+3" formatında görüşü hazırlanır – Zaxarova

20.09.2024 | 14:52
"Taliban" hökumətinin diplomatı İran XİN-ə çağırılıb

20.09.2024 | 14:50
Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

20.09.2024 | 14:34
Prezident: "İşğaldan, müstəmləkəçilikdən əziyyət çəkənlərə göstərdik ki, inamla yaşamaq lazımdır"

20.09.2024 | 13:31
Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıb

20.09.2024 | 12:43
Prezidentin tələbələrlə görüşündən FOTOLAR

20.09.2024 | 12:41
İsrail səfirindən Azərbaycana təbrik!

20.09.2024 | 12:40
"Köçəryan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb" - Erməni siyasətçi

20.09.2024 | 12:38
İlham Əliyev Qarabağ Universitetinin açılışında - FOTOLAR (YENİLƏNİB)

20.09.2024 | 12:35
Qarabağ Universitetindən GÖRÜNTÜLƏR

20.09.2024 | 12:34
İtkin şəhid Mübariz Məmmədov torpağa tapşırıldı

20.09.2024 | 12:32
Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmov dəfn olundu

20.09.2024 | 12:30
Tələbələr Prezidenti belə qarşıladılar - FOTOLAR + YENİLƏNİB

20.09.2024 | 12:24
“Dünyamıza sülh gərəkdir” adlı videoməlumat hazırlandı

20.09.2024 | 12:21
Prezident: "Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar"

20.09.2024 | 12:02
Qarabağ Universitetinin yeni korpusları inşa ediləcək

20.09.2024 | 12:00
Parlamentin ilk plenar iclası bu tarixdə keçiriləcək

20.09.2024 | 11:58
Azərbaycanda evlənmə yaşı ARTIR

20.09.2024 | 11:49
Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək

20.09.2024 | 11:29
Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək

20.09.2024 | 11:28
Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə hərbçilərimizin qəhrəmanlığından, peşəkarlığından danışıb

20.09.2024 | 11:25
Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

20.09.2024 | 11:24
"Dövlət Suverenliyi Günü Azərbaycanda geniş qeyd ediləcək" - Dövlət başçısı

20.09.2024 | 11:23
Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib

20.09.2024 | 11:20
Milli Kitabxanada “Əsrin müqaviləsi” – 30” adlı kitab sərgisi açılıb

20.09.2024 | 11:19
Milli Kitabxanada “20 Sentyabr - Dövlət Suverenliyi Günü” adlı kitab sərgisi açılıb

20.09.2024 | 11:16
Dövlət Suverenliyi Günündə “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunmuş videoçarx hazırlandı

20.09.2024 | 11:12
20 sentyabrın qeyri-iş günü olması təklif olunur

20.09.2024 | 11:11
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı

20.09.2024 | 11:09
Yay tətili zamanı Bakıda neçə küçə və prospekt təmir olunub? - FOTOLAR

20.09.2024 | 11:08
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edildi

20.09.2024 | 11:07
Sabah Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək

20.09.2024 | 10:52
Azərbaycanda Neftçilər Günü qeyd olunur

20.09.2024 | 10:50
Dunay daşdı, Budapeşti su basdı - Video

20.09.2024 | 10:46
Respublika Gənclər Kitabxanasında “Yoxdan var olan Xocalı!” adlı vəsait hazırlanıb

20.09.2024 | 10:44
Qarabağdakı dünənki açılışlardan yeni - Video

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30